Dünya

Türkiyədə taksi sürücüləri Trampın Qüds qərarına etiraz etdi

12 Dekabr 2017 12:04

Türkiyənin İstanbul şəhərində avtomobilləri ilə yollara düzülən bir qrup taksi sürücüləri ABŞ-ın Qüdsü "İsrailin paytaxtı" olaraq tanımasına etiraz edib. Taksiçi sürücüləri Türkiyə və Fələstin bayraqları ilə birlikdə yolda etiraz aksiyası keçirməyə başlayıb. Bildirilir ki, ABŞ-ın İstanbuldakı Baş konsolluğu yaxınlığında avtomobillərdən düşən taksi sürücüləri daha sonra konsolluğun qarşısında toplaşıblar. 

Qarabağda erməni hərbçi əsgər yoldaşını güllələdi

12 Dekabr 2017 12:02

Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağda erməni əsgər güllələnərək öldürülüb. 21 yaşlı Narek Abidekyan dünən gecə əsgər yoldaşı tərəfindən qətlə yetirilib.

Ermənistanda partlayış: Əsgər yaralandı

12 Dekabr 2017 11:54

Ermənistanın dövlət sərhədinin şimal-şərqin baş verən partlayış nəticəsində erməni əsgər yaralanıb. Yaralanan əsgər 19 yaşlı Artur Danielyan Berd rayonunda xəstəxanaya yerləşdirilib.

Putinin qərarı Türkiyə ordusunun önünü açdı

12 Dekabr 2017 11:52

Rusiya prezidenti Vladimir Putinin Suriyadan ordunun çıxarılması ilə bağlı verdiyi göstəriş bölgədə baş verən prosesləri dəyişəcək.  2015-ci ilin sentyabr ayında Rusiya qoşunları Suriyada fəaliyyət göstərir.

“Aprel müharibəsi” ilə bağlı BİABIRÇI FAKT AŞKARLANDI: sən demə, ermənilər... - 

12 Dekabr 2017 11:49

Ermənistan ordusunun “aprel müharibəsi”ndə iştirak etmiş əsgərləri hərbi biletə möhür vurdurmaq üçün pul ödəyir. “Aprel müharibəsi”ndən 1,5 il keçməsinə baxmayaraq, həmin vaxt hərbi xidmətdə olan əsgərlərin hərbi biletlərinə müharibədə iştirak etdiklərinə dair möhür vurulmayıb.

Yeni Maydan” başlayır? - Ukraynalı politoloq şərh edir

12 Dekabr 2017 11:47

Son günlər Ukraynada siyasi gərginlik pik həddə çatıb. Gürcüstanın və Odessa vilayətinin sabiq rəhbəri Mixail Saakaşvilinin saxlanılması ilə başlayan etirazlar davam edir. Narazı kütlə Ukraynanın hazırki hakimiyyətini devirməyə çalışır.

52 erməni hərbçisi ÖLDÜRÜLDÜ

12 Dekabr 2017 11:31

2017-ci ilin 11 ayı ərzində Ermənistan ordusu 52 itki verib. İtkilərin 22-si atəşkəs rejimini pozan zaman Azərbaycan ordusunun cavab atəşi nəticəsində baş verib. Yerdə qalan 30 itki isə erməni hərbi birləşmələrinin daxilində baş verən hadisələr zamanı - qeyri-qanuni münasibətlər, sağlamlıq problemləri, bədbəxt hadisələr, əsgər yoldaşı tərəfindən vurulma, intihar və s. hallarda qeydə alınıb.

Ebru Gündeş haqqında QORXUNC İDDİA 

12 Dekabr 2017 11:25

Həbsxanada olan əri Rza Zərrabdan boşanmaq üzrə olan Ebru Gündeşin dərddən xəstəliyə düçar olduğu iddia edilib. Məşhur müğənni dünən Kiprdə konsert verib. Həyatında baş verən dəhşətli olaylara baxmayaraq, konsertlərinə davam edən sənətçi Kiprdə lüks hoteldə səhnəyə çıxıb.

Qazaxıstanda 11 terror aktının qarşısı alındı

12 Dekabr 2017 11:16

Qazaxıstanda il ərzində 11 terror aktının qarşısı alınıb. Bunu komiyənin sədr müavini Nurqali Bilisbekov deyib. Parlamentin Senatında (Yuxarı palata) ekstremizm və terrorizmlə mübarizə məsələləri üzrə qanunvericiliyə dəyişikliklərə həsr olunmuş görüşdə N.Bilisbekov bildirib: "Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi bu il terror xarakterli 11 zorakılıq aksiyasının qarşısını alıb".

İsrail ordusu "Həmas"ın mövqelərini bombaladı

12 Dekabr 2017 11:10

İsrail ordusu Qəzza zolağından edilən raket hücumuna cavab olaraq bölgənin şimal hissəsində yerləşən "Həmas" mövqelərini bombalayıb. İsrail ordusunun mətbuat xidmətinin yaydığı məlumata görə, İsrailin müdafiə ordusu Fələstindən atılan raket hücumlarına cavab olaraq, Qəzza zolağının şimalında yerləşən “Həmas”ın hərbi postlarına zərbələr endirib.

"Cənubi Koreya Çinin təhlükəsizliyinə toxunmayacaq, amma..."

12 Dekabr 2017 11:08

“Cənubi Koreya Amerikanın yüksək hündürlükdə raket əleyhinə müdafiə sistemi olan THAAD-ı yalnız nüvə silahından və Koreya Xalq Demokratik Respublikasının raketlərindən müdafiə məqsədilə istifadə edəcək. Burada Çinin təhlükəsizliyinə qəti şəkildə toxunulmayacaq.”

İraq ordusu YPG ilə razılaşdı

12 Dekabr 2017 11:06

İraq ordusunun generalları PKK terror təşkilatının YPG qolu ilə razılaşma əldə edib. Razılaşma İraq-Suriya sərhədininin təhlükəsizliyinin təmin olunmasına dair koordinasiya mərkəzi qurmaq üçün əldə edilib. Hər iki tərəf ortaq problemi olan İŞİD terror təşkilatı qüvvələrinin bölgədən təmizlənənə qədər razılaşmaya sadiq qalacağını bildirib.

Daha bir jurnalist həlak oldu - Somalidə

12 Dekabr 2017 09:19

Somalidə partlayış nəticəsində telejurnalist həyatını itirib. Partlayış jurnalistin evinin yaxınlığında Moqadişuda baş verib. Qeyd olunur ki, Kalsan TV-də çalışan 30 yaşlı Məhəmməd İbrahim Qaabou öz avtomobili ilə hərəkət edərkən, maşına quraşdırılmış bomba partlayıb.