Türkiyə və Rusiya zenit-raket komplekslərinin alınması üçün saziş imzalayacaq

Bu gün Türkiyə ilə Rusiya arasında S-400 zenit-raket komplekslərinin alınması üçün kredit sazişi imzalanacaq. Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R.T.Ərdoğan bildirib ki, sazişin imzalanması üçün Rusiyadan nümayəndə heyəti Türkiyəyə gələcək.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Rusiyadan 4 ədəd S-400 zenit-raket kompleksinin alınması ilə bağlı razılıq əldə etmişdi. Sazişin ümumi dəyəri 2,5 milyard dollara bərabərdir. Komplekslərin Türkiyəyə tədarükü 2019-cu ilin sonu - 2020-ci ilin əvvəlinə nəzərdə tutulub. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31