Yeni Zelandiya yox olacaq
Yeni Zelandiyanın “GNS” elm şirkətinin mütəxəssisləri 2016-cı ildə baş verən zəlzələnin Hikuranqi seysmik xəttini oyandırdığını bildirib. Bu xəttin aktiv fəaliyyətə keçməsilə Yeni Zelandiyada 9 bal gücündə zəlzələ baş verə və yaranan sunami dalğaları ölkəni məhv edə bilər.
29 Noyabr 2017 17:53 DünyaYeni Zelandiyanın "GNS" elm şirkətinin mütəxəssisləri 2016-cı ildə baş verən zəlzələnin Hikuranqi seysmik xəttini oyandırdığını bildirib. Bu xəttin aktiv fəaliyyətə keçməsilə Yeni Zelandiyada 9 bal gücündə zəlzələ baş verə və yaranan sunami dalğaları ölkəni məhv edə bilər. Şirkətin araşdırmaçısı Ursula Coçran tez-tez zəlzələlərlə sarsılan ölkəni böyük təhlükə və yox olma ehtimalı gözlədiyini bildirib: "2011-ci ildə Yaponiyada baş verən və 16000 nəfərin ölümünə səbəb olan 9 bal gücündəki zəlzələni xatırlamalıyıq. Yeni Zelandiyada da belə bir zəlzələ baş verər və sunami dalğaları yaranarsa, ölkənin qərb sahillərindəki adaları sadəcə 7 dəqiqə içində məhv edə bilər. Ehtimal edilən zəlzələ baş verərsə, ölçülərinə görə, Kaikoura bölgəsində keçən il baş verən zəlzələdən 11 000 qat güclü olacaq". Publika.az