Dünya

Ancelina Colidən NATO-ya çağırış

12 Dekabr 2017 09:17

Məhşur aktrisa Ancelina Coli NATO-nun baş katibi Yens Stoltenberqə məktub ünvanlayıb. BMT-nin Sülhməramlı elçisi olan Hollivud ulduzu baş katibdən qadınlar üçün xüsusi qoruma xahiş edib. Coli bildirib ki, hazırda dünyada bir çox yerlər mövcuddur ki, qadınlar döyüşən tərəflərin hədəfinə çevrilib.

Düşmən ordusunda daha 4 cinayət hadisəsi qeydə alındı

11 Dekabr 2017 20:25

Azərbaycanın işğal olunmuş ərazilərdə yerləşdirilən erməni hərbi birləşmələrində qarşıdurma artır. İşğal olunan Ağdərə yaşayış məntəqəsində yerləşən Ermənistan ordusunun bölmələrindən birində qarşılıqlı nizamnamə münasibətlərinin pozulmasına görə həbs olunan hərbi qulluqçular David Bağikyan, Aşot Ğantarcan və kiçik çavuş Aşot Gevorkyan barəsində cinayət işi açılıb.

Avtonom avtomobillər üçün innovativ texnologiya təqdim olunub

11 Dekabr 2017 19:49

"LG Electronics" şirkəti sürücüsüz avtomobillərin təhlükəsizliyini artırmağa imkan verən texnologiya nümayiş etdirib. Avtomobil istehsalçıları avtomobilin ətraf mühitlə "ünsiyyəti" üçün nəzərdə tutulan hazırlanmış texniki həllin təhlükəsizlik sahəsində yeni standart olacağına ümid edirlər.

Bu smartfon digərlərindən daha sürətli enerji toplayır

11 Dekabr 2017 19:43

Çinin qabaqcıl smartfonunun batareyası 30 dəqiqə ərzində 53%, 1 saat müddətində isə 100% enerji ilə doldurulub. Məlum olub ki, “OnePlus 5T” smartfonu rəqiblər arasında ən sürətli enerjidoldurma funksiyasına malikdir. Qabaqcıl smartfon 1 saat ərzində  100% enerji toplayıb.

“3D” printerdə “Wi-Fi” qurğusu çap edilib

11 Dekabr 2017 19:39

Vaşinqton Universitetinin alimləri üçölçülü printer vasitəsilə “Wi-Fi” qurğusu çap ediblər. Qurğunun tərkibi plastik və misdən ibarətdir. Misdən antena rolunu oynayan nazik sim düzəldilib. Siqnal dişli çarx və yayın mexaniki hərəkətə gətirilməsi ilə ötürülür. Qurğu akkumulyatorsuz işləyir və elektrik enerjisindən asılı deyil.   Məlumata görə, siqnalı kompüter, smartfon və ya radioqəbulediciyə ötürmək mümkündür.

“Fynoti” qurğusu evi oğrulardan qoruyacaq

11 Dekabr 2017 19:34

Mütəxəssislər ev üçün mühafizə sistemlərini əvəzləyəcək yeni “Fynoti” qurğusunu təqdim ediblər. “Fynoti” bütün evi skan edən infraqırmızı ötürücüdən istifadə edir. Qurğu 12 metr diapazonda müəyyən hərəkət aşkarlayan zaman 110 desibelik həyəcan siqnalı verəcək, eləcə də evdə quraşdırılan “Wi-Fi” şəbəkəsindən istifadə etməklə ev sahibinin smartfonuna bildiriş göndərəcək. Qurğu, həmçinin ev sahibinin seçiminə uyğun olaraq başqa insanlara bildirişlər göndərə bilər.  

Yeni dron ofis işçilərinin həddən artıq əməksevərliyi ilə mübarizə aparacaq

11 Dekabr 2017 19:29

Yaponiyanın “Taisei” şirkəti ofis işçilərinin həddən artıq əməksevərliyi ilə mübarizə üçün orijinal həll təklif edib.

Növbəti il “iPhone” modelləri “L” şəkilli batareya ilə təchiz ediləcək

11 Dekabr 2017 19:24

“Apple” şirkəti “OLED” ekranlı gələcək smartfonlar üçün “L” hərfi şəklində olan batareyaların hazırlanması ilə məşğuldur. “KGI Securities” şirkətinin analitiki Minq-Çi Kuonun sözlərinə görə, gələcək modellərin akkumulyator tutumu artırılacaq. Yeni batareyaların tədarükçüsü qismində Cənubi Koreyanın “LGC” şirkətinin çıxış edəcəyi gözlənilir.

Proqramçılar “Windows” üçün görünməz virus yaradıblar

11 Dekabr 2017 19:19

“EnSilo” şirkətinin əməkdaşları antivirus proqramlarını keçməyə imkan verən ən yeni metod təqdim ediblər. Yeni metod “Black Hat Europe 2017”-də təqdim edilib.

Serial başlamadan sevgili oldular

11 Dekabr 2017 18:45

Müğənni Alişanın gizli sevgilisinin kimliyi bəlli olub. Aparıcı Esra Erolun bacısı Eda Erolla nişanını qaytaran ifaçı tərəf müqabili olan Buse Varola aşiq olub. Cütlük “Dostlar mahallesi” serialında birlikdə kamera qarşısına keçəcəklər. Alişanla Buse gizlicə birlikdə tətilə də yollanıblar. 

İki serial qəhrəmanı eşq yaşayır

11 Dekabr 2017 18:40

FOX-da yayımlanan “Şevkat yerimdar”ın aktrisası Başak Parlakla “Star”da efirə gedən “Fazilet hanım ve kızları” serialının aktyoru Alp Nevruz eşq yaşayır.

Qribuskayte Poroşenko ilə görüşdən imtina etdi – Səbəb

11 Dekabr 2017 18:15

Ukrayna Prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvillini ukrayna vətəndaşlığını ləğv etməklə böyük səhvə yol verib. Bunu öz Feysbuk səhifəsində rusiyalı siyasətçi Konstantin Borovoy paylaşıb.

İraq şiələrinin lideri: “Silahları təhvil verin”

11 Dekabr 2017 18:14

İraq şiələrinin lideri Müqtəda əs-Sədr tərəfdarlarını silahlarını dövlətə təhvil verməyə çağırıb. Sədrin müraciəti İraq televiziyaları vasitəsilə canlı yayımlanıb. O, tərəfdarlarına yerləşdiyi mövqeləri 45 gün ərzində hökumət qüvvələrinə təhvil verməyi tapşırıb. Sədr yalnız öz qüvvələrinin şiələr üçün müqəddəs olan Samirə şəhərindən çıxmayacağını bildirib.

İsrailə etiraz olaraq Aya-Sofyada namaz qıldılar

11 Dekabr 2017 18:03

İstanbulda polis Aya-Sofya muzeyində namaz qılmağa çalışan bir qrup gənci saxlayıb. Məlumata görə, həmin gənclər ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarına etiraz olaraq muzeyə daxil olaraq namaz qılmağa başlayıblar. Həmin şəxslərin Milliyətçi Hərəkat Partiyasının tərəfdarları olduğu deyilir.

Parisdə qəbiristanlıqlar da bağlandı - Küləyə görə

11 Dekabr 2017 18:01

Parisdə davam edən güclü küləklərlə əlaqədar parklar, qəbiristanlıqlar və digər yaşıllıq ərazilər sakinlər üçün bağlanıb. Məlumata görə, Fransanın mərkəzi bölgələrində “Anna” qasırğası tüğyan edir.