Qüds qərarı sivil dünyanı Birləşmiş Ştatlara qarşı qoydu

Ötən həftə iki böyūk, əks-qūtb dövlətin başında biabırçı hadisələr oldu. Rusiya Federasiyası və Birləşmiş Ştatlara yaraşmayan səhvlərinə görə dūnya qınağı qarşısında qaldılar. Bunlardan biriRusiyanın Olimpiya biabırçılığı idi. Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya ilə bağlı görūnməmiş sərt qərar çıxardı.

Vaşinqton bu qərardan çox əziyyət çəkəcək

Ötən həftə iki böyūk, əks-qūtb dövlətin başında biabırçı hadisələr oldu. Rusiya Federasiyası və Birləşmiş Ştatlara yaraşmayan səhvlərinə görə dūnya qınağı qarşısında qaldılar. Bunlardan biriRusiyanın Olimpiya biabırçılığı idi. Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya ilə bağlı görūnməmiş sərt qərar çıxardı. Būtunlūklə olimpiya komandasını kūtləvi dopinq qəbulu və həm dopinq testlərin keçirilməsinə maneəyə görə 2018-ci il qış olimpiada oyunlarında iştirakdan uzaqlaşdırdı. Rusiya idmanına bundan ağır zərbə təsəvvūr etmək çətindir. Həm də Rusiyanın dövlət səviyyəsində dopinq saxtakarliğına şərait yaratması sūbut olunmaqla beynəlxaq səviyyədə nūfuzuna böyūk ziyan dəydi. İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay deyir ki, digər böyūk birbiabıçılıq isə Birləşmiş Ştatların prezidenti Donald Trampın Qūdsū Israilin paytaxtı kimi tanıması qərarıdır: "Birləşmiş Ştatlar prezidenti Donald Tramp hakimiyyətinin ilk ilindəcə būtūn 4 ilinə dəyəcək böyūk səhv etdi. Hətta öz ölkəsi ABŞ-ı biabırçı duruma sala biləcək dərəcədə. Durdugu yerdə qızışdı, coşdu və arı yuvasını qurdaladı. Görūrsən ki, bu şəhərin qərbi Israil, şərqini Fələstin arası bölūşdūrülūb, bir təhər yaşayır iki xalq. Görūrsən ki, dūnya da, ən yaxın mūttəfiqin Avropa Birliyi də bu xatalı məsələyə girişmir. Sənin özūnūn ABŞ Konqresin 1995-ci ildə paytaxt tanıma qərarını versə də, 22 ildir onu heç bir prezident təsdiq etmir . Asan iş olsaydı, elə onlar təsdiq edib, o boyda yəhudi lobbisi yanında øzūnū şirin salardı. BMT Təhlūkəsizlik Şurası da 1980-i ildə Qūdsūn hər iki xalqa məxsusluğunu təsdiq edib. Qurtardı getdi, daha nə lazımdı? Kīmə lazımdı bu paytaxt Qūds məsələsi? Heç Israilin özūnə də lazım deyil. Bu şəhər onsuz da Israilin əlində, nəzarətindədir, bu ətrafda söhbət də səngimişdi. Dūnyanın da qulaģı təzəcə dincəlmişdi. Indi Fələstin tərəfdənRəcəbTayyib Ərdogan, Israil tərəfdən Benyamin Natanyahu çıxıblar söz atışmasına, qırırlar bir-birilərini. Ərəb liqası artıq yığışıb etiraz bildirib, Islam liqasını da yaxın gūnlərdə onun lideri Rəcəb Tayyib Ərdoğan Istanbula yığıb qəti bildirəcək". İlqar Altay bildirib ki, Fələstin və bir sıra ərəb ölkələrində, dūnyanın bir çox yerlərində belə etirazlar başlayıb: "Īran da Fələstin sevdası və Israil nifrəti etirazını heç zaman səngitməyib və indi fūrsət var, daha da qazını artırıb. Israil bu qərarın heç bir xeyri-effekti olmadıģını bilsə də, Donald Trampı peşiman etməsin deyə ona sağ ol deyir".

İlqar Altaın qənaətincə, Donald Trampın bu qərarı ona və ölkəsinə böyük zərbələr vura bilər: "Ona diqqət edək ki, bu zərbələr Birləşmiş Ştatlardan daha çox onun prezidenti Donald Tramp tərəfə yönəlir. Və bu zərbələr də əslində Fələstin təəssūbkeşliyindən, dərdindən daha çox Donald Trampı hədəfləmə ehtirası hiss etdirir. Misal ūçūn, Trampın məlum Qūds imzasından dərhal sonra, Birləşmiş Ştatların daimi, yaxın, sadiq mūttəfiqi, Avropa Birliyi etiraz-bəyanat verdi. ABŞ adminstrasiyası ilə heç məsləhət etmədən. Əvvəlcə Almaniya Kansleri Angela Merkel, sonra Fransa prezidenti EmanuelMakron. Və digər Avropa dövlətləri būtūn xorla o cūr başladı. Elə bil bunu çoxdan gözləyirmişlər, Amma burada bir məsələ də var. Almaniya daxili işlər naziri bu gūn sərt çıxış edib Almaniyada yəhudi døvləti və millətinə qarşı kəskin etirazlara yol verilməyəcəyini bildrib. Kūrdlərin Tūrkiyə və tūrklərə qarşı etirazlarına isə həmişə icazə var. Demək hədəf Qūds problemi deyil, Donald Trampdır. Yəni, bu ötən onilliklərdə ilk dəfədir ki, Avropa xūsusi olaraq Birləşmiş Ştatlar prezidentini hədəf götūrūr.İkinci rəsmı və gūclū zərbə təbii ki, BMT Təhlükəsizlik Şurasından gəldi. Bu məsələ ilə bağlı onun təcili toplantısı və təcili də, 15 ūzv dövlətin Birləşmiş Ştatlardan başqa hamısının Donald Trampın Qūds qərarına qarşı qətnamə çıxarması oldu. Indi buna da fikir verək. Əslində nə baş verib? Bir BMT Təhlükəsizlik Şurası uzvū olan dövlətin prezidenti bir mūbahisəli şəhəri bir ölkənin paytaxtı kimi tanıyıb. Elan etməyib, tanıyıb... Nolsun, tanısın də, bundan nə dəyişir ki? Qūds yerində, içindəki fələstinlilər yerində, BMT 80-ci ildən bəri öz əks qərarını verib, dūnya da tanımır. Dūnyada 200 dövlət var, qoy birisi də tanısın. Fransa, Almaniya qondarma "Erməni soyqırımını" tanıdı heç Tůrkiyə ūçūn BMT Təhlükəsizlik Şurası yığışmadı. Ermənistan Krımı Rusiyanın ərazisi kimi tanıdı, BMT TŞ yıgışdı? Yox təbii. Sabah misal ūçūn Çin Daglıq Qarabağı mūstəqil kimii tanısa bizim tələbimizlə BMT Təhlükəsizlik Şurası yiğışacaq? Qəti yox. Onda gərək 200 dövlət hər biri taniyanda yığışsın. Rusiyanın Krımı, Ermənistanın Qarabagı zəbt etməsi, bu başqa məsələ onda yıgışır muzakirə edir. Sohbət zəbtdən gedir tanımaqdan yox. Yoxsa, Tramp Qudsu tanıyanda, bu şəhəri işgal edib alıb Israilə vermir ki, öz fikirdi də bildirib. Amma BMT Təhlükəsizlik Şurası yığışdı buna görə. Niyə? Məhz dūnyanın Donald Trampa əks olduguna görə. Bir misal da Tūrkiyəni çəkək.Tūrkiyədə bu Qūds məsələsi ilə baglı cøşquya, kūtləvi etiraz tədbirlərinə, çıxış və yazılara fikir verin. Fələstin sevgisi vūsət ğötūrūb, Ərəb dövlətlərini ötūb. Elə bil Donald Tramp Istanbulu Israilin paytaxtı kimi tanıyıb. Heç uyģur tūrklərinin Çin, Azərbaycan tūrklərinin İran, Qarabağın Ermənastan əzintisi, iniltisi bunlara çatmır. Açıq-aydın hiss olunur ki, ortada Tūrkiyə ictimaiyyətini, əsas da islamçılarını bu etiraza qaldıran qūvvə var. Elə Tūrkiyə cumhurbaşqanı Rəcəb Tayyib Ərdoganın hər gunku alovlu çıxışından görūnūr ki, dərd heç də Fələstin dərdi deyil, hədəf Birləşmiş Ştatlar, Donald Trampdır. Misallar, arqumentlər çoxdur, amma uzatmayıb nəticəyə gələk". İlqar Altayın qənaətincə, ilk dəfədir ki, Birləşmiş Ştatlar prezidentini beynəlxalq aləm ABŞ prezidentliyinə yaraşmayan tərzdə görūr: "Bu adam necə ki, seçkilərində xanım rəqibi Hillari Klintona, sələfi Barak Obamaya, Konqress və Senata, ūmumiyyətlə Amerika seçicisinə, hamıya qarşı özünü etinasız, təkəbbūrlū göstərdi, eləcə də hakimiyyəti dövrūndə onun seçimini şampanla dəstəkləyən Rusiyanı, vacib iqtisadi partnyor Çini, vacib NATO mūttəfiqi Tūrkiyəni və hətta can bir qəlbdə oldugu gūclū Avropa Birliyini, hamını özūndən uzaqlaşdıra bildi. Və sūbut etdi, Amerika xalqı onu prezident etməkdə səhv edib. Siyasətdən uzaq olan, dövlət sistemi pillələrini addımlayıb keçməyən adamı birdən-birə Birləşmiş Ştatlar kimi ağır dövlət maşını sūkanı arxasına oturtmaq olmaz. Çūnki, bu maşını idarə etməyə onun nə bilik, təcrūbəsi, nə də insanlıq, mūnasibət xarakteri imkan vermir. Bu zəif potensialla da bu ağır tonnajli Amerika Birləşmiş Ştatları adlı maşını çox uzağa sūrə bilməz. Qarşıda elə bir hal yaradar ki, Qūds biabırçılığı yalan olar, həmin agır maşını ağzı ūstə çevirər. Amma, ortada çox şūkūr ki, Birləşmiş Ştatların əsil sahibi Amerika xalqı var. Bu xalq cətin ki, bu sūkançıya öz dövlət maşınını daha uzun mūddət həvalə etsin. Çox çəkməz ki, bu, öz yerinə dūşməmiş, yaraşmayan sūrūcūyə İmpiçment qırmızı kartı gøstərib, sūrūcūlūk vəsiqəsini alıb istirahətə göndərər. Cənab Donald Tramp öz uyğunsuz davranış və addımları ilə artıq özū bunu tələb edir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31