Dünya
Ərdoğandan sərt açıqlama — "Yaxın Şərqdə axan qanların baiskarı ABŞ-dır"
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, ABŞ-ın son qərarı səhv addımdır. Ərdoğanın bəyanatına əsasən, Qüdsü İsrailin paytaxtı elan edən ABŞ Yaxın Şərqdə axan qanların iştirakçısına çevrilib: "Trampın bəyanatı bizi bağlamır, Qüds isə vahid olmadı".
Nyu-Yorkda partlayış baş verib
ABŞ-ın Nyu-York şəhərində, Manhettendə partlayış baş verib. Bu barədə Nyu-York polisi öz “Twitter” səhifəsində qeyd edib.
İspaniyada onlarla reys təxirə salındı, çünki...
İspaniyada tüğyan edən “Anna” qasırğası ilə əlaqədar ölkənin bir neçə hava limanında 50-yə yaxın reys təxirə salınıb. Məlumata görə, “Anna” qasırğası ötən gün axşam saatlarından başlayıb. Madrid beynəlxalq hava limanında 8, Barselona hava limanında isə 21 reysin təxirə salındığı bildirilir. Məlumata görə, təbiət hadisəsi digər şəhərlərin hava limanlarına da təsir edib.
Danimarkalı məhkəməni qunduzlara uduzdu
Danimarkanın Xolstebro şəhərindəki məhkəmədə qəribə proses keçirilib. Yerli fermer Find Andersen-Fryüdal Danimarka ətraf mühitin mühafizəsi agentliyini məhkəməyə verib. Find torpaq ərazisinə qunduzların vurduğu ziyana görə təzminat tələb edib
Rusiya ordusuna Suriyanı tərk etmək əmri verildi
Rusiya ordusu Suriyanı tərk edəcək. Olaylar.az bildirirk ki, bunu Suriyanın Lazkiyədəki Rusiya bazasında Bəşər Əsədlə görüşən Vladimir Putin qeyd edib. Belə ki, Putin iki il ərzində Rusiya və Suriya ordusunun İŞİD terror təşkilatını yox etdiklərini və Rusiya ordusuna Suriyanı tərk etməyi əmr edib. Görüş zamanı həmçinin Putin “Türkiyəyə, İrana, Suriyaya sülh gətirəcəyik” ifadısini işlədib.
Hakim Saakaşvili ilə bağlı qərarını elan etdi - Canlı yayım
Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevin Peçerski Rayon Məhkəməsində çıxış edib. Bu barədə “Ukrainskaya Pravda” məlumat yayıb. Saakaşvili çıxışı zamanı özünü hərbi əsir hesab etdiyini bildirib: “Mən özümü saxlanılan şəxs yox, hərbi əsir hesab edirəm”.
Metroplitençilər “Şəhidlər muzeyi”ndə olub
Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə «Bakı Metropoliteni» QSC kollektivinin nümayəndələri “Həqiqət” Tarixi Araşdırmalar Birliyinin təşkil etdiyi “Şəhidlər muzeyi”nə baxış keçiriblər. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, təşkilatın sədri, müharibə veteranı Əlövsət Qasımov Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri, Qarabağ və ətraf ərazilərdə erməni silahlılarının törətdiyi vəhşiliklər barədə söhbət apararaq, xatirələrini bölüşüb.
BMT və Avropa Şurasının Yerevandakı ofisi qarşısında etiraz aksiyası
“Erməni dövləti naminə” cəbhənin üzvləri “Siyasi məhbuslara azadlıq” şüarı ilə BMT və Avropa Şurasının Ermənistandakı ofislərinin qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları şikayət məktublarını beynəlxalq nümayəndəliklərə təqdim ediblər. Nümayişçilər siyasi məhbusların azadlığa buraxılması tələbini irəli sürüblər. “Hüquq və azadlıq mərkəzi” ictimai təşkilatının sədri Vardan Harutyunyan bildirib ki, Ermənistan bu günədək insan hüquqlarının layiqli şəkildə qorunmasını təmin edə bilməyib.
Aktyor tərəfindən öldürülən rejissor
Məşhur rejissor Mustafa Kemal Uzun evində vəhşicəsinə qətlə yetirilib. Olaylar.z bildirir ki, "Çanakkale Yolun Sonu", "Qarip Bir Cinayet", "Ankara Ayazı" filmlərinin də arasında olduğu 49 serial və filmin rejissoru, beynəlxalq mükafatlar sahibi Mustafa Kemal Uzun Şiledəki evində başına beyzbol ağacı vurularaq və bıçaqlanaraq öldürülüb.
Ekspert: “Ermənistanda kasıblığın həddi artıb”
Ötən onillik Ermənistan iqtisadiyyatı üçün “itki dövrü” olub, kasıblığın həddi iqtisadi geriləmənin göstəricisi kimi qiymətləndirilə bilər. Bunu iqtisadçı ekspert Aram Kayfajyan deyib.
İranda zəlzələdə ölənlərin sayı hələ də artır - 520 nəfər oldu
Noyabr ayının ortalarında İranın qərbində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı artmaqda davam edir. Məlumata görə, 620 nəfərin həlak olması təsdiqlənib. Bundan əvvəl 569 nəfərin həlak olmağı barədə məlumat verilmişdi.
Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır
Rusiya prezidenti Vladimir Putin Rusiya hərbi qüvvələrininSuriyadan çıxarılmasına başlanması barədə əmr verib. Məlumata görə, bu barədə bu gün Suriyaya səfər edən V. Putin Hmeymim hərbi bazasında hərbçilər qarşısında çıxışında bəyan edib. "Müdafiə nazirinə, Baş Qərargah rəisinə Rusiya qoşun qruplaşmalarının çıxarılmasına başlanmasını və daimi dislokasiya məntəqəsinə göndərilməsini əmr edirəm", - deyə Vladimir Putin çıxışında bildirib. Putin Rusiya hərbçilərinin Suriyadan vətənə qələbə ilə döndüyünü vurğulayıb: "Bundan sonra terrorçular Suriyada başlarını qaldırsalar, onlara yenidən zərbələr endirəcəyik".
Putin Suriyaya səfər edib
Rusiya prezidenti Vladimir Putin Suriyaya səfər edib. Məlumata görə, V. Putini Hmeymim aviabazasındaSuriya prezidenti Bəşər Əsəd, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Suriyadakı Rusiya hərbi qüvvələrinin komandanı Sergey Surovikin qarşılayıb. Rusiya lideri Suriya prezidenti Bəşər Əsədlə görüşəcək. Putin bu gün Türkiyəyə də səfər edəcək.
Rusiyada tatar dilinə dövlət dili statusu verilməsi təklif olunub
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Nabrejnıye Çelnı (Yar Çallı) şəhər Ağsaqqallar Şurası tatar dilinə Rusiyada dövlət dili statusunun verilməsi barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodinə müraciət edib.
Alimlərdən QORXUNC İDDİA - Dekabrın 23-də Yer məhv olacaq
Hindistanlı astronomlar bəyan edirlər ki, dekabrın 23-də yadplanetli bir virus Yer kürəsini məhv edəcək. Dehli alimlərinin bildirdiyinə görə, tezliklə Yer küərsində bütün bəşəriyyəti sayılı günlər ərzində məhv edəcək virus peyda olacaq. Lakin bu virusun yayılma mənbəyinin nə olacağı barədə məlumat verilmir.














