Rusiyanın Ermənistandakı səfiri dəyişdirilir
Tezliklə Ermənistanda Rusiya Federasiyasının yeni fövqəladə və səlahiyyətli səfiri təyin ediləcək. Bu haqda Ermənistanın “Joxovurd” qəzeti yazıb. “Məsələ ondadır ki, 2018-ci il martın 22-də səfir İvan Volınkin 5 illik vəzifə müddəti başa çatır.
29 Noyabr 2017 13:33 DünyaTezliklə Ermənistanda Rusiya Federasiyasının yeni fövqəladə və səlahiyyətli səfiri təyin ediləcək. Bu haqda Ermənistanın "Joxovurd" qəzeti yazıb. "Məsələ ondadır ki, 2018-ci il martın 22-də səfir İvan Volınkin 5 illik vəzifə müddəti başa çatır. Ümumiyyətlə, səfirlər 3 və ya 5 illik müddətə təyin olunurlar, sonra isə yenisi ilə əvəzlənir. Böyük ehtimalla, dörd ay sonra Rusiyanın yeni səfiri təyin ediləcək", - erməni nəşri qeyd edib. Qəzet bildirir ki, yeni səfirin kim olaağı hələlik məlum deyil.
Xatırladaq ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin noyabrın 27-də Rusia prezidenti Vladimir Putin fərmanı ilə geri çağırılıb. Publika.az