Dünya
Məşhur rejissora 22 illik həbs
Bir ailənin üç üzvünü avtomobili ilə vurub öldürən türkiyəli rejissor Emrah Serbesin istintaq prosesi başa çatıb. Məhkəmə şüurlu şəkildə birdən çox insanın ölümünə səbəb olmaqda ittiham edilən təqsirləndirilən şəxsin dosyesini hazırlayıb və Ali Məhkəməyə göndərib.
Ukraynada məhkəmə zalında PARTLAYIŞ: ölən və yaralananlar var
Ukraynada məhkəmə zalında partlayış olub. Hadisə Nikopol şəhərində baş verib. İki nəfərin avtomobildə güllələnməsi işi üzrə dinləmələr zamanı ölən şəxslərdən birinin atası hakim məhkəmə iclasının növbəti dəfə təxirə salınması haqqında qərarını açıqlayandan sonra iki qumbaranı işə salıb. Həmin şəxs hadisə yerində ölüb. Daha 9 nəfər yaralanıb. Yaralananlar arasında üç müttəhim, iki konvoy və məhkəmə əməkdaşı var. Faktla bağlı cinayət işi qaldırılıb.
Bütün Tanzaniya qaranlığa qərq oldu
Tanzaniyada bütün regionalarda elektrik verilişi kəsilib. Ölkənin Elektrik Enerjisi Şirkəti buna səbəb olaraq müvəqqəti yaranmış texniki problemi göstəriblər. Hazırda ölkədə elektrik enerjisinin bərpa edilməsi üçün texniki heyət çalışır. Xarici KİV-lər isə belə məlumat yayıblar ki, bu, Tanzaniyanın milli elektrik təchizatı şəbəkəsinə qoşulması ilə əlaqədardır. Problemin qısa zamanda həll olunacağı bildirilir.
Medvedyev prezident seçkilərində iştirak edəcək? - Özü cavab verdi ki...
Daha öncə Rusiya prezidenti olmuş hazırkı baş nazir Dmitriy Medvedyev növbəti prezident seçkilərində iştirak etməyi planlaşdırmadığını bildirib.
Roma Papası Banqladeşə gəldi
Roma Papası Fransiskin Asiya ölkələrinə səfəri davam edir. Trend-in məlumatına görə, bu gün səfər çərçivəsində Papa Banqladeşə gəlib. Roma Papsının Dakkada Myanmadan qaçmış Rohinca müsəlmanları ilə görüşəcəyi gözlənilir.
Saakaşvili Kiyev restoranında yad qadınla bir yerdə görüntüləndi
Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru və Yeni Qüvvələr Birliyi Partiyasının (RUH) lideri Mixail Saakaşvili Kiyev restoranlarından birində yad qadınla bir masa arxasında görüntülənib.
Putinlə Ruhani Suriyada qələbə qazandı - Həriri
Suriyadakı müharibəni Bəşər Əsəd yox, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani udub. Bunu Fransa mətbuatına müsahibəsində Livan Baş naziri Saad Həriri söyləyib. “Əsəd qalib gəlmədi.
Ordu dağılır: Sərkisyan iki generalı istefaya göndərdi
Ermənistan müdafiə naziri iki generalı vəzifəsindən azad edib. Bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb. Mətbuat istefaya göndərilənlərin Baş qərargah rəisinin müavini, general-leytenant Aykaz Baqramyan və general-leytenant Stepan Qalstyan olduğunu bildirib.
Ermənistanın Avropaya uzanan əlləri kəsilir
Ermənistanın Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşmasını imzalaması “ağa”sı tərəfindən hiddətlə qarşılanıb. Belə ki, Rusiyanın məsələyə münasibəti o qədər sərt olub ki, hətta himayədarı olduğu ölkəni və onun dövlət başçısını təhqir etməkdən çəkinməyib. Rusiyanın NTV telekanalının “Görüş yeri” (“Mesta vstreçi”) proqramında Ermənistanın Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşması imzalaması müzakirəyə çıxarılıb.
Erməni siyasi məhbus: “Məni yavaş-yavaş öldürürlər”
Qiyamçı “Sasna Tsrer” qrupunun həbs edilmiş üzvü Karo Yeqnukyan bildirib ki, Ermənistan hakimiyyəti onu öldürmək istəyir. Virtualaz.org xəvbə5r verir ki, bu barədə o, “Sasna Tsrer”in 11 üzvünün işinə baxılan məhkəmənin iclasında deyib.
ABŞ məhkəməsi bitkoin köçürmələri edənlərin adlarının açıqlanmasını tələb edib
ABŞ-ın Kaliforniya ştatının Federal məhkəməsi “Coinbase” bitkoin birjasından özünün 14 min 355 müştərisinin adlarının açıqlanmasını tələb edib. Məhkəmə birjadan indiyə qədər elektron valyuta ilə anonim olaraq 20 min dollardan artıq həcmdə köçürmə etmiş şəxslərin adlarının açıqlanmasını istəyib.
Ebru Gündeş Rza Zərrabın xəyanətini bağışladı
Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin amerikada həbsdə olan həyat yoldaşı Rza Zərrabdan boşanacağına dair xəbərlərə aydınlıq gətirilib. Ebru Gündeşin vəkili məlumatları yalanlayaraq müğənninin Rza Zərrabdan ayrılmayacağını, onu bağışladığını deyib.
19 yaşlı qız sevgilisi getməsin deyə “qatara bomba qoyulub” dedi…
Rusiyanın Novosbirsk şəhərində 19 yaşlı qız sevgilisinin getməsinə mane olmaq üçün qatara bomba qoyulması ilə bağlı yalan informasiya verib.
İkinci Vatan Şaşmaz dünyaya gələcək
Tikinti şirkəti müştəriləri belə aldadır - VİDEO
İngiltərənin Vest-Oksford səmtində tikilən "Beaumont Gate" 6 dəbdəbəli villadan ibarətdir. "CALA Homes" inşaat şirkəti komplekslə bağlı reklam videoçarxı hazırlayıb. Kompleksdəki villalar 1,3 milyon funt-sterlinqlik minimal qiymətlə satılır. Vest-Oksford bələdiyyəsinin müşavir Suzanna Pressel isə deyib ki, Tventi Paund Medou-da tikilən kompleksin reklamında fotoşopdan gen-bol istifadə olunub.














