Ağrılarla həkimə getdi, qarnından çıxanlar HƏR KƏSİ ŞOKA SALDI

Şiddətli qarın ağrısı ilə xəstəxanaya gedən qadın həkimləri şoka salıb. Türkiyənin Trabzon şəhərində 35 yaşlı N.A. qarın ağrısı ilə həkimə müraciət edib. Tomoqrafiya müayinəsi nəticəsində onun qarnında dəsmal olduğu aşkarlanıb. Məlum olub ki, dəsmal 3 il əvvəl qadın xaricdə histerektomi əməliyyatı edilərkən həkim səhvi nəticəsində qarnında qalıb.

Dəsmal 3 saatlıq əməliyyatdan sonra qadının qarnından çıxarılıb. Cərrah Ayhan Çağılcı müayinə nəticəsində qadının qarnında kiçik kütlə və dəsmal olduğu aşkarlayanda şok keçirdiklərini deyib. Əməliyyatdan sonra qadının vəziyyəti normaldır. Həkim bildirib ki, əməliyytdan sonra tibb heyəti bütün avadanlıqları sayıb sonra xəstənin qarnını bağlamalı idi. Bu halın yaşanmasının səbəbi həmkarlarının diqqətsizliyidir. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31