Dünya

İran parlamentində Fələstinlə bağlı QƏRAR

27 Dekabr 2017 17:34

İran parlamenti Fələstin xalqının İslam İnqilabına dəstək layihəsini təsdiqləyib. Səsvermədən öncə bir maddəlik layihəyə bir qeydin artırılması məsələsi müzakirəyə çıxarılıb. 

Türkiyə Sudandan aldığı adada hərbi gəmilər üçün tərsanə tikəcək

27 Dekabr 2017 17:17

Türkiyə Sudanın Suakin adasında hərbi və mülki gəmilər üçün tərsanə tikəcək. Tərsanə tikintisi ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Sudana səfəri zamanı iki ölkə arasında imzalanmış sazişdən biridir.

Özbəkistan prezidenti maliyyə sisteminin 562 əməkdaşını işdən azad etdi

27 Dekabr 2017 17:15

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkəsinin maliyyə sisteminin 562 əməkdaşını işdən azad edib. Bu məlumatı Özbəkistanın Maliyyə Nazirliyi yayıb. "Dekabrın 22-dən bu günədək dövlət maliyyə müəssisələrindən, o cümlədən Maliyyə Nazirliyi, xəzinədarlıq və Pensiya Fondundan 562 əməkdaşı işdən azad edilib", - deyə nazirlik bildirib.

Gürcüstan müsəlmanları xüsusi bəyanat yaydı

27 Dekabr 2017 17:11

Gürcüstanın müsəlman dini liderləri ölkədə baş verən son proseslərlə bağlı bəyanat yayıb.  Bəyanatda din adı ilə törədilən istənilən zorakılıq pislənilir. 

Almaniyada gəmi körpüyə çırpıldı – 27 yaralı

27 Dekabr 2017 16:35

Almaniyanın Duisburq şəhərində “Sviss Kristal” adlı sərnişin gəmisi Ren çayı üzərindəki körpünün dirəklərinə çırpılıb. Qəza zamanı gəmidə 129 sərnişin və 26 heyət üzvü olub. Məlumata görə, qəzada 4-ü ağır olmaqla, 27 nəfər yaralanıb. Qəza səbəbindən körpüdə nəqliyyatın hərəkəti saatlarla dayandırılıb.

Brayza: Saakaşvilini bəziləri bəyənmir, amma o…

27 Dekabr 2017 16:33

Mixail Saakaşvili Kiyevdə III Maydanı təşkil edə bilmədi. Bunu “Amerikanın səsi” radiosuna açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza söyləyib.

Fransadan krala sərt tələb: Blokadanı ləğv edin

27 Dekabr 2017 16:24

Fransa Prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səudla telefonla danışıb.  Makron kraldan Yəmənin blokadasının tam ortadan qaldırılmasını tələb edib.

Güclü külək yaşlı qadını 4-cü mərtəbənin eyvanından yerə çırpdı

27 Dekabr 2017 16:16

Rusiyanın Saxalin adasında yerləşən Uqleqorsk şəhərində bir neçə gündür tüğyan edən güclü külək misli görünməmiş fəsadlara gətirib çıxarıb.

İraqda 8 almaniyalı qadın saxlanıldı - İŞİD bəlası

27 Dekabr 2017 16:07

İraqda İŞİD terror təşkilatına üzv olmaqda ittiham edilən 8 Almaniya vətəndaşı saxlanılıb. Məlumata görə, saxlanılan qadınların əksəriyyətinin övladları da var.

Anqola ilk süni peykini "itirib"

27 Dekabr 2017 15:08

Baykonur kosmodromundan buraxılmış Anqolanın ilk süni peyki ilə əlaqə itirilib. Məlumata görə, “AngoSat-1” peyki ötən gecə fəzaya buraxılıb. Məlumata görə, uçuşun ilk mərhələsində peyklə əlaqə mövcud olsa da, sonradan informasiyanın ötürülməsi dayanıb. Hazırda bununla bağlı araşdırmalar aparılır.

Yeni cəbhə açılır - Lavrovdan BƏYANAT

27 Dekabr 2017 15:04

“Ən-Nüsra” Cəbhəsinin dağıdılması İŞİD-ə həlledici zərbədən sonra Suriyada terrorçuluğa qarşı əsas məsələdir. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “Suriya sabah” müxalifət hərəkatının lideri Əhməd Carboyla görüşdə deyib.

Putin prezident seçkilərində iştirak etmək üçün sənədlərini MSK-ya təqdim edib

27 Dekabr 2017 15:02

Rusiya prezidenti Vladimir Putinprezident seçkilərində iştirak etmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Məlumata görə, V. Putinin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb. 

Rusiya Türkiyəyə 2.5 milyard dollar dəyərində S-400 satacaq

27 Dekabr 2017 14:58

Rusiya ilə Türkiyə arasında əldə olunmuş razılığa əsasən, Rusiya Türkiyəyə 2.5 milyard dollar dəyərində S-400 hava müdafiə sistemləri satacaq. Məlumata görə, bunu Rostec rəhbəri Sergey Çemezov deyib.

Rusiya müşahidə təyyarələri barəsində ABŞ-a cavab verəcək

27 Dekabr 2017 14:56

Rusiya 2018-ci il 1 yanvar tarixindən etibarən amerikalı müşahidə təyyarələrinin istifadə etdiyi hava limanlarının sayını azaldacaq. Bu haqda hərbi diplomatik mənbələr məlumat verib. Məlumatda bildirilir ki, belə bir addım ABŞ-ın Rusiyaya qarşı həyata keçirtdiyi tədbirlərə güzgü cavabı rolunu oynayır.