Kvant şifrləmə zamanı məlumatların ötürülməsi sürəti 5-10 dəfə artırılıb
Dyuk Universiteti, Ohaya Universiteti və ABŞ-ın Ok-Ric şəhərində yerləşən Milli Laboratoriyanın kvant təhlükəsizliyi üzrə mütəxəssisləri tərəfindən hazırlanmış yeni sistem şifrləmə kodlarını başqa kvant sistemləri ilə müqayisədə 5-10 dəfə daha sürətli yaradır və paylaşdırır.
28 Noyabr 2017 19:10 DünyaDyuk Universiteti, Ohaya Universiteti və ABŞ-ın Ok-Ric şəhərində yerləşən Milli Laboratoriyanın kvant təhlükəsizliyi üzrə mütəxəssisləri tərəfindən hazırlanmış yeni sistem şifrləmə kodlarını başqa kvant sistemləri ilə müqayisədə 5-10 dəfə daha sürətli yaradır və paylaşdırır. "Yaxın gələcəkdə əlçatan olacaq funksional kvant kompüteri mövcud kriptoqrafik şifrlərə müdaxilə edə biləcək - Ohayo Universitetinin professoru Daniyel Qotye hesab edir. Biz interneti kənar müdaxilələrdən qoruyan texnologiyalar haqda ciddi düşünməliyik".
Açarların kvant paylanması üzrə əksər sistemlərin problemi aşağı sürətdə (saniyədə 100 KB-dək) işləməklə bağlıdır və bu, əksər praktik məsələlərin həlli üçün çox zəif sürətdir. Buna görə alimlər bir fotonda daha çox informasiya yerləşdirməklə kvant məlumatlarının ötürülməsi sürətini artırmağa təşəbbüs ediblər. "ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən xəbər verir.