Dünya

"Bizim cəmiyyət artıq Rusiyanın Ermənistanı dəstəklədiyinə inanmır" - Ermənilər təlaş içində

28 Dekabr 2017 15:35

Rusiya ilə Ermənistan arasında yaşanan informasiya müharibəsi günbəgün güclənməkdə, qarşılıqlı təhqirlər və ittihamlarla davam etməkdədir. Bu mübarizə Rusiya və Ermənistan mətbuatı ilə yanaşı, sosial şəbəkələrdə də ən pis formada qarşılıqlı təhqir, söyüşlərlə, aşağılayıcı sözlərlə müşayiət olunur.

KİV: "Ermənistanda İŞİD üzvü saxlanıldı"

28 Dekabr 2017 15:32

Təxminən 10 gün əvvəl Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları İŞİD üzvünün ölkəyə daxil olmaq cəhdinin qarşısını alıb.  Bu barədə Aravot (Səhər) qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, adı müəyyən edilməyən Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı Jvartnots hava limanında Ermənistan sərhəd xidməti və milli təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

“Meksika divarlara inanmır” – Trampın ideyası gerçəkləşəcəkmi?

28 Dekabr 2017 15:30

ABŞ prezidenti Donald Tramp ötən il prezident seçkiləri kampaniyası dövründə verdiyi vədlərindən birini həyata keçirməyə başlayıb. Söhbət ABŞ və Meksika dövlətlərini ayıran sərhəddəki divarlardan gedir. 

Moskva Koreya yarımadasında baş verə biləcək fəlakətlə bağlı xəbərdarlıq edib

28 Dekabr 2017 15:28

“Koreya yarımadası 2017-ci ilin aprelindən bu vaxtadək davam edən geosiyasi böhran ərazisinə çevrilib. Pxenyan ballistik raketi sınaqdan keçirdikdən sonra Vaşinqton ilin sonuna qədər davam edən hərbi quruculuğa başladı. Koreya yarımadasında qəflətən əsassız hərbi kofliktin başlanması təhlükəsi var”.

Türkiyədə güclü qar və şaxta xəbərdarlığı

28 Dekabr 2017 15:26

Türkiyənin Malatya, Elazığ, Tunceli, Bingöl və Adıyaman vilayətlərində güclü qar və şaxta xəbərdarlığı elan edilib. Məlumata görə, əlverişsiz hava şəraitinin sabahdan etibarən qeydə alınacağı bildirilir. Eyni zamanda, adıçəkilən vilayətlərdə sakinlərin daha diqqətli olması tövsiyə olunub.

Tiflisin bu addımı adekvat reaksiya tələb edir - Rus ekspert

28 Dekabr 2017 15:18

Gürcüstanın Rusiya təyyarələrini açıq səma razılaşması əsasında öz hava məkanına buraxmaması ölkənin yeni gizli hərbi obyektlər tikməsindən xəbər verir. Bunu “RİA Novosti”yə açıqlamasında rusiyalı hərbi ekspert İqor Korotçenko söyləyib.

2017 – ci il uşaqlar üçün dəhşətli il oldu – UNİCEF AÇIQLADI

28 Dekabr 2017 15:17

UNİCEF 2017 – ci ilin uşaqlar üçün dəhşətli il olduğunu açıqlayıb. Olaylar.az bildirir ki, UNUCEF hesabatında müharibə və münaqişə bölgələrində yaşayan uşaqların mütəmadi hücumlara qaldıqlarını açıqlayıb. İraq, Suriya, Yəmən, Nigeriya, Cənubi Sudan və Myanmadakı uşaqların beynəlxalq hüquqa zidd qarşıdurmaların qurbanı olduqlarını və 2017 – ci ilin onlar üçün dəhşət dolu il olduğu bildirilib.

Erməni deputatdan Ərdoğana qarşı Gül çağırışı - Video

28 Dekabr 2017 15:16

Ədalət və İnkişaf Partiyasından qurtulmaq üçün hər kəsə ehtiyacımız var. Bunu KRT televiziyasında çıxışı zamanı Türkiyənin Xalqların Demokratik Partiyasının erməni əsilli millət vəkili Qaro Paylan söyləyib. Onun sözlərinə görə, kürd partiyası AKP ilə mübarizə üçün Türkiyənin keçmiş prezidenti Abdullah Güldən də istifadə etməlidir:

PKK – nın  planlaşdırdığı terror hadisəsinin qarşısı alındı

28 Dekabr 2017 14:48

Türkiyədə səhər saatlarında bir avtobusda partlayıcı qurğu aşkarlanıb. Olaylar.az İstanbul Terrorla Mübarizə idarəsi apardığı axtarış zamanı 20 nəfər şübhəli saxlanılıb. Saxlanılan şəxslərin ifadələrindən məlum olub ki, onlar PKK terror qruplaşmasının üzvləridi və Kandil vilayətindən İstanbula gələrək terror hadisəsi törətməyi planlaşdırıblar.

Əsədi Nəcibullanın taleyi gözləyir

28 Dekabr 2017 14:41

Əsədi Məhəmməd Nəcibullanın taleyi gözləyir. Bu sözləri öz Feysbuk səhifəsində rusiyalı ekspert və Donbas müharibəsinin əsas ideoloqlarından biri Anatoli Nesmiyan paylaşıb.

AB Tiflisə gözlədiyindən daha çox pul verdi

28 Dekabr 2017 14:39

Avropa Birliyi Gürcüstana reformlar həyata keçirməsi üçün 48,1 milyon avro yardım ayırıb. Bu barədə informasiyanı AB-nin Gürcüstandakı Nümayəndəliyi yayıb. Nümayəndəlik ayrılan vəsaitin ticarətin, kiçik və orta biznesin, eləcə kənd təsərrüfatının inkişafına yönəldiləcəyini bildirib.

Zəlzələ - Gürcüstanda

28 Dekabr 2017 14:00

Gürcüstanda 2,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Tbilisidən 35 kilometr aralıda Tetritskaro rayonunda 5 kilometr dərinlikdə qeydə alınıb.

"Türkiyənin müdafiə sənayesi Prezident Administrasiyasının idarəçiliyinə keçib"

28 Dekabr 2017 13:59

"Türkiyənin müdafiə sənayesi Prezident Administrasiyasının idarəçiliyinə keçib". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Qarın ağrısı ilə xəstəxanaya gedən iki 15 yaşlı qız hamilə çıxdı

28 Dekabr 2017 13:24

Türkiyədə biabırçı hadisə baş verib. Sakarya vilayətinin Akyazı mahalında eyni gündə qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən iki 15 yaşlı qızın hamilə qaldığı məlum olub. Onlardan biri 7, digəri isə 2 aylıq hamilədir. Məsələ ilə bağlı araşdırma aparılır. 

Putin Sankt-Peteburqdakı partlayışı terror adlandırıb

28 Dekabr 2017 13:07

Rusiya prezidenti Vladimir Putindekabrın 27-də Sankt-Peterburq şəhərində baş vermiş partlayışı terror aktı adlandırıb. V. Putin bunuSuriyada hərbi əməliyyatlarda iştirak etmiş zabitlərlə görüşündə deyib. "Siz bilirsiniz ki, dünən Peterburqda terror aktı törədilib", - deyə o, söyləyib.