Dünya

"Mənə baxma, oynamağa davam et!" - Zorlanan ana oğluna yalvardı

26 Dekabr 2017 14:52

21 yaşlı qadın 2 yaşlı oğlu ilə birlikdə gəzintiyə çıxmışdı. Parkda olarkən o, həyatı boyu unuda bilməyəcəyi hücuma məruz qalıb. Olay İngiltərənin Böyük Mançester bölgəsindəki Stalibric şəhərində baş verib. Meriann Tribmer 2 yaşlı oğlu Conatanı parka gəzintiyə çıxarmışdı. Gəzinti zamanı Meriann qəflətən boynunda soyuq bıçaq tiyəsini, sonra sinəsində əlləri hiss edib və səs eşidib: "Dediyimi et və sağ qalarsan!"

Putin parlamenti siyasi mübarizəyə qoşulmamağa, işləməyə çağırıb

26 Dekabr 2017 14:45

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ötən gün parlament üzvləri ilə olan görüşündə çıxış edib. V.Putin parlament üzvlərini qanunverici fəaliyyətlərini unudaraq, prezident seçkiləri fonunda siyasi mübarizəyə daxil olmamalarını bildirib.

Yeni təhsil naziri çadraya qarşı çıxıb

26 Dekabr 2017 14:43

Avstriyanın yeni təhsil naziri Heinz Fassmannın çadra ilə bağlı açıqlaması ölkədə yaşayan müsəlmanların sərt reaksiyasına səbəb olub.   Təhsil nazirinin sözlərinə görə, din dərsləri və özəl məktəblərdən başqa, müəllimlərin çadra taxmaması lazımdır. Nazirin bu sözlərinə 1912-ci ildən etibarən İslam dinin rəsmi olaraq qəbul edildiyi Avstriyada yaşayan müsəlmanlar sərt reaksiya verib. 

İŞİD kabusu bitir?

26 Dekabr 2017 14:34

Artıq bir müddətdir ki, bəşəriyyətin kabusuna çevrilən İŞİD terror təşkilatı nəzərə çarpacaq dərəcədə zərərsizləşdirilib, onun sıraları darmadağın edilib. İraqda məğlubiyyətə uğrayan terror təşkilatının daha sonra Suriyada eyni aqibəti yaşaması İŞİD-in tamamilə bu regiondan uzaqlaşması və nisbətən daha təhlükəsiz məkanlara transfer etməsinə zəmin yaradıb.

10 saat canlı yayımda oldu – On minlərlə insan izlədi

26 Dekabr 2017 14:28

Məşhur kompüter oyunlarının yaradıcısı Jeff Kaplan heç nə etmədən 10 saat canlı yayımda olub. Olaylar.az bildirir ki, bu zaman onu on minlərlə insan izləyib. Jeff Kaplan 10 saat ərzində yalnız telefonuna edilən bir zəngə cavab verərək, hazırda danışa bilməyəcəyini, 10 saat boyunca həyata keçirəcəyi planı barədə düşünməli olduğunu bildirib.

Rusiya prezidentliyinə daha bir namizəd Tahir İslamov kimdir?

26 Dekabr 2017 14:14

Rusiya Korlar Cəmiyyətinin vitse-prezidenti Tahir İslamov 2018-ci ildə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürdüyünü açıqlayıb. Məlumata görə, o, bu barədə prezident seçkilərinə həsr olunmuş mətbuat konfransında elan edib.

Rusiyada evini bu şəxslərə kirayə verənlərin cəzası sərtləşdirildi

26 Dekabr 2017 13:58

Rusiyanın Federasiya Şurası ölkənin İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri qəbul edib. Məlumata görə, yeni dəyişikliklərə əsasən, qeyri-leqal miqrantlara yaşayış yeri və avtomobilin verilməsi üçün cərimələr sərtləşdirilir.

ABŞ-ın Ukraynaya silah verməsinə Rusiyadan cavab

26 Dekabr 2017 13:18

Rusiya ABŞ və Kanadanı Ukraynaya verilən silahların hansı nəticələrə səbəb olacağını analiz etməyə çağırır. Bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavininin katibi, Moskvanın MDB üzrə kuratoru Qriqori Karasin söyləyib. Onun sözlərinə görə, heç kim bu silahların terrorçuların əlinə keçməyəcəyinə zəmanət vermir: “Vaşinqtonla Ottava bu silahların yad əllərə keçməməsinə zəmanət verə bilərmi? Bu silahlar terrorçulara çatmayacaqmı? Kim zəmanət verə bilər ki, bu silah ukraynalı qaçaqmalçılar vasitəsilə Yaxın Şərq və ya ABŞ üçün təhlükəli olan nöqtələrə göndərilməyəcək? Bu silahlar konflikti qızışdıracaq və ona digər dövlətlərin müdaxiləsinə şərait yaradacaq. Bununla ABŞ və Kanada “Pandorra qutusu”nu açır”.

Patruşev: ABŞ Rusiyanın bu imicindən istifadə edir

26 Dekabr 2017 13:16

Vaşinqton Rusiyanı aqressor ölkə adlandırmaqla özünün soyuq müharibə dövründən qalma ekspansionist siyasətini gizlədir. Bunu “Arqumentı i Faktı” qəzetinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev söyləyib.

2019 seçkisində Ərdoğanın şansı... - Sorğu

26 Dekabr 2017 13:13

Türkiyənin şərq və cənub-şərq regionlarında keçirilən sorğuda əhalinin böyük əksəriyyəti 2019-cu ildə ölkədə keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyəcəyini bildirib.

İsrailin yeni planı - 10 ölkə səfirliyini Qüdsə köçürəcək

26 Dekabr 2017 13:10

İsrail səfirliklərini Təl-Əvivdən Qüdsə köçürmək istəyən 10-a yaxın ölkə ilə danışıqlar aparır. Bunu “İsrail radiosu”na açıqlamasında İsrail xarici işlər nazirinin müavini Tzipi Hotovely deyib.

Yeni il gecəsi “O səs Türkiyə” də kimlər olacaq?

26 Dekabr 2017 13:05

Hər il yeni il gecəsində bayram buraxılışı ilə efirə çıxan  “O səs Türkiyə”də tamaşaçılar məşhur simaların maraqlı çıxışlarını izləyirlər. Olaylar.az bildirir ki, verilişin aparıcısı Acun Ilıcalı yeni il gecəsi “O səs Türkiyə”də iştirak edəcək iki məşhurun ismini açıqlayıb.

Gürcüstan DTX: Çatayev və tərəfdarları Gürcüstan və Türkiyədə terror aktları törətmək istəyib

26 Dekabr 2017 13:00

“Əhməd Çatayev və tərəfdarlarının məqsədi Gürcüstan və Türkiyədə terror aktları və hücumlar təşkil etmək olub”. Məlumata görə, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) mətbuat katibi Nino Giorqobiani keçirdiyi brifinqdə deyib. O bildirib ki, bu gün Pankisi dərəsi və Tbilisidə keçirilmiş xüsusi əməliyyat zamanı 5 Gürcüstan vətəndaşı saxlanılıb. Onlar noyabrın 22-də Tbilisidə zərərsizləşdirilmiş terrorçu qruplaşma ilə əlaqəli olub. Saxlanılan şəxslərdən bri müqavimət göstərdiyi zaman yaralanıb və xəstəxanaya yerləşdirilib.

Pakistan və Hindistan sərhəddində GƏRGİNLİK

26 Dekabr 2017 13:00

 Pakistan və Hindistan sərhəddində silahlı insident yaşanılıb. Olaylar.az bildirir ki, silahlı qarşıdurma zamanı üç pakistanlı əsgər həlak olub, bir əsgər ağır yaralanıb. Pakistan ordusu verdiyi açıqlamada hind əsgərləri Pakistanın nəzarətində olan Azad Kəşmir və Ruh Çakrı bölgələrində atəşkəsi pozmaları nəticəsində qarşı tərəfə silahlı cavab veriblər.

Almaniya XİN başçısı: Ukrayna və Türkiyəni yaxın gələcəkdə Aİ-də görmürük

26 Dekabr 2017 12:49

Ukrayna və Türkiyə yaxın gələcəkdə Avropa İttifaqının (Aİ) üzvü olmayacaq. TASS xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel çərşənbə axşamı dərc olunan "Funke" mediaqrupuna müsahibəsində deyib.