Məşhur müğənnilər BOŞANDI – 20 İLLİK SEVGİ BİTDİ – VİDEO

Türkiyənin məşhur repçisi Saqopa Kajmer (Yunus Özyavuz), instaqram hesabından 11 illik həyat yoldaşı Koleradan (Esen Güzel) boşandığını bildirib. Onun açıqlaması isə belədir: “20 illik dostum, 11 illik həyat yoldaşım Esenlə yollarımızı ortaq qərar verərək ayırdıq. Əziz Esenə mənə öyrətdikləri və mənim üçün etdikləri üçün minnətdaram. Bundan sonra hər ikimiz başqa həyatlar yaşayacağıq. Ona görə də, bundan sonra paylaşımlar edərkən bizi işarələməyin. Rəy yazanda diqqətli olun, qəlb qırmayın.

Türkiyənin məşhur repçisi Saqopa Kajmer (Yunus Özyavuz), instaqram hesabından 11 illik həyat yoldaşı Koleradan (Esen Güzel) boşandığını bildirib. Onun açıqlaması isə belədir: "20 illik dostum, 11 illik həyat yoldaşım Esenlə yollarımızı ortaq qərar verərək ayırdıq. Əziz Esenə mənə öyrətdikləri və mənim üçün etdikləri üçün minnətdaram. Bundan sonra hər ikimiz başqa həyatlar yaşayacağıq. Ona görə də, bundan sonra paylaşımlar edərkən bizi işarələməyin. Rəy yazanda diqqətli olun, qəlb qırmayın.

Bu günədək bizə dəyər verən, hər ikimizin də musiqisinə qulaq verən, konsertlərimizdə bizi tək buraxmayan bütün "Melankolia" ailəsinə təşəkkür edirəm. "Melankolia" bu gündən sonra Saqopa Kajmerlə davam edəcək, loqoda əl-ələ tutan hər iki sevgilisi isə həmişə orada olacaq".

Qeyd edək ki, cütlük Türkiyədə çox məşhurdur. Onlar 2006-cı ildə ailə qurmuşdu. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31