Dünya

İranın müdafiə naziri tərəfləri Qarabağ üzrə danışıqları davam etdirməyə çağırdı

27 Dekabr 2017 14:46

İranın müdafiə naziri, briqada generalı Əmir Hatəmi Ermənistanın Tehrandakı səfiri Artaşes Tumanyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişə ilə bağlı vəziyyəti müzakirə edib.

Avstriyanın baş naziri: "Ölkəmdə siyasi islama yer yoxdur"

27 Dekabr 2017 14:38

Avstriyanın gənc baş naziri Sebastian Kurz bir alman qəzetinə verdiyi müsahibəsində ölkəsində İslamın 1992-ci ildən bəri mövcud olduğunu, ancaq Avstriyada siyasi islama icazə verməyəcəklərini söyləyib. Sebastian Kurz deyib ki, Avstriyada İslam rəsmi tanınan dinlərdən biridir və onun sözlərinə görə bu, belə də davam edəcək, ancaq "Ölkəmdə siyasi islama yer yoxdur", baş nazir əlavə edib.

Məşhur holdinqin inzibati binasında YOXLAMA – 11 nəfər həbs edildi

27 Dekabr 2017 13:31

Türkiyə Kocaəli Körfəz prokurorluğu məşhur holdinq rəhbərini həbs edib. Olaylar.az bildirir ki, prokurorluq əməkdaşları Keskin Holdinqin inzibti binasında axtarışlar aparılıblar. Axtarış zamanı holdinqin yanacq qaçaqmalçılığı və 100 milyon lirə dəyərində vergidən yayınma halları müşahidə olunub.

BMT-nin büdcəsi yüzmilyonlarla dollar azaldı

27 Dekabr 2017 12:39

BMT-nin Baş Assambleyası təşkilatın 2018-2019-cu illər üçün büdcəsini qəbul edib.  İki il ərzində BMT-nin illik büdcəsi 5,397 milyard ABŞ dollar təşkil edəcək. Bu rəqəm təşkilatın ötən iki il üçün olan büdcəsindən 286 milyon dollar azdır.

Səudiyyə Ərəbistanında saxlanılanlardan 23 nəfər azadlığa buraxıldı

27 Dekabr 2017 12:30

Səudiyyə Ərəbistanında korrupsiya əməliyyatları çərçivəsində 200 nəfər saxlanılmışdı. 7 ulduzlu oteldə saxlanılanlardan 23 nəfəri azadlığa buraxılıb. Səudiyyə Ərəbistanındakı mənbələrdən verilən məlumata əsasən saxlanılanlardan 23 nəfər sərbəst buraxılıb. Azadlığa çıxanların siyahısı hələ açıqlanmayıb.

Tehranda zəlzələ - 56 nəfər yaralandı

27 Dekabr 2017 12:24

İranın paytaxtı Tehrandan 50 km qərbdə 4,2 bal gücündə zəlzələ baş verib. Olaylar.az bildirir ki, yeraltı təkandan həyacanla qaçan 56 nəfər yaralanıb. Zəlzələ zamanı bir nəfər ürək tutmasından həlak olub.

Koalisiya: Suriya və İraqda minlərlə İŞİD üzvü qalıb

27 Dekabr 2017 12:16

"Suriya və İraq ərazisində İŞİD-in minlərlə üzvü qalıb". Bu barədə “Military.com” saytı ABŞ-ın rəhbərlik edilən koalisiyanın nümayəndəsi Rayan Dillona istinadən məlumat yayıb. O bildirib ki, koalisiyanın fəaliyyəti silahlılar tərəfindən hər hansı həmlə edildiyi halda, onların qarşısının alınmasına yönəlib.

Peyvəndlərdən imtina halları artıb - Canan Karataydan İDDİA

27 Dekabr 2017 12:02

Məşhur dietoloq Canan Karatay Türkiyə Səhiyyə Nazirliyi İmmiqrasiya Məsləhət Qurumunun İdarə heyəti üzvü və İnfeksiya Xəstəlikləri dərnəyinin sədri Dr. Mehmet Ceyhan tərəfindən məhkəməyə verilib. Olaylar.az bildirir ki, dietoloqun qrip əleyhinə peyvəndlərdə alminium və civə olduğunu, bunlarında gələcəkdə alzheimer xəstəliyinə yol açdığı iddiası onu məhkəməlik edib. Canan Karatay insanları peyvənd olunmaqdan çox, davamlı D vitaminlərindən istifadə etməyi məsləhət görüb. Həkim Mehmet Ceyhan Karatayın bu iddilarını əssasız hesab edir.

Fransada güclü külək "narıncı həyəcan"a səbəb oldu

27 Dekabr 2017 11:57

Fransanın 5 departamentində güclü küləklə əlaqədar narıncı həyəcan səviyyəsi elan olunub. Məlumata görə, bu gün Aryej, Yuxarı Qaronna, Yuxarı Pireney, Atlantik Pireneyi və Land departamentlərində küləyin sürəti saatda 120-140 metrə çatacaq. Meteoroloqlar əlverişsiz hava şəraitinin nəqliyyatın hərəkətinə, o cümlədən hava və dəniz nəqliyyatına təsir edəcəyi barədə xəbərdarlıq ediblər.

Müxalifət Yerevanın büdcəsini tənqid etdi

27 Dekabr 2017 11:54

Yerevanın 2018-ci il büdcəsi 48 milyon dram (təqribən 100 min dollar) kəsirlə qəbul olunub. Məlumata görə, müxalifət şəhər büdcəsinin "dekorativ xərclər"lə yükləndiyini, əsas məsələlərin isə nəzərə alınmadığını hesab edir.

Melaniya Tramp Ağ Evin həyətindəki 200 illik ağacları kəsdirir

27 Dekabr 2017 11:51

Ağ Evin həyətyanı sahəsində yerləşən, 19-cu əsrdə ABŞ prezidentləri tərəfindən əkilən ağaclar kəsilir. ABŞ prezidenti Donald Trampın həyat yoldaşı, birinci ledi, Melaniaya Trampın qərarı ilə prezident iqamətgahının həyətində olan yaşlı ağaclar kəsilməyə başlayıb. "Həmin ağaclar çox təhlükəlidir. Hər an aşa və insanlara xəsarət yetirə bilər. Mən bunu Ağ Ev sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə edirəm"-deyə Melaniya Tramp bildirib.

Moskvada atışma - Yaralılar var

27 Dekabr 2017 11:47

Moskvada İlovaysk küçəsində yerləşən “Menşevik” qənnadı fabrikinin ərazisində atışma baş verib. Hadisə nəticəsində 4 nəfər yaralanıb.Məlumata görə, fabrikin direktoru ziyarətçilərə atəş açıb.

Kvirikaşvili: “Gürcüstanın son məqsədi Avropa İttifaqının tamhüquqlu üzvü olmaqdır”

27 Dekabr 2017 11:44

"Gürcüstanın son məqsədiAvropa İttifaqının tamhüquqlu üzvü olmaqdır”. Bunu baş nazir Giorgi Kvirikaşvili hökumətin iclasında deyib. O bildirib ki, hökumətin əsas prioriteti avroatlantik məkana inteqrasiyadır: “2017-ci ildə əsas nailiyyət Avropa İttifaqı ölkələri ilə viza rejiminin aradan qaldırılması olub. Bu qərar Avropa İttifaqının Gürcüstana etibarının göstəricisidir”.

"ABŞ Suriyadakı bazasında İŞİD terrorçularını hazırlayır"

27 Dekabr 2017 11:17

ABŞ Suriyadakı "Ət Tanf" hərbi bazasında İŞİD terrorçularını hazırlayır. Bu barədə Rusiya Silahlı Qüvvələrinin  Baş Qərargahının rəisiValeri Gerasimov bildirib. "Bu baza Suriyanın cənubundadır, radiusu 55 km olan ərazi ilə məhdudlaşıb. Suriya, İordaniya və İraq sərhədlərinin kəsişməsində yerləşir. Kosmik və digər kəşfiyyat məlumatlarına əsasən, bazada silahlı dəstələr var. Onlar orada faktiki olaraq hazırlaşırlar", - deyə general "Komsomolskaya Pravda" nəşrinə müsahibəsində bildirib.