Dünya
Suriya və İraqdakı uşaqlarla bağlı STATİSTİKA - 16 yaşadək 390 uşaq var
Suriya və İraqda "terrorçu aktivliyi" zonalarında ilkin məlumatlara görə, 390 qazaxıstanlı uşaq var, onların bir hissəsi yaxın zamanlarda ölkəyə qaytarılacaq. Bunu Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Nurqali Bilisbekov deyib. Onun sözlərinə görə, 63 uşaq geri qaytarılıb, daha 50 uşağın isə yaxın zamanlarda qayıdacağı gözlənilir: "Hazırda Suriya və İraqda 16 yaşadək 390 uşaq var - 214 oğlan və 176 qız".
Əqsa məscidinə hücum – 49 radikal yəhudi...
İsrail polisinin müşayiəti ilə 49 radikal yəhudi Əqsa məscidinə basqın edib. Bu barədə Qüds İslami Vəqflər İdarəsinin mətbuat katibi Firas Dibs yazılı bəyanatla çıxış edib. Məlumata görə, Əqsaya basqın edən yəhudilər məscidin çıxışında talmudi ayinlər həyata keçiriblər.
100 minlərlə həkim etiraza qalxdı
İtaliyada 100 mindən artıq tibb işçisi 24 saatlıq tətil elan edib. Tətillə əlaqədar 40 minə yaxın cərrahi əməliyyat və mindən çox digər əməliyyatlar təxirə salınıb.
Müharibə şirkətləri: 100 milyard qazanc, Afrika cəngəlliklərində bitən ömürlər - ARAŞDIRMA
Rusiyada nəşr olunan “Komsomolskaya pravda” qəzetinin əməkdaşı Aleksandr Kotsun tvitter səhifəsində paylaşdıqları bu ölkədə rezonans yaradıb. Söhbət ruslardan ibarət və elə rusların da sahibi olduğu özəl hərbi şirkətdən, daha doğrusu bu şirkətin Sudanda hərbi əməliyyatlarda iştirakından gedir.
Yaxın Şərq xalqları Türkiyənin nüfuzunun artdığını hesab edirlər
Türkiyə, Suriyadakı müharibədən qaçan 3 milyona yaxın qaçqını qəbul edib. ABŞ-da mənzillənən Pew Research Center mərkəzinin son araşdırmasına əsasən Türkiyə Yaxın Şərq bölgəsində nüfuzu ən çox artan ölkədir. Onunla yanaşı, ABŞ və Rusiyanın da bölgədə nüfuzu artıb. Araşdırmada həmçinin bölgədə liderlərin rolu da dəyərləndirilir.
Gürcüstanda Qarabağ təxribatını təkrarlamaq istəyən ermənilərə xəbərdarlıq
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin İrəvana rəsmi səfərin ləğvi erməni mətbuatının gündəmində qalmağa davam edir. Ermənilər iddia edirlər ki, gürcü münasibətləri gələn ildə daha yaxın olacaq. Amma bu belə deyil.
Aprel döyüşlərində iştirak edən daha bir erməni hərbçi etiraz etdi
Erməni hərbi qulluqçusu aprel döyüşlərində 3 ay müddətinə ön xətt mövqelərində olsa da müharibə iştirakçısı hesab edilmir. Ermənistan ordusundan təxris edilən Razmik Petrosyanın hüquqlarını qoruyan vəkil Aşxen Daşyan, 2017-ci il dekabrın 5-də müdafiə nazirliyinə qarşı məhkəməyə göndərilən iddianın icraata qəbul olunması haqqında bildirişi hələ də almadığını qeyd edib.
Moskvada Yeni ildə spirtli içkilərin satışına qadağa qoyulacaq
Moskvada dekabrın 30-dan yanvarın 9-dək spirtli içkilərin satışına qadağa qoyulacaq. Məlumata görə, bu barədə Moskvanın Regional Təhlükəsizlik Departamentinin rəhbəri Vladimir Çernikov deyib.
Nazorzadənin oğlunun toyu: “antikorrupsiya”nın işçiləri mülki geyimdə plovu yeyib, toy sahibi işdən qovulub
Tacikistanda daha bir məmur mərasimlər haqda qanunun tələblərini pozmaqda ittiham olunaraq işdən çıxarılıb və böyük məbləğdə cərimələnib.
Trampın twitter paylaşımlarını rəsmi açıqlama kimi qəbul edirlər
Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov ABŞ prezidenti Donald Trampın twitter hesabında paylaşdığı fikirləri Amerikanın rəsmi açıqlaması kimi qəbul etdiklərini bildirib. Olaylar.az bildirir ki, Peskov açıqlamasında Rusiya prezidentinin twitter hesabının olmadığını qeyd edib.
Çavuşoğlu: “Əsəd Suriyanı birləşdirə bilməyəcək”
“Bəşər Əsədin Suriyanı birləşdirə bilməyəcəyini düşünürük”. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu NTV telekanalının canlı efirində deyib.
Erməni lobbisi Rusiyanın maraqlarına necə zərbə vurur?
Erməni lobbisi bütün böyük dövlətlərdə müxtəlif formalarda Azərbaycana qarşı fəaliyyət göstərir. Rusiyada isə fərqli formada fəaliyyətə üstünlük verirlər. Erməni lobbisinin Rusiyadakı fəaliyyətinin əsas istiqamətlərindən biri də Azərbaycanda etnik qruplar arasında münaqişə və qarşıdurma yaratma cəhdləridir. Bunun üçün bəzi etniklərin ağıldankəm və öz maddi maraqları naminə ölkəsinə, xalqına xəyanət edən nümayəndələrini tapır, öz tərəfinə çəkir və onların vasitəsilə Azərbaycanda guya etniklərin hüquqlarının pozulduğunu bəyan edirlər. Beləliklə, həm beynəlxalq aləmdə Azərbaycan haqda mənfi fikirlər formalaşdırmağa cəhd göstərir, həm də Azərbaycan xalqı arasında nifaq salmağa çalışırlar.
Məşhur aktrisa həbs oluna bilər - Prezidenti təhqir etdi
Məşhur türkiyəli aktrisa və müğənni Zuhal Olcay İstanbulda yerləşən əyləncə məkanlarının birində ifa etdiyi mahnıda prezident Rəcəb Tayyib Ərdoğanın adına uyğunlaşdırdığı və əl hərəkəti ilə onu təhqir etdiyi bildirilir. Olaylar.az bildirir ki, Anadolu Respublika Prokurorluğuna məkanda olan tamaşaçılardan birinin şikayəti üzrə məşhur aktrisaya qarşı cinayət işi açılıb. İfadəsi alınan Zuhal Olcay “Boş vermişim dünyayı” adlı mahnıda bəzi hissələri prezident Rəcəb Tayyib Ərdoğanın adına uyğunlaşdırdığını etiraf edib.
Tramp: “Bu dəfə ABŞ Aya təkcə bayraq sancmayacaq...”
ABŞ Pezidenti Donald Tramp kosmik siyasət direktivini imzalayıb. Bu qərarla ABŞ kosmik siyasətini bir qədər də genişləndirəcək. Ağ Evdə təşkil edilən imzalama mərasimində NASA-nın nümayəndələri də iştirak edib. Xəbərə görə, prezidentin imzaladığı yeni direktiv NASA rəhbərliyi tərəfindən hazırlanıb. Tramp bildirib ki, bu qərardan sonra NASA daha çox kəşflər edə biləcək, habelə amerikalı astronomlar Aya qayıdacaq və Mars missiyasına hazır olacaq.














