Ərəb Liqası ABŞ-dan silah alışına qadağa qoymalıdır

“ABŞ-ın Qüdsün İsrailin paytaxtı elan etməsinə Ərəb ölkələri ayrı-ayrılıqda sərt bəyanatlar versələr də, əməli olaraq heç bir siyasi təzyiqlərə başlamayacaqlar”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.

"ABŞ-ın Qüdsün İsrailin paytaxtı elan etməsinə Ərəb ölkələri ayrı-ayrılıqda sərt bəyanatlar versələr də, əməli olaraq heç bir siyasi təzyiqlərə başlamayacaqlar". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, ilk növbədə Ərəb Liqası ABŞ-a qarşı sanksiyalar paketini qəbul edib, bu ölkədən silah alışına qadağa qoymalı və bütün əlaqələri dondurmalı idi: "Amma buna gedilmədi. ABŞ məhz ərəb ölkələri vasitəsilə Yaxın Şərqdə öz geosiyasi maraqlarını həyata keçirir. Səudiyyə Ərəbistanı başda olmaqla körfəz ölklələri, İordaniya ABŞ-ın müttəfiqi və ən böyük silah alıcısıdırlar. Ərəb Liqası ABŞ-a qarşı sanksiyalar qəbul etməklə, ABŞ-ın Yaxın Şərq siyasətinə böyük zərbə vura bilərdilər. Necə ki, Tramp Ərəb dünyasına Qüdsü paytaxt tanımaqla zərbə vurdu". Politoloq hesab edir ki,ABŞ-a Ərəb ölkələri sanksiyalar təşkil edib, Yaxın Şərqdən çıxararlarsa, Rusiya və Çin regiona daxil ola bilər: "Bununla da Yaxın Şərqdə yeni nizam formalaşar. Amma Ərəb ölkələri buna getməyəcək. Getdikcə zəifləyib, ABŞ və İsrailin təsirində olacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31