İtaliyada fövqəladə vəziyyət gündəmdə - SƏBƏB
İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda Avstriyada qaz kəmərində baş vermiş partlayışla əlaqədar İtaliyada fövqəladə vəziyyətin elan oluna biləcəyini deyib. Avstriyada baş vermiş hadisədən sonra İtaliyaya Rusiyadan qaz verilişi dayandırılıb.
12 Dekabr 2017 17:49 Dünyaİtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda Avstriyada qaz kəmərində baş vermiş partlayışla əlaqədar İtaliyada fövqəladə vəziyyətin elan oluna biləcəyini deyib. Avstriyada baş vermiş hadisədən sonra İtaliyaya Rusiyadan qaz verilişi dayandırılıb.
Nazir verdiyi açıqlamada Transadriatik boru kəməri (TAP) layihəsinin bu məsələdə vacibliyini vurğulayıb: "Əgər TAP olsaydı, biz Avstriyadakı partlayışa görə fövqəladə vəziyyət elan etməzdik".
Qeyd edək ki, Avstriyanın Baumqarten şəhəri yaxınlığında qaz kəmərində baş verən partlayış nəticəsində azı 1 nəfər həlak olub, onlarla xəsarət alan var. Trend.az