Dünya
“NASA” 3 kosmik teleskop buraxacaq
ABŞ Kosmik Agentliyi (NASA) yaxın 10 ildə kosmosa həyat üçün potensial yararlı planetlərin aşkarlanmasında istifadə olunacaq 3 yeni teleskop buraxmaq niyyətindədir. “NASA” direktorunun köməkçisi Tomas Zurbukeninin sözlərinə görə, növbəti ilin martında kosmosa “Transiting Exoplanet Survey Satellite” (TESS - ulduzu qarşısında keçən planetlərin tədqiqi üzrə peyk) adlı aparatın buraxılması gözlənilir. “TESS” aparatının təyinatı parametrlərinə görə Günəş sistemi ilə daha çox müqayisə oluna biləcək Yerə yaxın planet sistemlərinin aşkarlanmasından ibarətdir.
Partlayışa davamlı planşet təqdim edilib
Yaponiyanın “Panasonic ToughPad” şirkəti təhlükəsiz planşetlərdən ibarət istehsal xəttinə yeni model əlavə edib. Söhbət çətin şəraitdə istifadə üçün nəzərdə tutulmuş “FZ-G1 mk4 ATEX” modelindən gedir.
İnternet uşaqların ehtiyacına uyğunlaşdırılmayıb
İnternet uşaqlar üçün böyük imkanlar açır. Lakin dünyada oğlan və qızların 33%-i internetdən istifadə imkanına malik deyil. Bu haqda BMT-nin Uşaq Fondunun (YUNİSEF) hesabatında deyilir. Hesabatın müəllifləri rəqəmli məkanda uşaqların həyatını, yeni texnologiyaların üstünlüklərini, həmçinin təhlükələri araşdırıblar. Onların qənaətincə, internet platformaları uşaqların ehtiyacına uyğunlaşdırılmayıb, eyni zamanda hər üçüncü internet istifadəçisi məhz uşaqlardır.
1 həftə müddətində avtonom işləyən smartfon təqdim ediləcək
Az tanınan "Oukitel" şirkəti güclü akkumulyatora malik smartfon təqdim edib. Söhbət "Oukitel K10" modelindən gedir. Yeni qurğu 11 min milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib. İddialara görə, tam şarj aparatdan normal istifadə zamanı 1 həftə müddətində avtonom işləməyə imkan verəcək. Aparatın tam enerji ilə doldurulmasına 2,5 saat vaxt sərf olunur.
Rusiyaya qarşı sanksiyalar daha 6 ay uzadılır
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iqtisadi sanksiyaları daha 6 ay müddətinə uzatmaq niyyətindədir. Məlumata görə, Aİ-dən bildirilib ki, sanksiya rejiminin özü isə dəyişməz qalacaq.
Putin-Ərdoğan görüşündə MÜƏMMALI ANLAR: Səhnəyə böyük bir masa gətirdilər və...
Rusiya prezidenti Vladimir Putin Ankara səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə “S-400” raket müdafiə sistemi razılaşmasını imzalamaqdan vaz keçib.
İsrail Qəzza zolağına hava zərbəsi endirdi - Ölənlər var
Qəzza zolağına İsrailin endirdiyi hava zərbələri nəticəsində fələstinli iki mülki şəxs ölüb. İsrailin Pilotsuz Uçan Aparatından endirdiyi zərbə motoskletlə hərəkətdə olan iki nəfərin üzərinə düşüb. İsrail rəsmiləri bildirib ki, ölənlər "Fələstin İslami Cihad Qrupunun" üzvləridir.
Ukrayna Baş Prokurorluğu Saakaşvilini istintaqa çağırdı
Ukrayna Baş Prokurorluğu Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvilini dekabrın 18-də istintaqa çağırıb. Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
İtaliyada fövqəladə vəziyyət gündəmdə - SƏBƏB
İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda Avstriyada qaz kəmərində baş vermiş partlayışla əlaqədar İtaliyada fövqəladə vəziyyətin elan oluna biləcəyini deyib. Avstriyada baş vermiş hadisədən sonra İtaliyaya Rusiyadan qaz verilişi dayandırılıb.
Son 13 ildə 40 min Azərbaycan vətəndaşına Türkiyədə yaşamaq icazəsi verilib
Son 13 il ərzində 589 473 nəfər xarici vətəndaşa Türkiyədə yaşamaq üçün icazə verilib. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Baş Miqrasiya İdarəsinin məlumatında deyilir.
NATO baş katibinin səlahiyyət müddəti 2 il uzadılıb
NATO-nun baş katibi Yens Stoltenberqin vəzifə səlahiyyətinin müddəti daha 2 il uzadılıb. Məlumata görə, bu barədə təşkilatın bəyanatında deyilir. Bildirilir ki, onun mandatı 2020-ci il sentyabrın 30-da başa çatacaq.
Kreml türk dilinə status verməkdən imtina etdi
Kremldə tatar dilinin ikinci dövlət dili olması müzakirə edilmir. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
Hindistanda qar uçqunu - Hərbçilər həlak oldu
Hindistanın Cammu-Kəşmir ştatında baş vermiş qar uçqunu nəticəsində beş hərbçi həlak olub. Uçquna son bir neçə gün ərzində yağan güclü qar səbəb olub.
İtaliyada mafiya həbsləri - 48 nəfər saxlanıldı
İtaliyanın Recco Kalabriya şəhərində polisin mafiyaya qarşı keçirdiyi əməliyyat nəticəsində 48 nəfər saxlanılıb. 44 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 4 nəfər ev həbsinə məhkum edilib.
İstanbulda 20 mindən çox polis işdən azad edilib
Türkiyədə Fəthulla Gülən tərəfdarlarına qarşı əməliyyatlar başladıqdan sonra İstanbul polis orqanlarından 22 987 nəfər işdən azad edilib. Xidmətdən azad edilən bütün şəxslərin Gülən hərəkatı ilə birbaşa əlaqələrinin olduğu müəyyənləşib.














