Türkiyədə taksi sürücüləri Trampın Qüds qərarına etiraz etdi

Türkiyənin İstanbul şəhərində avtomobilləri ilə yollara düzülən bir qrup taksi sürücüləri ABŞ-ın Qüdsü "İsrailin paytaxtı" olaraq tanımasına etiraz edib. Taksiçi sürücüləri Türkiyə və Fələstin bayraqları ilə birlikdə yolda etiraz aksiyası keçirməyə başlayıb. Bildirilir ki, ABŞ-ın İstanbuldakı Baş konsolluğu yaxınlığında avtomobillərdən düşən taksi sürücüləri daha sonra konsolluğun qarşısında toplaşıblar. 

Konsolluq qarşısında Türkiyə Dövlət Himnini oxuyan etirazçılar daha sonra İsrailin hücumları nəticəsində Fələstində şəhid olan dinc sakinlərin və Türkiyədəki 15 İyul şəhidlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.  Sonda isə etirazçılar "Terrorist İsrail", "Qatil İsrail, Fələstindən əlini çək" və "Tramp çaşma, səbrimizi daşırma" şüarlarını səsləndirib. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31