Dünya

Erməni qadınlar canlı yayımda saçyolduya çıxdılar - VİDEO

28 Dekabr 2017 13:02

"Küçə qadını, köpək qızı, murdar, ləçər, fahişə! Sənin yatdığın kişilərin sayı bilinmir, ərin, o mal oğlu mal isə sanki heç nə olmamış kimi davranır". Ermənistan İctimai Televiziyasındakı "Yarıaçıq pəncərələr" tok-şousuna qatılmış iki qadın arasındakı davada bu sözlər səslənib.

Valideynləri qızlarını 15 il balaca otaqda saxladı, acından öldü - 33 yaşında 19 kilo qalmışdı

28 Dekabr 2017 12:58

Yaponiyada valideynləri qızlarına 15 il ərzində işgəncə veriblər.  55 yaşlı Yasutaka Kakimoto və 53 yaşlı Yukari Kakimoto Airi Kakimoto adlı qızlarını 15 il ərzində balaca otaqda saxlayıb, ona gündə bir dəfə yemək veriblər.

Türkiyədə PKK və İŞİD-in 56 üzvü həbs edildi

28 Dekabr 2017 12:40

Türkiyənin Bursa əyalətində keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK və İŞİD qruplaşmalarının 56 üzvü tutulub. “Hürriyet” qəzeti yazır ki, onların arasında Suriya vətəndaşları da var.

Trampın axmaq həmləsi Rusiyaya meydan verdi – Duqin

28 Dekabr 2017 12:14

Putinin Suriyadakı hərbi hərəkatın bitdiyini göstərməsi çox önəmli addımdır. Bu sözlər rusiyalı ideoloq və filosof Aleksandr Duqininin “Aydınlıq” qəzetində dərc olunan məqaləsində yer alıb. “Putinin bu addımı hərbi bazamızın bağlanacağı, məsləhətçilərimizin geri dönəcəyi və ya Suriyaya yardımlarımızın sona gələcəyi anlamına gəlmir. Rusiya işğalçı deyil. Suriya üzərində hərbi hökmranlıq qurmağa çalışmırıq. Biz Suriyaya dəvət edildik və burada dostlarımıza yardım etdik. Hərbi hərəkat bitəndə isə Rusiyaya geri dönürük, amma Dəməşqə geosiyasi yardım məqsədi ilə burada varlığımızı davam etdirib, bazamızı saxlayacağıq.

Ankaraya “Prezidenti həbs edin” tələbi gəldi, Ərdoğan...

28 Dekabr 2017 12:11

Türkiyənin İstanbul şəhərində Qüdslə bağlı keçirilən İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Beynəlxalq Cinayət Məhkəməsi Sudan Prezidenti Ömər əl-Bəşirin həbsi ilə bağlı rəsmi Ankaraya müraciət edib.

Xəbər Agentliyində PARTLAYIŞ

28 Dekabr 2017 11:55

Əfqanıstanın paytaxtı Kabil şəhərində “Əfqan səsi” xəbər agentliyinin yerləşdiyi binada partlayış baş verib.  Olaylar.az bildirir ki, terror hücum zamanı ən azı 30 nəfərin həlak olduğu bildirilir. Binada Anadolu Xəbər agentliyi, bir sıra media orqanları və şiə qruplarının  fəaliyyət göstərdiyi bildirilir.

Acun Ilıcalı onu komandaya daxil etmədi. AMMA...

28 Dekabr 2017 11:54

Acun Ilıcalı yaxın günlərdə yayımlanacaq Survivor All Star komandasına keçmiş iştirakçı Serkay Tütüncünü qəbul etməyib. Olaylar.az bildirir ki, Survivor – da yer almayan Tütüncü seriala dəvət alıb. Kanal D – də yayımlanacaq “İnsanlıq cinayəti” serialında Gizəm Karaca və Kaan Yıldırımla birgə kameralar önünə keçəcək.

Dilənçilər məşhur aktrisaya HÜCUM ÇƏKDİ

28 Dekabr 2017 11:51

Türkiyəli aktrisa Demet Evqar dünən gecə qorxu dolu anlar yaşayıb. Sənətçi ötən axşam restoranların birində dostları ilə yemək yeyib. Sonuncu filmlərinin uğurunu qeyd edən aktyor heyəti çıxışda taksiyə minib, evə getmək istəyib. Lakin bir anda küçədə dilənən uşaqlar ona hücum edib.

NATO-dan “S-400” açıqlaması

28 Dekabr 2017 11:44

Türkiyə ilə Rusiya arasında əldə edilən “S-400” havadan müdafiə sistemi razılaşması NATO tərəfindən yaxından izlənilir. Sistem barədə danışan səlahiyyətli bir şəxs NATO-nun narahatlığının sadəcə Türkiyənin digər müttəfiqlərlə ayaqlaşa bilməməsi olduğunu deyib: “NATO üçün önəmli olan müttəfiqlərin aldığı işçi heyətinin əməkdaşlıq edə bilməsidir. Silahlı qüvvələrimizin birlikdə işləyəbilmə qabiliyyəti əməliyyatlarımızın və missiyalarımızın təşkil edilməsi üçün əsas şərtdir”.

Suriyalılar həbs olundu – Türkiyədə

28 Dekabr 2017 11:28

Türkiyənin Bursa şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat həyata keçirilib. Olaylar.az bildirir ki, 200 polisin iştirak etdiyi əməliyyatda 38 suriyalı həbs olunub. Bursanın Osmanqazi, Yıldırım və İnəgöldə vilayətlərində, 11 ayrı – ayrı ünvanlarda eyni vaxtda həyata keçirilən əməliyyat zamanı saxlanılan şəxslərin evlərində müxtəlif növ silah –sürsat aşkarlanıb.

Qırğızıstanda 100-dək məktəbli dəm qazından zəhərlənib

28 Dekabr 2017 11:25

Qırğızıstanda 100-dək məktəbli dəm qazından zəhərlənib.  Məlumata görə, hadisə Çuy vilayətindəki kəndlərin birində baş verib.  VII-VIII siniflərin şagirdləri məktəbin idman zalında rəqs meydançası hazırlayıblar.

Rusiyadakı partlayışda yaralıların sayı artdı

28 Dekabr 2017 11:02

Rusiyanın Sankt-Peterburq şəhərində, Kondratyev prospektindəki supermarketdə baş vermiş partlayış nəticəsində yaralıların sayı 13 nəfərə çatıb. Xəsarət alanlardan 8 nəfəri hələ xəstəxanadadır. Onlardan 5 nəfərin vəziyyəti orta, 3-nün isə qənaətbəşxdir. Bundan əvvəl 10 nəfərin yaralandığı bildirilirdi.

Əsirlərin mübadiləsi baş tutub

28 Dekabr 2017 09:52

Ukraynada qondarma Donetsk və Luqansk Xalq Respublikaları ilə hökumət arasında əsir mübadiləsi keçirilib. 233 separatçının 73 ukraynalı hərbçiyə dəyişdirilməsi Qorlovka qəsəbəsi yaxınlığında baş tutub.

Turistlər qəzaya düşdülər

28 Dekabr 2017 09:34

 İslandiyanın cənubunda turistləri daşıyan avtobus aşıb. Yol qəzası paytaxt Reykyavikdən 250 km cənubda baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, azı 10 nəfər xəsarət alıb. Qəza zamanı avtobusda təxminən 40 Çin vətəndaşı olub. Xəsarət alanlardan 10-u paytaxt xəstəxanasına çatdırılıb.

Mərkəzdə atışma

28 Dekabr 2017 09:04