Kolumbiyada da Qüds qərarına etiraz edildi
ABŞ-ın Qüdsü “İsrailin paytaxtı” olaraq tanıması Kolumbiyada da etiraz aksiyası ilə qarşılanıb. Aksiya iştirakçıları ABŞ-ın Boqota şəhərində yerləşən səfirliyi ərazisində toplaşıblar. Əksəriyyəti ölkədəki fələstinlilərdən ibarət olan nümayişçilər ABŞ prezidenti Donald Trampın Qüds qərarına etiraz ediblər. Fələstin bayraqları ilə səfirliyin girişinə qədər gələn iştirakçılar ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər.
12 Dekabr 2017 12:06 DünyaABŞ-ın Qüdsü "İsrailin paytaxtı" olaraq tanıması Kolumbiyada da etiraz aksiyası ilə qarşılanıb. Aksiya iştirakçıları ABŞ-ın Boqota şəhərində yerləşən səfirliyi ərazisində toplaşıblar. Əksəriyyəti ölkədəki fələstinlilərdən ibarət olan nümayişçilər ABŞ prezidenti Donald Trampın Qüds qərarına etiraz ediblər. Fələstin bayraqları ilə səfirliyin girişinə qədər gələn iştirakçılar ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər.
Mühafizə orqanları ərazidə təhlükəsizlik tədbirləri aparıb. Daha sonra iştirakçılar həmin yeri tərk ediblər. Azadinform.az