Nazorzadənin oğlunun toyu: “antikorrupsiya”nın işçiləri mülki geyimdə plovu yeyib, toy sahibi işdən qovulub

Tacikistanda daha bir məmur mərasimlər haqda qanunun tələblərini pozmaqda ittiham olunaraq işdən çıxarılıb və böyük məbləğdə cərimələnib.

Tacikistanda daha bir məmur mərasimlər haqda qanunun tələblərini pozmaqda ittiham olunaraq işdən çıxarılıb və böyük məbləğdə cərimələnib.

"Azadlıq" radiosunun tacik xidməti bildirir ki, kitabxana müdiri Sayfettin Nazorzadə oğlunun toyuna qanunda nəzərdə tutulduğu kimi uzağı 200 yox, 250 qonaq çağırdığı üçün cəzalandırılıb. Lakin Nazorzadə bildirir ki, həmin artıq qonaqlar elə Tacikistanın Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları olub. Onlar toya çağırılmamış qonaqlar qismində qatılaraq plov yeyiblər, daha sonra toydan şəkillər, sübut-dəlillər toplayaraq kitabxana müdirinin barəsində təhqiqat başladıblar. Onlar sübut kimi toy üçün bişirilmiş plovun 300 nəfərlik olduğunu da göstəriblər. Nazorzadənin başına gələnlər barədə reportaj. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31