Rusiyada seçkiöncəsi vəziyyət və Kremlin yaxın-uzaq regionlarla bağlı maraqları

Zaman-zaman Rusiyadan ölkəmizə qarşı müəyyən gedişlər, təxribat xarakterli hərəkətlər müşahidə edilməkdədir. Özü də maraqlısı odur ki, bu kimi mənfi tendensiya daha çox Azərbaycanda bu və ya digər seçkilər keçirilməli olduğu ərəfədə özünü büruzə verir. Hazırda da eyni situasiya davam edir. Yenə Azərbaycanda prezident seçkilərinə hazırlıq mərhələsinin müşahidə edildiyi, hətta seçkilərin vaxtının bir qədər əvvələ təyin olunması təşəbbüsünün gündəmə gəldiyi zaman kəsiyində şimaldan Bakıya doğru təxribat hərəkətləri müşahidə edilir. Bu dəfə isə oyun meydanında Rusiyada özünə sığınacaq tapmış separatçılar yer alır. Təbii ki, Rusiyadakı antiAzərbaycan qüvvələrinin, şəbəkənin dəstəyi ilə. Hansı ki. həmin şəbəkə, qüvvələr hətta Rusiyanın bir sıra rəsmi strukturlarına belə sirayət etməyi bacarıblar.

Qafqazlar da bu maraqlar xaricində deyil

Zaman-zaman Rusiyadan ölkəmizə qarşı müəyyən gedişlər, təxribat xarakterli hərəkətlər müşahidə edilməkdədir. Özü də maraqlısı odur ki, bu kimi mənfi tendensiya daha çox Azərbaycanda bu və ya digər seçkilər keçirilməli olduğu ərəfədə özünü büruzə verir. Hazırda da eyni situasiya davam edir. Yenə Azərbaycanda prezident seçkilərinə hazırlıq mərhələsinin müşahidə edildiyi, hətta seçkilərin vaxtının bir qədər əvvələ təyin olunması təşəbbüsünün gündəmə gəldiyi zaman kəsiyində şimaldan Bakıya doğru təxribat hərəkətləri müşahidə edilir. Bu dəfə isə oyun meydanında Rusiyada özünə sığınacaq tapmış separatçılar yer alır. Təbii ki, Rusiyadakı antiAzərbaycan qüvvələrinin, şəbəkənin dəstəyi ilə. Hansı ki. həmin şəbəkə, qüvvələr hətta Rusiyanın bir sıra rəsmi strukturlarına belə sirayət etməyi bacarıblar.

Bir sıra ekspertlər hesab edirlər ki, Rusiyada müşahidə edilən antiAzərbaycan təbliğatı, ölkəmizə qarşı artan təxribatlar Bakı yanaşı elə Moskvanın özünə də zərbə vurmağı hədəfləyib. Bir qədər dəqiqləşdirsək növbəti dəfə prezident seçkilərinə qatılacağını bəyan edən Kreml rəhbərini. Hazırda maksimum dərəcədə qarşıya qoyulan məqsəd budur. Rusiyada ən qatı şəkildə Azərbaycan əleyhinə fəaliyyətlərə rəvac vermək, bununla Bakı ilə

Moskva arasında gərginlik yaratmaq. Eyni zamanda bu proseslərə şimal qonşumuzda yaşayan, iş həyatı quran yüz minlərlə soydaşımızı cəlb etmək. Yəni, Rusiyada antiAzərbaycan təbliğatı o dərəcəyə çatdırılmalıdır ki, bu ölkədə yaşayan və Rusiya vətəndaşı olan soydaşlarımız Vladimir Putinin növbəti dəfə prezident seçilməsinə səs verməsinlər, onu Rusiya azərbaycanlılarının səsindən məhrum etsinlər. Təbii ki, bu amilin özü də son nəticədə Rusiya-Azərbaycan münasibətlərin ən kəskin şəkildə pisləşməsinə xidmət edəcək. Çünki yenidən Kreml rəhbəri seçiləcək Vladimir Putinin də azərbaycanlıların ona səs verməməsindən dolayı soydaşlarımıza qarşı olan münasibəti dəyişəcək, beləliklə antiAzərbaycan şəbəkənin Moskva-Bakı münasibətlərinə zərbə vurmaq cəhdi baş tutacaq. Təbii ki, bütün bunlar sözügedən dairələrin məkirli planıdır və bu planın reallaşması, gerçəkləşməsi də mümkün görünmür. Çünki Rusiya-Azərbaycan münasibətləri bu kimi cılız maraqlar üzərində qurulmayıb. Eyni zamanda Rusiyada yaşayan soydaşlarımızın seçkilərdəki səsi o dərəcədə maksimum həddə deyil ki, Putinin yenidən Kreml rəhbəri seçilməsinin qarşısını alsın. Şübhə yoxdur və reallıq bundan ibarətdir ki, Rusiyada keçiriləcək növbəti prezident seçkilərində də məhz Vladimir Putin qələbə qazanacaq. Elə bir sıra ekspert və analitiklər də belə düşünür.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyada mart ayında keçiriləcək prezident seçkilərində Vladimir Putin yenidən namizədliyini verəcəyini açıqlayıb və onun qalib gələcəyi də mümkün görünür. Onun sözlərinə görə, seçkilərdə Vladimir Putinə alternativ siyasətçi, Navalnı olsa da, lakin onun seçkilərdə qalib gəlmək şansı sıfıra bərabərdir: "Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalar sosial-iqtisadi vəziyyəti ağırlaşdırsa da, Putinin beynəlxalq siyasətdə Rusiyanın rolunu artırması, Şərqi Avropa və Yaxın Şərqdə hərbi fəaliyyəti Kreml rəhbərinə qarşı daxildə müəyyən dərəcədə populyarlıq qazandırıb". Politolqo bildirib ki, Vladimir Putin seçkini keçirdikdən sonra, onun əsas hədəfində Mərkəzi Asiya və Cənubi Qafqaz olacaq: "Rusiyanın tam gücü ilə bu regionlarda öz siyasi-ideoloji təsirlərini, həmçinin təzyiqlərini artırmaqla, öz nəzarətini gücləndirməsi qaçılmazdı. Həmçinin Belarusun mərkəzdən qaçma siyasətinin qarşısına sərt təpki göstərəcək. Qarabağ münaqişəsinə gəldikdə isə, danışıqlarda manipulyasiyanı davam etdirməklə, Azərbaycan və Gürcüstana qarşı separatizm, işğal siyasətini davam etdirməsi gözlənilir. Xüsusi ilə Putinin Gürcüstan və Ukraynaya qarşı hərbi təzyiqləri qaçılmazdı. Xarkov və Odessa işğal edilə bilər. Bundan əlavə Pribaltikaya qarşı-öz sərhədlərində hərbi iştirakını artırmaqla, ciddi şəkildə təzyiqlərə start verməsi gözlənilir. Çünki, Qərblə Rusiya arasında soyuq savaş davam edir və yeni fazaya keçir". Məhəmməd Əsədullazadə qeyd edib ki, Yaxın Şərqdə güclənən Putin post-sovet ölklərinə nəzarəti gücləndirməklə, Birləşmiş Ştatların Qafqaz və Mərkəzi Asiya siyasətinin qarşısını almağa çalışır: "Həmçinin Şərqi Avropada öz sərhədlərinin yaxınlığında ABŞ-ın hərbi iştirakını təhlükəsizliyinə təhdid hesab edir. Ona görə də Şərqi Avropa və Baltikyanı Rusiya təhlükəsi ilə qarşı-qarşıyadır. Rusiya tanklarının Şərqi Avropada irəliləməsinə, sərhəddi keçməsinə ABŞ-ın mane olması illuzuyadır. Necə ki, bunu Ukraynada və Gürcüstanda etdi". Politoloqun sözlərinə görə, Vladimir Putinin Azərbaycana qarşı da müəyyən planları var. Çünki, Azərbaycan Putinin Avrasiya və KTMT planlarında yer almır: "Bakı müəyyən dərəcədə müstəqil siyasət aparır və TANAP, Bakı-Tiflis-Qars kimi geostrateji lahiyələrlə Rusiyanın maraqlarına uyğun olmayan siyasətə qol qoyub. Azərbaycan iqtidarına qarşı prezident seçkiləri öncəsi, Abbas Abbasovun başçılığı ilə siyasi ittifaq formalaşdırıla bilər. Bu ölkədə kifayət qədər hakimiyyətin qarşısına çıxarıla biləcək şəxslər var. Azərbaycana Moskvanın səfir təyinatının gecikməsi də, məhz diplomatik soyuqluqdan irəli gəlir. Seçki öncəsi, Kreml ermənipərəst Zuyevi səfir göndərməklə, Azərbaycana təzyiqləri planlaşdırırdı. Yeni səfir təyinatında Rusiya elə bir şəxsi göndərmək istəyir ki, keçmiş səfir Doroxin kimi loyal siyasət aparmasın. Hazırda Rusiyanın təzyiqləri Qarabağ və Xəzər dənizində özünü biruzə verir. Qərb Putinin aqressiyasını durdura bilməsə, Mərkəzi Asiya, Qafqaz və Şərqi Avropa yaxın beş il ərzində Rusiyanın əsas nəzarətinə keçmək təhlükəsi ilə üz-üzə qalacaq. Qərbin əlində əsas kart olan Şimali Qafqaz da hazırda Putinin tam nəzarətindədir.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da deyib ki, Rusiyada ağır iqtisadi vəziyyətə baxmayaraq, Putin ölkəsində yüksək reytinqə malikdir: "O elə birinci turda qələbə qazanacağına ümid edir. Putinin rəqibləri zəifdir və indiki durumda Rusiyada prezident seçkisində ciddi rəqabətin olacağını gözləmək mümkün deyil.

Putin baş nazir olduğu dövrdə, yəni 2008-ci ildə Gürcüstan torpaqlarını, prezident olduğu illərdə, yəni 2014-cü ildə isə Ukrayna torpaqlarını işğal etdi. Bu iki hadisədən sonra Qərb ölkələrinin Rusiya hakimiyyəti ilə münasibətləri xeyli gərginləşdi. Putinin dünyada dostları azdır, onunla müttəfiq olan dövlət başçıları belə Kreml sahibinin siyasətindən ehtiyat edirlər. İndinin özündə Vaşinqton Moskva ilə münasibətlərinin normallaşması üçün bu şərti irəli sürür: "Krım Ukraynaya geri qaytarılmalıdır". Aydındır ki, nə qədər Vladimir Putin prezident olacaq Rusiya Krımı Ukraynaya geri qaytarmayacaq.Ümumiyyətlə Rusiyada bundan sonra da prezidentliyin kimliyindən asılı olmayaraq Krımın Ukraynaya geri qaytarılması problematikdir. Deməli, belə vəziyyətdə ABŞ-Rusiya münasibətləri normallaşmayacaq, Qərbin Rusiyaya qarşı sanksiyaları ortadan qaldırılmayacaq. Əlaqələr və görüşlər olacaq, ancaq Rusiya ilə Qərb ölkələri arasında genişmiqyaslı əməkdaşlıq mümkün olmayacaq. Yalnız Avropanın bir neçə ölkəsi Krımın işğalına rəğmən, Putinlə əməkdaşlığa maraq göstərəcəklər. Ancaq həmin ölkələrin liderləri də Brüsselin xəbərdarlıqları ilə hesablaşmaq məcburiyyətindədirlər".Mərkəz rəhbəri deyib ki, Putinin növbəti dəfə namizədliyini prezidentliy irəli sürməsi Azərbaycanda da ciddi müzakirə olunur: "Birincisi, rəsmi Bakı Kremllə münasibətlərə xüsusi önəm verir və bu münasibətləri maksimum normal səviyyədə saxlamağa çalışır. İkincisi, Rusiya Azərbaycan kənd təssürraftı məhsulları üçün əsas bazardır. Üçüncüsü, Rusiyada milyonlarla azərbaycanlı yaşayır və qazandıqları gəlirin bir hissəsini Azərbaycan yaşayan ailələrinə göndərirlər. Dördüncüsü, Rusiyanın işğalçı Ermənistana böyük təsir imkanları var və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda əsas vasitəçidir. Ona görə də Rusiyanın xarici siyasət və təhlükəsizlik siyasətinin dəyişib-dəyişməyəcəyi Azərbaycan üçün vacibdir. Putin prezident olduğu dövrdə iki ölkə arasındakı münasibətlər stabil qalacaq, nə böyük inkişaf, nə də ciddi problemlər olacaq. Putin növbəti illərdə də Qarabağ münaqişəsinin həllinə maraq göstərməyəcək. Putini Qarabağ münaqişəsinin həlli maraqlandırmır. Putin Qarabağ münaqişəsi vasitəsilə həm Azərbaycana, həm də Ermənistana təsir imkanlarına malikdir. O, bu siyasəti bundan sonra da davam etdirəcək". Elxan Şahinoğlu qeyd edib ki, Vladimir Putinin Azərbaycanda səfir təyinatına reaksiyası da maraqlıdır: "Vladimir Putin 9 ildən sonra Azərbaycandakı səfir Vladimir Doroxini Georgi Zuyevlə dəyişmək qərarına gəldi. Rəsmi Bakı bu qərardan narazı qaldı. Çünki deyilənlərə görə Georgi Zuyev Rusiyanın separatçı Abxaziyada maraqlarını təmsil edib və separatizmə dəstək verən açıqlamalar səsləndirib. Bakı belə bir səfirin Azərbaycanda işləməsinin əleyhinə çıxdı. Kuluar söhbətlərində hətta rəsmi Bakının Zuyevə aqreman verilmədiyi də açıqlandı. Bundan sonra Rusiya XİN-dən açıqlama gəldi. Rusiyanın Azərbaycandakı səfiri vəzifəsini müvəqqəti işlər vəkili Oleq Muraşov icra edəcək. Bu hələ yekun qərar deyil. Ancaq hər halda Kremlin Zuyevin namizədliyində israr etməməsi Putinin Bakı ilə münasibətlərdə problem yaşamaq istəmədiyindən irəli gəlir. Əslində Rusiyanın xarici işlər naziri Sergey Lavrov separatizmi dəstəkləyən birisini Azərbaycana səfir təyin etməməli idi. Onun səhvini Putin düzətlməyə çalışdı".

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də deyib ki, gələn ilin mart ayında Vladimir Putin növbəti dəfə Rusiya Federasiyasının prezident seçiləcək: "Onun hakimiyyətini davam etdirəcəyi təqdirdə, imperiyanı bərpa istəyi də davam edəcək".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31