BVF-dən təlaş dolu xəbərdarlıq: “50 il qaranlıq...”

Əgər kritik qərarlar qəbul etməsək, böyük çətinliklərlə üzləşməli olacağıq. Bu fikirləri Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristina Lagarde deyib. O, qlobal istiləşmə və iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıq edib.

Əgər kritik qərarlar qəbul etməsək, böyük çətinliklərlə üzləşməli olacağıq. Bu fikirləri Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristina Lagarde deyib. O, qlobal istiləşmə və iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıq edib. Əl-Riyadda keçirilən forumda çıxışı zamanı fondun sədri bildirib ki, ekoloji problemləri həll edə bilməsək, qarşıdakı 50 ildə qaranlıq gələcəyimiz olacaq: "Başımız dərdə girəcək. Qaranlıq gələcəyə gedirik. Bizim gələcək üçün bir düzənimiz var". Kristina Lagardeyə görə, iqlim dəyişiklikləri ilə bağlı kritik qərarların verilməməsi və ya bu istiqamətdə uğursuzluq mənfi fəsadlara səbəb olacaq: "Bu bizim bişməyimizə, istidən boğulmağımıza səbəb olar. Mən dünya ölkələrini qlobal istiləşmə ilə mübarizə üçün Paris İqlim Müqaviləsinə dəstək verməyə dəvət edirəm". Teleqraf.com xarici mediaya istinadla xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31