“Məni məşhur qatilin olduğu kamerada...” - Saakaşvilidən ŞOK BƏYANAT

Gürcüstanın sabiq prezidenti və “Yeni Güclərin Hərəkatı”nın lideri Mixail Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında məşhur qatilin kamerasında saxlanılıb.

Gürcüstanın sabiq prezidenti və "Yeni Güclərin Hərəkatı"nın lideri Mixail Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında məşhur qatilin kamerasında saxlanılıb.

Bu haqda siyasətçinin özü məlumat verib. Onun sözlərinə görə, olduğu kamerada daha əvvəl jurnalist Georgi Qonqadzenin qətlinin icraçısı general Aleksey Pukaç saxlanılırdı. "13 nömrəli kamerada", - Saakaşvili dəqiqləşdirib.

Qeyd edək ki, Saakaşvili dekabrın 8-də Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Keçmiş prezident cinayətkar təşkilatların iştirakçılarına kömək etməkdə və onların cinayətkar fəaliyyətinin gizlədilməsində ittiham olunurdu. Saakaşvili həmçinin Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin yaxın ətrafı tərəfindən maliyyələşmədə şübhəli bilinirdi. Dünən isə Kiyevin Peçerski rayon məhkəməsi onun üçün ev həbsi şəklində ehtiyat tədbirinin seçilməsi haqqında prokurorluğun xahişini rədd edib.

Qeyd edək ki, "Ukrainskaya pravda" internet nəşrinin qurucusu G.Qonqadze 2000-ci ildə qətlə yetirilib. İstintaqın versiyasına görə, o vaxt Ukrayna DİN-in Baş Cinayət Axtarışı İdarəsinin rəisi olan general A.Pukaç jurnalistin izlənməsinə və oğurlanmasına rəhbərlik edib, sonda isə G.Qonqadzeni öz əlləri ilə boğub. Publika.az "Obozrevatel" nəşrinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31