Dünya
Türkiyə Sudandan ada aldı
Sudana məxsus Suakin adası Türkiyəyə 99 il müddətinə icarəyə verilib. Məlumata görə, Sudan Prezidenti Ömər əl-Bəşir Suakin adasının Türkiyəyə icarəyə verilməsi haqqında fərman imzalayıb.
Sankt-Peterburqda göy qar yağdı
Sankt-Peterburqda göy qar yağıb. Bunu Rusiya Təbiətə Nəzarət Departamentinin müfəttişləri bildirib. İlk olaraq bu barədə yerli sakinlər xəbər verib. Qar bəzi yerlərdə açıq mavi, bəzi yerlərdə bənövşəyi rəngə çalıb.
Yerdən 643 km yuxarıda ultra lüks otel tikilir - Kosmos aydın görünəcək
Rusiyanın nəhəng kosmos agentliyi olan “Roscosmoc” Beynəlxalq Kosmos Stansiyasında turistlər üçün nəzərdə tutulmuş ultra lüks bir otel layihəsi hazırlayır. “Roscosmoc” agentliyi dünyanın insanlar tərəfindən yaratdığı peyklərdən birində dünya mənzərəli lüks otel inşa edəcək. Məqsəd dünyada bir ilkə imza atmaqdır.
İlin ƏSAS MODAPƏRƏSTLƏRİ: Geyimləriylə gündəmdən düşməyən birinci xanımlar
Başa çatmaqda olan 2017-ci ilin ən parlaq qəhrəmanlarını xatırlamağa və onlardan ən yaxşıları seçməyə davam edirik. Bu dəfə gündəmdə il ərzində çıxışlarıyla güclü təsir bağışlayan, yeni ideyalarıyla ilhamlandıran və zövqümüzü oxşayan məşhur modapərəstlərdir.
Zəlzələ - Yunanıstanda
Yunanıstan sahillərində 5,0 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir.
Suriya ordusunun hərbi təyyarəsi vuruldu
Aktrisa məhkəməyə zorla aparılacaq
“Savaşçı”, “Şərəf məsələsi”, “Aşk və günah” seriallarında çəkilən aktrisa Zeynəb Elçin zorla məhkəməyə gətiriləcək. 27 yaşlı aktrisa keçmiş əri Hüseyn Yigitə bphtan atıb, şantaj etməkdə günahlandırılır. Əri tərəfindən döyüldüyünü və evə həbs edildiyini deyən Zeynəb məhkəməyə şikayət ərizəsi ayzsa da, qarşı tərəfin etirazə üzərinə məsələnin istiqaməti dəyişib.
“Nokia 9” smartfonunun videosu dərc edilib
"YouTube" video platformasının "Nokiapoweruser" kanalında qabaqcıl "Nokia 9" smartfonunun və onun üçün iki çexolun videosu dərc olunub.
Elmi araşdırmalar üçün superkompüter hazırlanır
Çinin kompüter texnikası istehsalçısı "Lenovo" şirkəti və ABŞ-ın prosessor istehsalçısı "Intel" şirkəti Leybnis Superkompüter Mərkəzi üçün yeni nəsil hesablama kompleksinin yaradılması üzrə birgə işə başlayıblar.
“Qualcomm Snapdragon 670” prosessorunun sınağı keçirilir
“Qualcomm” şirkəti yeni “Snapdragon 670” mobil çipini sınaqdan keçirir. İnsayder Roland Kaundun məlumatına görə, şirkət çipi 4 və ya 6 giqabaytlıq operativ, 64 giqabaytlıq quraşdırılmış yaddaş, eləcə də 22,6 və 13 meqapikselli kameralarla təchiz edilən smartfonun üzərində aparır. Qurğunun modeli barədə məlumat verilmir.
Fransada turistlərə müxtəlif dövrləri vizual görməyə imkan verən virtual reallıq kioskları istifadəyə verilib
Fransanın şimalında yerləşən "Monument des Fraternisations" tarixi abidəsinin qarşısında "Timescope" layihəsi çərçivəsində yeni bir giriş nöqtəsi açılıb. Turistlərin müxtəlif dövrləri vizual görə bilməsi üçün mühüm tarixi yerlərin yaxınlığında virtual reallıq zonalarının yaradılması nəzərdə tutulur.
Robot ilan “Fukusima” stansiyasını tədqiq edəcək
Yaponiya alimləri “Fukusima-1” və “Fukusima-2” atom elektrostansiyalarının qəzadan sonra sıradan çıxan atom reaktorlarının tədqiqi və təmizlənməsi üçün robot ilan yaradıblar. Unikal robotun yaradılması ilə “Toshiba” şirkətinin mütəxəssisləri məşğul olub.
Pilotsuz uçan yük aparatı yaradılır
San-Fransiskonun “Elroy air” startapı 300 kilometr məsafəyədək 70 kiloqramlıq yükü daşıya bilən pilotsuz uçan aparatların hazırlanması ilə məşğuldur. Tərtibatçıların planına görə, aparat ucqar yerlərə humanitar yardım və bağlamaların çatdırılması ilə bağlı problemlərin həllinə imkan verməklə tez-tez təmir tələb edən və uzaq məsafələrə uça bilməyən kiçik dronlara alternativ olacaq.
Son dərəcə təhlükəsiz kompüter yaradılıb
ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Tədqiqatları Agentliyi (DARPA) son dərəcə təhlükəsiz kompüterin yaradılmasına qrant ayırıb. Aparat komponentlərinin yaradılmasına yeni yanaşma təklif etmiş Miçiqan Universiteti sözügedən qrantı alıb.
Ulaq iki nəfəri dişlədi, kənddə karantin elan olundu
Türkiyənin Diyarbəkir vilayətinin Alitaş kəndində karantin elan olunub. Məlumata görə, karantinə səbəb kənddə ulağın bir qadın və uşağı dişləməsi olub.














