Dünya
Canlı yayımda NÖVBƏTİ İNTİHAR
London sakini Greqori Tomkins videoçata qoşularaq birbaşa yayımda intihar edib. Bu haqda “The Daily Mail” nəşri bildirib. Məlumata görə, 39 yaşlı kişi bir-birini hər hansı məhdudiyyətlərsiz təhqir etmək imkanına malik olan və bütün dünyada 6 milyon üzvün olduğu “Paltalk” xidmətində qeydiyyatdan keçmişdi.
Tanınmış model və həyat yoldaşı güllələndi - FOTO
Venesuela modeli Andreina Elisabet Eskalona Meksikanın Nuevo-Leona ştatının San-Pedro şəhərində disko klubdan çıxarkən avtomobildə öldürülüb. Yerli polisin məlumatına görə, 27 yaşlı qız avtomobildə güllələnib.
Şirniyyat mağazasında İYRƏNC GÖRÜNTÜLƏR - Siçovul vitrindən “oğurluq edir”
Türkiyənin İstanbul şəhərində şirniyyat mağazasından yayılan görüntülər bütün ölkəni ayağa qaldırıb. İstanbulun Ümraniye rayonunda yerləşən mağazada siçovulun şirniyyatın üstündə gəzməsi görənləri şoka salıb. İyrənc görüntülər sosial şəbəkə istifadəçilərinin kəskin narazılığına səbəb olub.
Keçmiş futbolçu ölkə prezidenti seçildi
1990-cı illərdə “Monako”, “PSJ” və “Milan” klublarının şərəfini qorumuş məşhur futbolçu Corc Vea Liberiyanın prezidenti seçilib. Bu barədə Liberiya Milli Seçki Komissiyası ölkədə keçirilən seçkilərin ikinci turunda səslərin 98,1 faizini saydıqdan sonra məlumat yayıb.
Məhkumlar həbsxanadan qaçdılar
Nigeriyanın Akva İbom bölgəsində yerləşən həbsxanadan 47 məhkum qaçıb. Bu barədə bölgənin polis rəisi Oqbaye J. Oqbaye məlumat verib. Onun sözlərinə görə, məhkumlar həbsxana divarını baltayla yararaq qaçıblar.
Türkiyədə GÜCLÜ PARTLAYIŞ
Türkiyənin Adana şəhərində güclü partlayış baş verib. Hadisə şəhərin Seyhan rayonunda polis şöbəsinin yaxınlığında qeydə alınıb.
İbodan sevənlərinə şad xəbər
Tanınmış türkiyəli müğənni İbrahim Tatlısəs son açıqlaması ilə Türkiyədə hamını heyran qoyub. Müğənni 2019-cu ildə yeni albom buraxacağını bildirib. İ.Tatlısəs qeyd edib ki, Allah onu mağaradan çıxararaq saraylara yerləşdirib: "Allah mənə hər şey verdi - villalar, şan-söhrət. Bundan sonra da yoluma davam edəcəyəm".
Karlov cinayətində kim həbs edildi?
Ötən ilin dekabrın 19-da Türkiyənin paytaxtı Ankarada təşkil edilən sərgidə öldürülən Rusiya səfiri Andrey Karlovun işi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində daha bir nəfər həbs edilib.
“Galaxy Note 8” smartfonunda akkumulyatorla əlaqədar kütləvi problem aşkar edilib
Qabaqcıl “Galaxy Note 8” smartfonunun istifadəçiləri qurğuda akkumulyatorla bağlı problem aşkar ediblər. Məlum olub ki, bəzi istifadəçilərdə cihazın şarjı 0%-ə düşdükdə daha enerji toplamır.
“YAPE” robotu şəhərdə bağlamalar çatdıracaq
Pilotsuz uçan aparatlardan çatdırılma üçün mövcud texniki və qanunvericilik problemlərini aradan qaldıraraq istifadənin tələb olunmasına görə yerüstü avtonom robot modelləri əksər hallarda dronları əvəzləyərək şəhər daxilində tez çatdırılmanı təmin edə bilər. Oxşar son robotlardan biri İtaliyanın “e-novia” şirkəti tərəfindən hazırlanan “YAPE” robotudur.
Bu ölkədə messencerdən virtual şəxsiyyət vəsiqəsi kimi istifadə ediləcək
Çinin Quancjou şəhərində “WeChat” messencerinin virtual şəxsiyyət vəsiqəsi kimi tətbiqi üzrə pilot layihə istifadəyə verilib.
Yeni “Google” sistemi mətnləri insan kimi səsləndirəcək
“Google” şirkətinin mütəxəssisləri neyron şəbəkələr texnologiyasından istifadə etməklə mətni robot kimi deyil, canlı insan kimi oxuyan və səsləndirən yeni “Tacotron 2” sistemini yaradıblar.
Sərt disklərin işinin iki dəfə artırılması üsulu təklif edilir
Bəşəriyyətin saxladığı və istifadə etdiyi məlumatların həcmi artdıqca daha tutumlu informasiya daşıyıcılarına tələbat yüksəlməklə yanaşı, onların oxunuşu və yazılışı üçün sürətin məhdud olması problemi kəskin xarakter alır. “Seagate” şirkəti sərt disklər (SSD) üçün problemin həlli ilə bağlı təklifini təqdim edib.
Qurğuları 5 metr məsafədən enerji ilə doldurmaq üçün üsul kəşf edilib
ABŞ Federal Rabitə Komissiyasında (FCC) enerjinin doldurulduğu cihazdan bir neçə metr məsafədə işləyən “WattUp” enerjidoldurma qurğusu sertifikasiyadan keçib.














