Brayza: Saakaşvilini bəziləri bəyənmir, amma o…
Mixail Saakaşvili Kiyevdə III Maydanı təşkil edə bilmədi. Bunu “Amerikanın səsi” radiosuna açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza söyləyib.
27 Dekabr 2017 16:33 DünyaMixail Saakaşvili Kiyevdə III Maydanı təşkil edə bilmədi. Bunu "Amerikanın səsi" radiosuna açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza söyləyib.
"Kifayət qədər böyük kütlə parlament ətrafında çadır şəhərciyinin yaradılmasına gəlmədi. Məsələ ondadır ki, Ukrayna xalqı yorulub. Onlar ev, geyim, qida və adi həyatın olduğu normal yaşayış istəyirlər. Fikrimcə, onlar küçəyə çıxmaq istəmirlər, amma digər tərəfdən, Ukraynanın indiki hökumətinin verdiyi vədləri yerinə yetirəcəyini də düşünmürəm. Bu siyasi elita cəmiyyətin tələblərini icra etmək imkanında deyil. Saakaşvili çoxlarının xoşuna gəlmir. Bəziləri onu həddən artıq aqressiv adlandırırlar, amma o, çox cəsarətlidir" - deyə o bildirib. Axar.az