Dünya
Uşaqlar güllələndi - 7 yaralı
Türkiyənin Qaziantep vilayətində bir məktəbin ərazisində futbol oynayan uşaqlara silahlı hücum olub. Kimliyi hələlik dəqiq bilinməyən şəxs tərəfindən uzun lüləli silahla açılan atəş nəticəsində 5-i şagird olmaqla, 7 nəfər yaralanıb.
"Facebook"da qızının çılpaq fotolarını gördü - - Görün, nələr oldu - VİDEO
“Facebook” messenceri vasitəsilə yeni virus mayner yayılır
“Facebook” sosial şəbəkəsinə məxsus messencerdə “Digmine” virus mayneri yayan yeni bot peyda olub. Artıq Cənubi Koreya, Vyetnam, Azərbaycan, Ukrayna, Tailand və Venesueladan olan istifadəçilər sözügedən zərərverici proqram təminatının qurbanı olublar.
Köhnə sistemli smartfonlarda “WhatsApp” messenceri dəstəklənməyəcək
“WhatsApp” messenceri 1 yanvar 2018-ci ildən etibarən “Windows 8.0” (həmçinin sonrakı versiyalar), eləcə də “BlackBerry OS” və “BlackBerry 10” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonların dəstəklənməsini dayandıracaq. Bu barədə “International Business Times” nəşri məlumat verib.
“Ağıllı” daşınan kamera təqdim olunub
"Ubiquiti Labs" şirkəti əlamətdar anları çəkməyə kömək edəcək "ağıllı" "FrontRow" daşınan kamerasını təqdim edib.
“Phone Arena” nəşri 2017-ci ilin ən yaxşı smartfonunu müəyyənləşdirib
“Phone Arena” nəşri oxucuların sorğusu əsasında 2017-ci ilin ən yaxşı smartfonunu müəyyənləşdirib.
Orbiti müstəqil dəyişən peyklərin sınaqları keçirilir
Avropa Kosmik Agentliyinin mütəxəssisləri peyklərin korpuslarında quraşdırılan butan mühərriklər vasitəsilə orbiti müstəqil dəyişən kiçik “CubeSat” peyklərinin yeni modelini hazırlayıblar. İlk oxşar “GomX-4B” və “GomX-4A” peyklərinin 2018-ci ilin fevralında buraxılması nəzərdə tutulur.
Yeni “Samsung” smartfonları nə vaxt satışa çıxarılacaq?
Qabaqcıl "Samsung Galaxy S9" və "Samsung Galaxy S9+" smartfonlarının martın əvvəlində satışa çıxarılması, kütləvi istehsalına isə yanvarın ilk günlərində başlanması gözlənilir. Bu barədə Cənubi Koreyanın "ETnews" nəşri məlumat verib.
2017-ci ilin ən uğursuz cihazları məlum olub
“Oppo A83” smartfonu rəsmən təqdim edilib
“Oppo A83” smartfonu rəsmən təqdim edilib. Qurğu 1440x720 piksel təsvir ölçülü 5,7 düymlük ekran, 18:9 tərəflər nisbəti və nazik çərçivəli yan tərəflər, 2,5 QHs takt tezlikli səkkiznüvəli prosessor, həmçinin 4 QB-lıq əməli və 32 QB-lıq daxili yaddaşla təchiz edilib.
İngilislər: "Kişilər 53 yaşında daha romantik olur"
İngiltərəli mütəxəssislərin apardığı araşdırmaya görə, kişilərin ən romantik olduğu yaş dövrü 53 yaşdır.Bu nəticəyə gəlmək üçün mütəxəssislər 18 və 65 yaş arası iki min kişi üzərində araşdırma aparıblar. Araşdırmalar zamanı məlum olub ki, 51 ilə 55 yaş arası hər dörd kişidən üçü mütləq hər gün həyat yoldaşına onu nə qədər çox sevdiyini bildirir. Bununla yanaşı 50 yaşından sonra kişilər əvvəlki illərə nisbətən sevgi məsələlərində daha diqqətli olur və mütəmadi olaraq həyat yoldaşlarına sürpriz edirlər.
Polad Alemdar ekranlara qayıdır
“Kurtlar vadisi”nin Polad Alemdarı Necati Şaşmaz ekranlara qayıdacağını açıqlayıb. Aktyor “Kurtlar vadisi xaos” adı ilə serialın fevraldan yayımlanacağını bildirib: “Serialın ssenarisini bitirmişik.
Moskvada "Menşevik" fabrikində atəş açan şəxs qaçıb
Moskva şəhərindəki “Menşevik” fabrikində bu gün səhər saatlarında atəş açan şəxsin axtarışı başa çatıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, polis və qvardiya tərəfindən aparılan axtarış zamanı İlya Averyanovun fabrikdə olmadığı müəyyənləşib. O, polis fabriki mühasirəyə almazdan öncə qaçıb.
Rusiyada nazirlərin əməkhaqları açıqlanıb - Maliyyə naziri I yerdə
Rusiyanın Maliyyə Nazirliyi federal dövlət orqanlarında işləyən rəsmilərin orta aylıq əməkhaqqının məbləğini açıqlayıb. Məlumata görə, dövlət qurumları arasında ən çox əməkhaqqını maliyyə-iqtisadi nazirliklərin rəhbərləri alır.
Ərdoğan: "Bəşər Əsəd terrorçudur"
"Bəşər Əsəd dövlət terroru həyata keçirmiş terrorçudur". Məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tunisə səfəri çərçivəsində həmkarı El-Baci Kaid es-Sibsi ilə birgə keçirdiyi mətbuat konfransında deyib.














