Dünya

ABŞ 2021-ci ilə qədər Bəşər Əsədin prezidentliyinə etiraz etmir

12 Dekabr 2017 14:24

Rəsmi Vaşinqton Suriya Prezidenti Bəşər Əsədi 2021-ci ilədək hakimiyyətdən uzaqlaşdırmaq niyyətində deyil.

Atatürk hava limanında baş vermiş qəzada 8 nəfər yaralanıb

12 Dekabr 2017 14:23

İstanbulun Atatürk hava limanında əməkdaşları daşıyan avtobus başqa avtobusla toqquşub. Yerli mətbuat yazır ki, hadisə nəticəsində 8 nəfər yaralanıb. Qəza bu gün səhər yerli vaxtla 06:30-da baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Rusiya generalı Suriyada “xozeyinin” kim olduğunu Əsədə başa salır...

12 Dekabr 2017 14:10

Ötən gün qoşunların Suriyadan çıxarılmasını və qələbəni təntənəli şəkildə elan etmək üçün Xmeymin aviabazasına gedən Rusiya prezidenti Vladimir Putinin səfəri ilə bağlı videokadrlarda maraqlı detal diqqəti cəlb edib. Virtualaz.org xəbər verir ki, rus generallardan biri Suriya diktatoru Bəşər Əsədin qolundan tutaraq ləngidib və onun Putinlə yanaşı qırmızı xalı üzərində yeriməsinə mane olub.

Ərəb Liqası ABŞ-dan silah alışına qadağa qoymalıdır

12 Dekabr 2017 13:59

“ABŞ-ın Qüdsün İsrailin paytaxtı elan etməsinə Ərəb ölkələri ayrı-ayrılıqda sərt bəyanatlar versələr də, əməli olaraq heç bir siyasi təzyiqlərə başlamayacaqlar”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.

Qüds qərarı sivil dünyanı Birləşmiş Ştatlara qarşı qoydu

12 Dekabr 2017 13:56

Ötən həftə iki böyūk, əks-qūtb dövlətin başında biabırçı hadisələr oldu. Rusiya Federasiyası və Birləşmiş Ştatlara yaraşmayan səhvlərinə görə dūnya qınağı qarşısında qaldılar. Bunlardan biriRusiyanın Olimpiya biabırçılığı idi. Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya ilə bağlı görūnməmiş sərt qərar çıxardı.

Həbsdən azad edilən Saakaşvilidən – Müraciət

12 Dekabr 2017 13:53

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukrayna rejimi ilə mübarizəsi səngimək bilmir.  Dünən axşam saatlarında həbsdən azad edilən Saakaşvili tərəfdarlarına müraciət edib. 

WhatsApp silkələnəcək – 4 YENİ ÖZƏLLİK

12 Dekabr 2017 13:50

Populyar mesajlaşma proqramı olan WhatsApp 4 yeni funksiyasını istifadəçilərə təqdim edəcək. Proqram yeni xüsusuiyyətləri hələ ki, yalnız “Android” tipli sistemlərə tətbiq etməyi planlaşdırır. İlk xüsusiyyət əngəllənən WhatsApp istifadəçilərinin əngəlinin daha asan şəkildə aradan qaldırılmasına aiddir. İstifadəçi əngəllədiyi şəxsi blokdan çıxarmaq üçün sadəcə barmağını həmin adın üzərinə basılı saxlayacaq və “blokdan çıxar” seçiminə vurmaqla həmin istifadəçi ilə əlaqə yarada biləcək.

“Məni məşhur qatilin olduğu kamerada...” - Saakaşvilidən ŞOK BƏYANAT

12 Dekabr 2017 13:46

Gürcüstanın sabiq prezidenti və “Yeni Güclərin Hərəkatı”nın lideri Mixail Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında məşhur qatilin kamerasında saxlanılıb.

İranda dəhşətli zəlzələ - Son dəqiqə

12 Dekabr 2017 13:42

İranda güclü zəlzələ baş verib. Zəlzələ Rixter şkalası üzrə 6,1 bal gücündə olub. Yeraltı təkanların episentri Kerman bölgəsində, yerin 57 kilometr dərinliyində yerləşib. Dağıntı və tələfatla bağlı heç bir məlumat yoxdur.

Putin qərarından vaz keçdi –  Seçkiyə görə

12 Dekabr 2017 13:38

Rusiya hökuməti ölkədə vergi islahatları aparmaq qərarını seçkilərə qədər təxirə salıb. Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin qərar verib. Qərara səbəb kimi layihənin mürəkkəb olması və ciddi problemlər yarada biləcəyi göstərilir.

BVF-dən təlaş dolu xəbərdarlıq: “50 il qaranlıq...”

12 Dekabr 2017 13:36

Əgər kritik qərarlar qəbul etməsək, böyük çətinliklərlə üzləşməli olacağıq. Bu fikirləri Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristina Lagarde deyib. O, qlobal istiləşmə və iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıq edib.

Avstriyada qaz kəmərində partlayış: 60 yaralı

12 Dekabr 2017 13:18

Avstriyada qaz kəmərində partlayış olub. Məlumata görə, hadisə səhər saatlarında Aşağı Avstriya federal torpağında, Vayden-an-der-Marx kommunasındakı iri qaz stansiyalarından birində qeydə alınıb. Partlayış nəticəsində 60 nəfər xəsarət alıb. Partlayış səbəbi məlum deyil. Araşdırma aparılır.

Rusiyada seçkiöncəsi vəziyyət və Kremlin yaxın-uzaq regionlarla bağlı maraqları

12 Dekabr 2017 12:52

Zaman-zaman Rusiyadan ölkəmizə qarşı müəyyən gedişlər, təxribat xarakterli hərəkətlər müşahidə edilməkdədir. Özü də maraqlısı odur ki, bu kimi mənfi tendensiya daha çox Azərbaycanda bu və ya digər seçkilər keçirilməli olduğu ərəfədə özünü büruzə verir. Hazırda da eyni situasiya davam edir. Yenə Azərbaycanda prezident seçkilərinə hazırlıq mərhələsinin müşahidə edildiyi, hətta seçkilərin vaxtının bir qədər əvvələ təyin olunması təşəbbüsünün gündəmə gəldiyi zaman kəsiyində şimaldan Bakıya doğru təxribat hərəkətləri müşahidə edilir. Bu dəfə isə oyun meydanında Rusiyada özünə sığınacaq tapmış separatçılar yer alır. Təbii ki, Rusiyadakı antiAzərbaycan qüvvələrinin, şəbəkənin dəstəyi ilə. Hansı ki. həmin şəbəkə, qüvvələr hətta Rusiyanın bir sıra rəsmi strukturlarına belə sirayət etməyi bacarıblar.

Kamikadzelərin Rusiyada prezident seçkisi ilə bağlı hücum planı İFŞA EDİLDİ

12 Dekabr 2017 12:22

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva regionunda genişmiqyaslı terror aktları həyata keçirməyi planlaşdıran kamikadzelər qrupunu zərərsizləşdirib. Bu haqda Milli terrorçuluğa qarşı komitənin sədri Aleksandr Bortnikov bildirib.

Kolumbiyada da Qüds qərarına etiraz edildi 

12 Dekabr 2017 12:06

ABŞ-ın Qüdsü “İsrailin paytaxtı” olaraq tanıması Kolumbiyada da etiraz aksiyası ilə qarşılanıb. Aksiya iştirakçıları ABŞ-ın Boqota şəhərində yerləşən səfirliyi ərazisində toplaşıblar. Əksəriyyəti ölkədəki fələstinlilərdən ibarət olan nümayişçilər ABŞ prezidenti Donald Trampın Qüds qərarına etiraz ediblər. Fələstin bayraqları ilə səfirliyin girişinə qədər gələn iştirakçılar ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər.