Tramp: “Bu dəfə ABŞ Aya təkcə bayraq sancmayacaq...”
ABŞ Pezidenti Donald Tramp kosmik siyasət direktivini imzalayıb. Bu qərarla ABŞ kosmik siyasətini bir qədər də genişləndirəcək. Ağ Evdə təşkil edilən imzalama mərasimində NASA-nın nümayəndələri də iştirak edib. Xəbərə görə, prezidentin imzaladığı yeni direktiv NASA rəhbərliyi tərəfindən hazırlanıb. Tramp bildirib ki, bu qərardan sonra NASA daha çox kəşflər edə biləcək, habelə amerikalı astronomlar Aya qayıdacaq və Mars missiyasına hazır olacaq.
12 Dekabr 2017 14:41 DünyaABŞ Pezidenti Donald Tramp kosmik siyasət direktivini imzalayıb. Bu qərarla ABŞ kosmik siyasətini bir qədər də genişləndirəcək. Ağ Evdə təşkil edilən imzalama mərasimində NASA-nın nümayəndələri də iştirak edib. Xəbərə görə, prezidentin imzaladığı yeni direktiv NASA rəhbərliyi tərəfindən hazırlanıb. Tramp bildirib ki, bu qərardan sonra NASA daha çox kəşflər edə biləcək, habelə amerikalı astronomlar Aya qayıdacaq və Mars missiyasına hazır olacaq.
"Biz 1972-ci ildə Ayda ilk dəfə uzun müddət tədqiqatlar aparan amerkalı mütəxəssisləri xatırlayırıq", - deyən Tramp bildirib ki, bu dəfə mütəxəssislər ancaq bayrağı ora sancmaq və ayaq izlərini buraxmaqla kifayətlənməyəcəklər. Teleqraf.com xarici mediaya istinadla xəbər verir.