Trampdan REKORD GÖSTƏRİCİ - 50 milyard dollarlıq silah

ABŞ Konqresi hərbi müqavilələrə aid imzalanan sənədləri incələyərkən ABŞ prezidenti Donald Trampın son dövr ABŞ-a rəhbərlik edən liderlər arasında ən çox silah satışı gerçəkləşdirən prezident olduğu qərarına gəlib.

ABŞ Konqresi hərbi müqavilələrə aid imzalanan sənədləri incələyərkən ABŞ prezidenti Donald Trampın son dövr ABŞ-a rəhbərlik edən liderlər arasında ən çox silah satışı gerçəkləşdirən prezident olduğu qərarına gəlib. Cari ilin yanvar-noyabr ayları arasında Donald Trampın rəhbərliyi altında ABŞ müxtəlif ölkələrə nə az, nə çox 50 milyard dollar dəyərində hərbi silah-sursat satıb. Keçən il bu göstərici 33 milyard dollar təşkil edirdi. Rəsmilər göstəricilərə görə, Trampı silah müqavilələri məsələsində əvvəlki prezidentlərdən daha çox istəkli olduğu qərarına gəliblər.

ABŞ ən yüksək silah satışını Kanadaya edib. Sentyabr ayında ABŞ Kanada ilə gerçəkləşdirilən satışa 5,2 milyard dollarlıq müqavilə imzalayıb. Sıralamaya görə, ABŞ-dan aldığı silahlara görə Bəhreyn ikinci (3,9 milyard), Səudiyyə Ərəbistanı üçüncü (3,6 milyard) yerdədir. Trampın hələ rəsmi imzalanmamış, lakin danışıqlar apardığı 110 milyard dollara yaxın hərbi razılaşmalarının ola biləcəyi də vurğulanır.

Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Barak Obama Konqresdəki qeydlərə görə, 8 illik hakimiyyəti illərində 36 milyard dollar dəyərində hərbi silah satışı həyata keçirmişdi. Bu göstəricilərə görə, Obama ABŞ-ın İkinci Dünya Müharibəsindən bu yana ən çox silah satışı aparan prezidenti olaraq tarixə düşmüşdü. Olaylar.az Publika-ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31