Dünya
Relslərə yıxıldı, iki qatar üstündən keçdi, sağ qaldı
Almaniyanın Münhen şəhərində naməlum şəxs içkili vəziyyətdə dəmir yolu xəttinə yıxıldıqdan sonra iki elektrik qatarı onun üzərindən keçib. Məlumata görə, həmin şəxs ciddi xəsarətlər alsa da, sağ qalıb.
Ermənistan bazarları dəfn bürosunu xatırladır
"Ermənistanda bazarlar dəfn bürosunu xatırladır, buraya heç kim gəlmir, heç kim alış-veriş etmir". Bunu bazarlardakı satıcılar deyir.
Almaniyalı konsul ölü tapıldı
Almaniyanın Qərbi Qazaxıstandakı fəxri konsulu Piter Kriger Atırau şəhərində mənzilində ölü tapılıb. 54 yaşlı diplomatın ölümü ilə bağlı araşdırma aparılır.
Rusiya Suriyada daimi qoşun qruplaşması yaradır
Rusiya Suriya ərazisində - Tartus və Hmeymim bazalarında daimi qoşun qruplaşmasının formalaşdırılması prosesinə başlayıb. Məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu selektor müşavirəsində deyib. O, ötən həftə ali baş komandanın Tartus və Hmeymim bazalarının strukturunu və ştatını təsdiqlədiyini söyləyib. Nazir bu barədə müqavilələrin ratifikasiyasına görə parlamentə təşəkkür edib.
Hindistanda "Okxi" 250 nəfəri "itirdi"
Hindistanın cənubunda bu ayın əvvəli tüğyan etmiş “Okxi” qasırğası nəticəsində itkin düşənlərin sayı 250 nəfəri ötüb. Məlumata görə, itkin düşənlərin böyük əksəriyyətini balıqçılar təşkil edir. Hazırda Hindistanın canub sahillərində axtarışlar davam etdirilir. Qasırğa zamanı 2,5 mindən çox adam xilas olunmuşdu.
15 nəfər edam edildi
Misirdə 15 nəfər edam edildi. Olaylar.az bildirir ki, edam olunan şəxslər Sina yarmadasında terror hücumları təşkil edilməkdə ittiham olunurdular. Edam İsgəndiryyə və Bahirə şəhərlərində həyat keçirilib.
Qız yaralı canavara süni nəfəs verərək onu həyata qaytardı - VİDEO
Canavar hansısa ovçu tərəfindən güllə ilə vurulsa da yarası ölümcül deyildi. Bel sümüyündən yaralanan canavar qanı axa-axa min bir əziyyətlə çay kənarındakı kolluqda gizlənmək üçün ora gedir. Lakin büdrəyərək buzlamış çaya yıxılır.
Rusiya Təhlükəsizlik Şurasının katibi: "Əl-Qaidə"nin dünyanın 80 ölkəsində yuvası var"
"Əl-Qaidə" beynəlxalq terror qruplaşmasının dünyanın 80-dən çox ölkəsində, o cümlədən ABŞ və Kanadada yuvası var". Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev "Arqumenti i faktı" qəzetinə müsahibəsində bildirib.
Sarkisyan BMT-də Gürcüstan əleyhinə mövqe tutmalarının səbəbini izah edib
Gürcüstanda rəsmi səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin BMT-də Gürcüstanla bağlı qətnamələrin əleyhinə səs verməsinə aydınlıq gətirib. Məlumata görə, Gürcüstan parlamentinin sədr müavini Giya Volski bildirib ki, S.Sarkisyan onları Ermənistanın mövqeyini anlayışla qəbul etməyə çağırıb: “Serj Sarkisyan Ermənistanın mövqeyini izah edərkən ölkənin üzləşdiyi təhlükələri əsas gətirdi. Müzakirələr zamanı BMT-də Ermənistanın Abxaziya ilə bağlı qətnamələrin əleyhinə səs verməsinin səbəbləri barədə danışıldı. Səbəblərə Qafqazdakı ciddi problemlər, Ermənistan və Azərbaycan arasında gərgin münasibətlər aiddir”.
İtaliyanın Suriyadakı hərbi qüvvələri Afrikaya köçürüləcək
İtaliyanın Baş naziri Paolo Centiloni insan alverinə və terrorizmə qarşı mübarizə aparmaq məqsədilə ölkənin İraqda yerləşdirilmiş hərbi qüvvələrinin bir hissəsini Nigerə köçürmək barədə parlamentə təklif edəcəyini bildirib.
Rusiyalı ekspert: “Gələn il Dağlıq Qarabağda eskalasiya olmayacaq”
“Gələn il Dağlıq Qarabağda eskalasiya olmayacaq”. Bunu “Russia in Global” nəşrinin baş redaktoru Fyodr Lulyanov deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi əsas çağırış deyil. Redaktorun fikrincə, digər münaqişələr və qaynar ocaqlar 2018-ci ildə gündəmə gələ bilər: “Burada Yaxın Şərqdəki münaqişələri – Suriya, İran və Səudiyyə Ərəbistanı arasındakı gərginlik, Yəmən kimi məsələləri qeyd etmək istərdim. İlk növbədə Şərqi Asiya, Koreya yarımadası ətrafındakı münaqişəni də vurğulamaq lazımdır. Həmçinin Ukrayna və Rusiya arasındakı münaqişə gələn il alovlana bilər”.
Məktəbdə doğdu, uşağı çantada gizlətdi
Başqırdıstan Respublikasının paytaxtı olan Rusiyanın Ufa şəhərində 40 yaşlı müəllimə çalışdığı məktəbdə uşaq dünyaya gətirib. Sözügedən hadisənin daha bir maraqlı cəhəti qadının uşağını dünyaya gətirdikdən sonra onu çantasında gizlətməsi olub.
Parlament sədri istefa verdi
Şimali İraqda siyasi böhran davam edir. İraq Regional Kürd Hökumətində iki partiyanın hökumətdən çəkiləcəyini açıqladıqdan sonra parlament sədri də istefa verib. Ən çox təmsilçisi olan Goran (Dəyişim Hərəkatı) və Komel (İslami Cəmiyyət Hərəkatı) partiyaları idarəçilikdən çəkilirlər. Belə bir vaxtda, parlament sədri Yusif Məhəmməd də istefa verdiyini açıqlayıb.
Ağ Ev İrəvana son xəbərdarlığını etdi – Səfəryan
Vaşinqton bizə son xəbərdarlığını etdi. Bunu “Lragir.am” saytına açıqlamasında erməni politoloq Stepan Səfəryan söyləyib. “Ruben Tatulyanın ABŞ-ın sanksiyaları altına düşməsi Ermənistan hökumətinə ünvanlanan ciddi siqnaldır. Vaşinqton deyir ki, Ermənistan artıq hansı istiqamətdə hərəkət edəcəyini müəyyənləşdirməlidir.
Kremldən təhdid: NATO Tiflisi qoruya bilməyəcək
Moskva Tiflisin aktiv şəkildə NATO strategiyalarının reallaşmasında iştirak etməsinə təəssüf edir. Bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasin söyləyib. Onun sözlərinə görə, Tiflisin bu mövqeyi Gürcüstanın təhlükəsizliyini gücləndirmir: “ABŞ və digər NATO üzvlərinin Gürcüstanın hərbiləşdirilməsi kontekstindəki səyləri regionda ciddi narahatlıq yaradır.














