Kirpilər məhv ola bilər - SƏBƏB?

Rusiyada noyabr ayının anomal isti keçməsi kirpi və qış yuxusuna gedə bilməyən digər heyvanların kütləvi məhvinə səbəb ola bilər. Məlumata görə, Rusiyanın Ural bölgəsində bu ayın isti keçməsi il əlaqədar heyvanlar qış yuxusuna gedə bilmir. Kirpilərin qış ayları üçün yığdığı piy ehtiyatı aktivlik şəraitində daha tez əriyə bilər.

Rusiyada noyabr ayının anomal isti keçməsi kirpi və qış yuxusuna gedə bilməyən digər heyvanların kütləvi məhvinə səbəb ola bilər. Məlumata görə, Rusiyanın Ural bölgəsində bu ayın isti keçməsi il əlaqədar heyvanlar qış yuxusuna gedə bilmir. Kirpilərin qış ayları üçün yığdığı piy ehtiyatı aktivlik şəraitində daha tez əriyə bilər. Bunun nəticəsində kirpilər piy ehtiyatını əridib qış yuxusu zamanı acından ölə bilərlər. Kirpilərin məhv olması isə, mütəxəssislərin fikrincə müxtəlif ziyanverici gəmiricilərin artmasına səbəb ola bilər. Olaylar.az Trend-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31