Trampdan anti-İslam paylaşımlar
ABŞ prezidenti Donald Tramp qatı sağçı ingilis lider Yayda Fransenin paylaşdığı anti-İslam tərkibli videoları öz tvitter hesabında paylaşıb. Videolardan birində müsəlman bir qaçqının hollandiyalı uşağı döydüyü göstərilib.
29 Noyabr 2017 17:43 DünyaABŞ prezidenti Donald Tramp qatı sağçı ingilis lider Yayda Fransenin paylaşdığı anti-İslam tərkibli videoları öz tvitter hesabında paylaşıb. Videolardan birində müsəlman bir qaçqının hollandiyalı uşağı döydüyü göstərilib. Digər bir videoda isə "Məryəm ana"nın heykəlinin bir müsəlman tərəfindən parçalanması lentə alınıb. Son videoda bir azyaşlının damdan atılması yer alıb. Videoların hər üçünün İslam dininə qarşı olması sosial mediada sərt reaksiyalar doğurub. ABŞ prezidenti videoları hər hansı şərh yazmadan izləyiciləri ilə paylaşıb. Publika.az