Həbsdə olan Kataloniya siyasətçiləri üsyan etdi
Həbsdə olan Kataloniya siyasətçiləri üsyan ediblər. Siyasətçilər qatillərlə birlikdə qaldıqlarını və həbsxanada insanların bir-birlərini bıçaqladıqlarını bildirərək şikayət ediblər. Kataloniyalı siyasətçilərdən biri həbsxanada baş verənləri qələmə alıb: "Burada qatillərlə birlikdə qalırıq. Cəza evinə alışmağa çalışırıq. Digər məhkumlarla birlikdə basketbol oynayıram". 8 kişi və bir qadın siyasətçi həbsxana bufetindən biskvit ala bilmək üçün ailələrindən həbsxana kartına pul ödəməyi xahiş ediblər.
29 Noyabr 2017 17:41 DünyaHəbsdə olan Kataloniya siyasətçiləri üsyan ediblər. Siyasətçilər qatillərlə birlikdə qaldıqlarını və həbsxanada insanların bir-birlərini bıçaqladıqlarını bildirərək şikayət ediblər. Kataloniyalı siyasətçilərdən biri həbsxanada baş verənləri qələmə alıb: "Burada qatillərlə birlikdə qalırıq. Cəza evinə alışmağa çalışırıq. Digər məhkumlarla birlikdə basketbol oynayıram". 8 kişi və bir qadın siyasətçi həbsxana bufetindən biskvit ala bilmək üçün ailələrindən həbsxana kartına pul ödəməyi xahiş ediblər.
Siyasətçilər iki həbsxanada saxlanılır. Madriddəki üçüncü həbsxanada isə müstəqilliyə dəstək verən aktivistlər saxlanılır. Söhbət 53 yaşlı Xordi Sançes və 42 yaşlı Xordi Kiksartdan gedir. Vəkillər həbsxana yeməklərindən də narazılıq ediblər. Bundan başqa bütün məhkumlar bazar günü kilsəyə gedir. Sançesin iştirak etdiyi bir mərasimdə bir məhkum digərini bıçaqlayıb. Həbsxana nəzarətçiləri bütün məktubları açıb baxırlar. Adsız məktublar yandırılır. Ölkə.az