Dünya
Cadu edib, həyətinə atdılar - Bağçadan çıxanlar ŞOK ETDİ
Evinin bağçasında təmir işləri aparan şəxs hasarın arasında qəribə bir əşya ilə qarşılaşıb. Ev sahibi içərisi yağ dolu qab və içinə atılmış parçadan uşaq oyuncağına rastlayıb. Bundan əlavə, üzərinə ad yazılmış bir kağız parçası da yağın içində olub. Evin sahibi bunun nə olduğunu anlamağa çalışıb. Bunları görən şəxslər onun qurd yağı və ailəyə edilmiş bir cadu olduğunu iddia edirlər.
Ruslarda ilin sözü: Renovasiya, bitkoin, dopinq...
Rus dilinin inkişafı üzrə Yaradıcılıq Mərkəzi yanında Ekspert Şurası 2017-ci ildə populyar olan rus sözlərinin siyahısını tərtib edib. Məlumata görə, top-10-da "renovasiya" sözü liderlik edir. İkinci "bitkoin", üçüncü sırada isə "hayp" sözü qərarlaşıb. Siyahıya "dopinq", "kriptovalyuta", "feyk" və "vizasız" kimi sözlər də daxildir.
Ərdoğan: "Türkiyə Sudanda ada almaq istəyir"
Türkiyə Sudanın Suakin adasını almaq istəyir. Bunu Sudana səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Dövlət başçısı bildirib ki, məqsəd bu adada infrastrukturun bərpa edilməsidir: "Hazırda Suakin atılmış vəziyyətdədir. Türkiyə bu adada yerləşən tarixi məscidi də bərpa etməyə hazırdır".
Trampdan ABŞ-ın gələcəyi ilə bağlı PROQNOZ
ABŞ gözləniləndən də tez qüdrətli olacaq. Bunu Birləşmiş Ştatların prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb. Buna görə də D.Tramp həmvətənlərini Milad tətilindən dərhal sonra işə qayıtmağa çağırıb.
Dünyanın 80-dən çox ölkəsində gizli bölmələri var - Moskvadan SOS
“Əl-Qaidə” beynəlxalq terror qruplaşmasının dünyanın 80-dən çox ölkəsində gizli bölmələri var. Bunu “Arqumentı i faktı” nəşrinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
Saxalində külək qadını apardı, daha sonra isə...
Rusiyanın Saxalin vilayətində güclü külək eyvana siqarət çəkməyə çıxmış yaşlı təqaüdçü qadını aparıb. Məlumata görə, Şaxtyorsk şəhərində 70-ə yaxın yaşı olan qadın dördüncü mərtəbədn yıxılıb.
Pentaqondan UNO-larla bağlı SENSASİYALI AÇIQLAMA: “Onları idarə edənlər əslində...”
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) uçan naməlum obyektləri (UNO) araşdıran xüsusi proqramın ortaya çıxmasından sonra yeni açıqlama verib. Proqramın direktoru Luiz Elizondo UNO-ların var olduğuna dair heç şübhə olmadığını bildirib.
Sirk şousunda QORXULU ANLAR - Akrobat yıxıldı və ... - VİDEO
Yeni ilqabağı keçirilən şənlik zamanı qorxulu anlar yaşanıb. Qazaxıstanda sirk şousu zamanı yüksəkliyə qalxan qadın akrobat ehtiyatsızlıq səbəbindən yıxılıb. Akrobat qadının yıxılma anı anbaan kameralara düşüb.
“ABŞ və Kanada “Pandora yeşiyi”ni açdı” - Moskvadan XƏBƏRDARLIQ
Amerika və Kanada silahlarının Ukraynaya çatdırılması Donbasda münaqişəni alovlandıracaq. Bunu “RİA-Novosti” agentliyinə müsahibəsində Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Qriqori Karasin bildirib. “ABŞ və Kanada Kiyevə silah göndərilməsi haqqında qərar qəbul edərək “Pandora yeşiyi”ni açırlar və faktiki olaraq, Ukraynanın tərəfində münaqişəyə daxil olurlar. Bununla da münaqişəni yenidən alovlandırır və onu beynəlmiləlləşdirirlər. Çox az adam belə addımın nəticələri haqqında fikirlərşir”, - diplomat vurğulayıb.
BMT arakanlı müsəlmanlarla bağlı yeni qərar qəbul etdi
Birləşmiş Millətlər Təşkilatı Mynamada arakanlı müsəlmanlara qarşı sistematik olaraq insan haqlarının pozulmasını və hərbi əməliyyatlara son verilməsini ehtiva edən qərar qəbul edilib.
İŞİD üzvü olan 12 suriyalı saxlanıldı
Türkiyənin Adana şəhərində Xüsusi Təyinatlı polis dəstəsi İŞİD terror təşkilatına qarşı əməliyyat həyata keçirib. Olaylar.az bildirir ki, əməliyyat zamanı 12 Suriya vətəndaşı saxlanılıb.
70 əsgər xəstəxanaya yerləşdirildi
Türkiyənin Qaziantep bölgəsində yerləşən 2 – ci Zirehli briqadanın üzvü olan 70 əsgər xəstəxanaya yerləşdirilib. Olaylar.az bildirir ki, axşam yeməyindən sonra özlərini yaxşı hiss etməyən əsgərlərdə mədə, baş ağrıları və ishal halları müşahidə olunub.
Pxenyandan əzələ nümayişi - GƏRGİNLİK PİK HƏDDƏ
Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni peyk yaradıb. Bu haqda kəşfiyyat mənbələrinə istinadən Cənubi Koreyanın “Çunan İlbo” qəzeti bildirib. Nəşrin məlumatına görə, peyk “Kvanmenson-5” (“Parlaq ulduz”) adını aldı. Təfərrüatlar və peykin texniki xarakteristikaları açıqlanmır. “Kvanmenson-4” adlı əvvəlki peyk eyniadlı raket-daşıyıcı ilə 2016-cı il fevralın 7-də Pxyonan-Pukto əyalətindəki Soxe kosmodromundan buraxılıb. Bu işəsalma Koreya yarımadasında vəziyyəti kəskinləşdirib.
Məşhur aktrisa oğurluq etdi
"Qızıl Qlobus" və "Emmy" mükafatları laureatı, məşhur amerikalı aktrisa Lainie Kazan ötən gün Koliforniyanın San Fernando əyalətində yerləşən marketlərin birində saxlanılıb. Olaylar.az bildirir ki, 77 yaşlı aktrisa marketdən dəyəri 180 dollar olan ərzaq məhsullarının pulunu ödəmədən marketi tərk etmək istəyib. Təhlükəsizlik siqnallarının sayəsində market işçiləri Kazanı saxlayıb və polisə xəbər veriblər.
Məşhur jurnalistin qətlinin təşkilatçısı saxlanıldı
Meksikada nüfuzlu Jornada nəşrinin jurnalisti Miroslava Briçin qətlinin təşkilatçısı saxlanılıb. Bu barədə ölkənin daxili işlər naziri Miqel Anxel Ossorio Çong məlumat verib.














