Qış Olimpiadasının keçiriləcəyi şəhərdə "quş qripi" yayıldı
2018-ci ilin fevral ayında Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının təşkilatçıları ölkədə "quş qripi"nin yayılması xəbərlərindən narahatdırlar. Virus ölkənin cənub-qərbində yerləşən Çonbuk əyalətində aşkar olunub.
29 Noyabr 2017 06:04 Dünya2018-ci ilin fevral ayında Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının təşkilatçıları ölkədə "quş qripi"nin yayılması xəbərlərindən narahatdırlar. Virus ölkənin cənub-qərbində yerləşən Çonbuk əyalətində aşkar olunub.
Yerli hakimiyyət orqanları idman obyektləri yaxınlığında yerləşən ferma işçilərini təqribən 6 min ördək və cücəni öldürməyə çağırıblar.
Bildirilir ki, 2018-ci il Olimpiadasının təşkilatçıları fermalara baş çəkərək lazımi tədbirlər görmək üçün 110 min dollar təklif ediblər.