Dünya

Sabancı Yeni ili Bakıda keçirəcək -  40 min alır

28 Dekabr 2017 18:55

Bu günlərdə 100 kiloqram çəki atması ilə gündəmə gələn Faruk Sabancı Yeni ili Bakıda işləyərək qarşılayacaq. Türkiyənin ən varlı ailəsi olan Sabancıların gənc üzvü “Hilton” oteldə səhnəyə çıxacaq. Həmin gecə üçün Faruk 40 min dollar qonorar alacaq. Müğənni bayram şənliyində mahnılarını səsləndirəcək.

Türkiyə və ABŞ arasında viza problemi həll olunub

28 Dekabr 2017 18:24

Türkiyə və ABŞ arasında viza böhranı həllini tapıb. Məlumata görə, ABŞ-ın Türkiyədəki səfirliyi viza üçün müraciətlərin qəbuluna dair məhdudiyyətləri aradan qaldırıb. ABŞ səfirliyinin yaxın saatlarda viza böhranının tamamən aradan qaldırılmasına dair açıqlama yayması gözlənilir.

Rusiyanın kosmosa yolladığı peyk istiqamətini dəyişib - İNANILMAZ SƏBƏB

28 Dekabr 2017 18:20

Rusiyanın “Rocosmoc” şirkəti tərəfindən noyabr ayında fəzaya buraxılan peyk tamamilə fərqli istiqamətə gedib. Bu barədə mətbuata Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin məlumat verib. Onun sözlərinə görə, proqramda yol verilən səhvlərə görə, peyk lazım olan istiqamətə göndərilə bilməyib: “Dəyəri 45 milyon ABŞ dolları olan peykin idarəetməsini itirmişik.

Niderlandda sərnişinlər qatardan təxliyə edildi - Bomba həyəcanı

28 Dekabr 2017 17:56

Niderlandda qatarın sərnişinləri təxliyə edilib. Yerli polisə Amsterdamdan Brüsselə hərəkət edən qatarda bomba qoyulması barədə təhdid məktubları daxil olub.

İranda etiraz aksiyası zamanı polislə qarşıdurma baş verdi

28 Dekabr 2017 17:42

İranın Məşhəd şəhərinin sakinləri işsizlik və yoxsulluğun artmasına etiraz olaraq aksiya keçiriblər. Aksiya iştirakçıları "Ruhaniyə ölüm, diktatora ölüm" şüarları səsləndirirlər və əllərində İranın ərəb regionuna müdaxiləsini pisləyən plakatlar tutublar. Aksiyada bir neçə min nəfər iştirak edir.

Bir ay sonra Ermənistana ağır zərbə vurulacaq - Trampın YENİ PLANI

28 Dekabr 2017 17:38

Tramp Administrasiyası 2018-ci ilin yanvar ayının sonuna kimi Konqresə “Kreml məruzəsi”ni təqdim edəcək. Ağ Ev Putin hakimiyyətində təmsil olunan məmurları və Kremlə yaxın biznesmenlərə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

“SMART” TV populyarlaşır

28 Dekabr 2017 17:09

“IHS Markit” analitik şirkətinin qiymətləndirməsinə görə, 2017-ci ildə “Smart TV” funksiyasına malik modellər qlobal televizor bazarının 60%-ni təşkil edəcək. Yeni statistika “Smart TV”-nin xeyli populyarlaşmasını sübut edir: 2011-ci ildə belə modellərin bazar payı 13% səviyyəsində idi, 2013-cü ildə artıq 35,3%, 2016-cı ildə isə 47%-ə yaxınlaşıb.

MSK Putinlə bağlı qərar verdi

28 Dekabr 2017 16:57

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) ölkənin hazırkı prezidenti Vladimir Putinə imzatoplama kampaniyasına başlamağa icazə verib.  Bu haqda MSK-nın açıqlamasında deyilir. Vladimir Putin indi seçki fondunun formalaşdırılması üçün xüsusi hesabı aça bilər. Rusiyanın seçki qanunvericiliyinə görə, prezident postuna namizəd kimi qeydiyyata alınması üçün ən azı 300 min imza toplanılmalıdır. Bir regiondan toplanan imzalar isə 7,5 mindən çox olmamalıdır.

Türkiyədə hərbi hissəyə hücum - Yaralılar var

28 Dekabr 2017 16:53

Türkiyənin şərqindəki Hakkari vilayətində hərbi hissələrin birinə hücum edilib. Hücum nəticəsində azı 3 hərbçi həlak olub.

Gürcüstanda suyun qiyməti qalxıb

28 Dekabr 2017 16:51

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin əhalisi üçün su təchizatı tarifi artırılıb.  Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının qərarına əsasən, sayğacsız abunəçilər üçün 1 kub metr su üçün tarif adam başına 0,75 lari (0,28 USD) bahalaşıb. Sayğaclı abunəçilər üçün isə 1 kub metr üçün tarif 0,06 lariyə (0,023 USD) yaxın artırılıb.

Atadan VƏHŞİLİK: 6 aylıq oğlunu döydü, onurğasını sındırdı - VİDEO

28 Dekabr 2017 16:35

Ata öz uşağını sakitləşdirmək məqsədilə iki qatladı və öldürdü.  Hadisə ABŞ-ın Arizona ştatında baş verib. 30 yaşlı ata Robert Rezendiz 6 aylıq oğlu ilə evdə tək qalıb. Uşaq dayanmadan ağladığı üçün Robert əsəbiləşib və onu sakitləşdirmək məqsədilə atıb-tutmağa, kobud şəkildə oynatmağa başlayıb.

İranlı əsgərlər Suriyada qətlə yetirildi

28 Dekabr 2017 16:25

Suriyada 6 iranlı əsgər qətlə yetirildi. Olaylar.az bildirir ki, İran İnqilaq Mühafizakrlar qrupunda xidmət edən əsgərlər Suriyadakı qarşıdurma zamanı qətlə yetiriliblər. Qətlə yetirilən əsgərlə Qum şəhərində dəfn olunublar.

Dünyada tüğyan edən aclıq – Dəhşətli statistika AÇIQLANDI

28 Dekabr 2017 16:16

Dünyada silahlı münaqişələr və iqlim dəyişikliyi səbəbindən aclıqdan əziyyət çəkən insanların sayı artmaqda davam edir. Beynəlxalq “Save the Children” təşkilatının 2017-ci ilin 9 ayı ilə bağlı statistikasına əsasən xəbər verir ki, aclıqdan əziyyət çəkən insanların sayı 112 milyon nəfər təşkil edir. Onlar arasında uşaqların sayı 45 milyondur. Maraqlıdır ki, BMT-nin statistikasında aclıqdan əziyyət çəkənlərin sayı 960 milyon nəfər kimi göstərilir.

“Türkiyə ilə yaxınlığın əvəzi nədirsə, ödəməyə hazırıq”

28 Dekabr 2017 16:14

“Türkiyə ilə yaxınlığın əvəzi nədirsə, ödəməyə hazırıq. Xalqımızın alçaldılmasını heç vaxt qəbul etməyəcəyik”. Sputnik Türkiyə xəbər verir ki, bu barədə Sudan dövlətinin informasiya naziri Əhməd Bilal açıqlama verib. Rəcəb Tayyib Ərdoğanın Sudana səfərini “tarixi” olaraq xarakterizə edən nazir deyib ki, Türkiyə ilə yaxınlaşma qonşu ölkələr üçün təhdid deyil.

Minlərlə şiə döyüşçüsü İsrailə yaxınlaşır, İranla müharibə təhlükəsi var...

28 Dekabr 2017 15:39

Suriya qoşunları İranın dəstəklədiyi şiə yaraqlılarının dəstəyi ilə ölkədə Bəşər Əsəd rejiminə qarşı çıxan üsyançıların sonuncu anklavına doğru hücuma keçib. Ölkənin cənub-qərbində-İsraillə sərhədə yaxın bölgələrdə şiddətli döyüşlər gedir. Suriya ordusu və şiə yaraqlıları Hermon dağlarının Suriya hissəsini üsyançılardan almaq uğrunda hərbi əməliyyatlar aparır, bu döyüşlərdə Livandakı “Hizbullah” qruplaşması və digər iranyönümlü silahlı birləşmələr əsas rol oynayır.