Dünya
Poroşenko: “Bu tarixdə Rusiya imperiyası...”
“Rusiya imperiyasının dəmir pərdəsi dağıdılıb”. Bunu Ukrayna prezidenti Pyotr Poroşenko deyib. Onun sözlərinə görə, Avropa İttifaqı ilə vizasız rejimin tətbiqi 2017-ci ildə ölkənin əsas nailiyyətidir. “İyunun 11-dən Ukrayna pasportuna hörmət etməyə başladılar. Hər bir ukraynalı biometrik pasportlarla, ayaq üstə növbələr gözləmədən, viza üçün vəsait ödəmədən Avropa İttifaqına azad səyahət edə bilər. Bu tarixdə Rusiya imperiyasının dəmir pərdəsi və ya SSRİ dağıdıldı”, - Ukrayna lideri bildirib.
ABŞ Türkiyəyə raket satacaq
ABŞ-ın “Raytheon” silah şirkəti aralarında Türkiyənin də olduğu 10 ölkəyə AMRAAM havadan-havaya raket sistemi satacaq. Bu barədə “Reuters” xəbər agentliyi ABŞ Müdafiə Nazirliyinə istinadən (Pentagon) məlumat yayıb. Pentaqondan verilən açıqlamaya görə, raketlər Türkiyə, Yaponiya, Cənubi Koreya, Mərakeş, Polşa, İndoneziya, Ruminya, İspaniya, Bəhreyn və Qətərə satılacaq.
London Feysbuk və Tvitteri hədələdi: “Rusiya barədə informasiyalar…”
Böyük Britaniya Feysbuk və Tvitter sosial şəbəkələrin sahiblərinə ultimatum göndərib. Bu haqda Britaniya parlamentinin mədəniyyət və idman komitəsinin sədri Demien Kollins söyləyib. Onun sözlərinə görə, yanvarın 18-nə kimi sosial şəbəkələrin köməyilə Rusiyanın “Breksit” üzrə referenduma müdaxiləsi barədə informasiyalar verilməsə, Feysbuk və Tvitterə qarşı sanksiyalar tətbiq ediləcək.
Üç müharibə və yeni dövlət - 2018-ci il üçün PROQNOZ
“2018-ci ildə dünyada üç müharibə başlaya bilər”. Bunu Ukraynanın “Obozrevatel” nəşrində dərc etdiyi yazısında ABŞ-da yaşayan tarix elmləri doktoru, politoloq Yuri Felştinski bildirib. Onun proqnozlarına görə, bu müharibələr ABŞ və Şimali Koreya, İran və İsrail, İran və Səudiyyə Ərəbistanı arasında başlana bilər.
Türkiyə və Rusiya zenit-raket komplekslərinin alınması üçün saziş imzalayacaq
Bu gün Türkiyə ilə Rusiya arasında S-400 zenit-raket komplekslərinin alınması üçün kredit sazişi imzalanacaq. Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R.T.Ərdoğan bildirib ki, sazişin imzalanması üçün Rusiyadan nümayəndə heyəti Türkiyəyə gələcək.
Moskvada sürücü avtobusu insanların üzərinə sürdü - 2 nəfər öldü
Rusiya paytaxtı Moskvada sürücü marşurut avtobusunu dayancaqda gözləyən insanların üzərinə sürüb. Bunu yerli hüquq-mühafizə orqanları bildirib. Hadisə Moskvanın Sxodnensk küçəsində baş verib.
Qadınları fahişəliyə məcbur edən dəstənin dəhşətli görüntüləri ortaya çıxdı: günə 60 min
36 qadını zorla və təhdidlə fahişəlik etdirən dəstə başçısı Hakan Ato İstanbulda saxlanılıb. Atonun döyə-döyə bəzi qadınlara sənəd imzalatdığı görüntülər ortaya çıxıb.
Gənc ana Facebook-da xəbər aldı, 4 həftə sonra öldü
15 aylıq Penelopanın anası, İngiltərənin Liverpul şəhərinin sakini Kirsten Hoksi xərçəng xəstəsi idi. O, diaqnozu açıqlanandan dörd həftə sonra dünyasını dəyişib.
ABŞ və İsrail arasında İrana qarşı MƏXFİ SAZİŞ
ABŞ və İsrail İrana qarşı əməkdaşlıq haqqında məxfi razılaşma bağlayıb. Bu haqda İsrailin “Channel 10 News” telekanalına istinadən “İnterfaks-Ukrayna” agentliyi bildirib. Tərəflər cari ilin dekabrın 12-də Vaşinqtonda razılığa gəliblər. Xəbərə görə, razılaşmanın əsas hədəfi İranın raket-nüvə proqramının reallaşmasının və Tehranın regionda aktivləşməsinin qarşısını almaqdır.
Səudiyyə Ərəbistanı ziyarətçi sayını 7 milyondan 30 milyona qaldıracaq
Səudiyyə Ərəbistanı Ümrə və Məkkə ziyarətçilərinin sayını 30 milyona çatdırmaq üçün yeni layihələr həyata keçirməyi planlaşdırır. Ölkənin rəsmi xəbər agentliyi SPA-nın yaydığı məlumata görə, Ciddə şəhərində “Məkkənin abadlaşdırılması” sərgi və konfransı keçirilib. Sərgiyə ictimai və özəl sektordan qurumlar və nazirliklərin təmsilçiləri qatılıb.
Tramp Çini HƏDƏLƏDİ: “Sizi iş başında tutdum”
ABŞ prezidenti Donald Tramp Çinin Şimali Koreyaya gizli yollarla neft göndərməsi iddialarına sərt cavab verib. Bu barədə özünün “Tvitter” hesabında paylaşım edən Tramp belə olan halda Şimali Koreya ilə hazırki vəziyyəti sülh yolu ilə həll etməyəcəyini deyib: “Sizi iş başında tutdum. Çinin Şimali Koreyaya gizli-gizli benzin göndərməsi xəbərini eşidəndə, məyus oldum. Çinə səfərim zamanı ölkə başçısı Si Cinpinlə Şimali Koreya mövzusunda apardığımız danışıqlarda ortaq qərar almışdıq. Lakin, görürəm ki, onlar bu qərara sadiq qalmaq istəmirlər. Əgər bu belə davam edərsə, ABŞ-dan Şimali Koreya probleminə dostca münasibət gözlənilməsin.
Yeni ildə əhalinin sayı 7,444 milyard nəfərə çatacaq
2018-ci il 1 yanvar tarixində Yer kürəsi əhalisinin sayının 7 milyard 444 milyon 443 min 881 nəfərə çatacağı proqnozlaşdırılır. Bunu ABŞ-ın Siyahıyaalma Bürosunun mütəxəssisləri bəyan ediblər. "Gələn ilin yanvarında hər saniyə dünyaya 4,3 körpə gələcək, 11,8 nəfər öləcək", - deyə TASS məlumatı sitat gətirir.
Rusiyadan ABŞ-a XƏBƏRDARLIQ
Rusiya prezident seçkiləri ilə bağlı ABŞ-a xəbərdarlıq edib. Rəsmi Moskva ABŞ-dan gələn il Rusiyada keçiriləcək prezident seçkilərinə qarışmamasını tələb edib.
“Ərdoğan hədəflərinə çatmayacaq!” - 100 nəfərlik ordunun Türkiyəyə qarşı QORXUNC PLANI
PKK terror təşkilatının yüksək rütbəli hərbi komandirlərindən olan Siyabend Velad ABŞ-dan aldıqları son təlimatı açıqlayıb. Terror təşkilatının media qurumu ANF-ə danışan Velad ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) onlara “Türkiyə ilə sərhəddə 100 min nəfərlik ordu qurun, bütün gücümüzlə yanınızdayıq” dediyini söyləyib.














