Dünya
3,7 bal gücündə ZƏLZƏLƏ
İranın cənub bölgəsində 3,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Geraş şəhərindən 31 km şimal-qərbdə, ocağı isə 2 km dərinlikdə yerləşib.
Ferasiya prezidenti istefa verdi
Rusiya Futbol Ferasiyasının prezidenti Vitaliy Mutko tutduğu vəzifədən istefa verib. Bu barədə TASS agentliyi məlumat yayıb.
3 alpinist həlak oldu
İsveçrədə son üç sutka ərzində 3 alpinist ölüb. Alp dağlarında baş verən qar uçqunu İsveçrədən olan qadın və kişi, həmçinin fransalı kişi alpinistin həyatına son qoyub.
Restoranda silahlı qarşıdurma
ABŞ-ın Missisipi ştatında silahlı insident baş verib. Viksberq şəhərindəki restoranların birində atışma nəticəsində 5 nəfər yaralanıb. Onların xəstəxanaya yerləşdirildiyi, həyatlarına təhlükə olmadığı bildirilir.
Türkiyədə zəlzələ
Türkiyənin şərq bölgəsində 3,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir.
Navalnı Putinlə yarışmaqdan məhrum edildi
Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) 2018-ci il prezident seçkilərində müxalifətçi Aleksey Navalnının namizədliyini qeydiyyata almaqdan imtina edib. MSK səbəb kimi Navalnının məhkəmə hökmü altında olmasını göstərib.
Budda heykəlinin içindən çıxanlar ŞOK ETDİ
Hollandiyada yerləşən “Drents” muzeyi kolleksiyasında olan Budda heykəlini kompüter-tomoqrafiyaya saldırıb. 11-12-ci əsrdən qaldığı ehtimal edilən heykəlin içində bardaş quraraq oturan bir keşiş mumiyası görüntülənib.
Çində “4G” sürəti üzrə dünya rekordu qeydə alınıb
Hazırda şirkətlər beşinci nəsil şəbəkəsinin işə salınması üzərində çalışdığı bir zamanda Çinin ən böyük mobil rabitə operatorlarından biri olan “China Unicom” şirkəti məlumatların “4G” texnologiyası üzrə ötürülməsində mütləq rekorda imza atıb. Şirkət öz hədəfinə nail olmaq üçün “Snapdragon X20 Cat.18” modemi ilə təchiz edilmiş yeni “Qualcomm Snapdragon 845” prosessorundan istifadə edib.
“Finger Pow” portativ akkumulyatoru smartfonları simsiz enerji ilə doldurur
“Kickstarter” saytında smartfonlar üçün yeni qeyri-adi aksessuar – bir neçə maraqlı xüsusiyyətə malik olmaqla rəqiblərindən seçilən “Finger Pow” kənar portativ akkumulyatoru təqdim olunub. Birincisi, kompakt qurğunu cibə yerləşdirmək olar ki, buna da əksər analoqlarda rast gəlmək qeyri-mümkündür. İkincisi, onun unikal funksiyası smartfonları naqillərdən istifadə etmədən enerji ilə doldurmaq imkanındadır.
İlin ən çox avtonom işləmə müddətinə malik smartfonu məlum olub
“PhoneArena” resursu son 12 ay ərzində təqdim edilmiş əsas smartfonlar arasında avtonom işləmə müddətinə görə lider qurğunu müəyyənləşdirib. Sözügedən nəşrin əməkdaşları qurğuların yoxlanması üzrə öz metodlarını hazırlayıblar. Onlar xüsusi cihazın köməyi ilə ekranın parlaqlığını eyni səviyyədə təyin edib, həmçinin avtonom işləmə müddətinə təsir edə bilən bildiriş və bütün artıq funksiyaları deaktiv ediblər. Birinci sınaq zamanı hər hansı məsələ qaranlıq qaldıqda bəzi aparatlar iki dəfə yoxlanılıb.
Yeni neyron şəbəkə gələcəyi proqnozlaşdıracaq
ABŞ alimləri süni ağıl sistemlərinin səmərəliliyini artıracaq yeni tip neyron şəbəkəsi yaradıblar. Mexaniki intellekt gələcəyi proqnozlaşdırmağa imkan verir və tələffüz edilməyən sözləri əvvəlcədən bilir.
Tezliklə robotlar dad və qoxunu hiss edə biləcəklər
London və Lozannada fəaliyyət göstərən və robot texnikası üzərində çalışan “Rewired” studiyası dad və qoxunu rəqəmləşdirmək üsulunu tapmış “Aromyx” şirkəti ilə əməkdaşlıq haqda razılığa gəlib.
Yenilənmiş “iPhone X” smartfonu “5G” şəbəkəsini dəstəkləyəcək
ABŞ-ın “Apple” şirkəti beşinci nəsil mobil rabitə texnologiyasını (5G) dəstəkləyəcək yenilənmiş “iPhone X” smartfon modelinin buraxılacağını açıqlayıb.
“Nokia” şirkəti populyar “E71” telefonunu yenidən çıxaracaq
2018-ci ildə “HMD Global” şirkəti öz dövründə dünyada “QWERTY” düzülüşlü klaviaturaya malik ən populyar telefonlardan sayılan “Nokia E71” smartfonunu yenidən çıxaracaq.
Elastik elektronikanın istehsalı üçün “3D” çap texnologiyası hazırlanıb
ABŞ-ın Şimali Karolina Universitetinin alimləri elastik elektronikanın istehsalında xərcləri azaltmağa imkan verən üçölçülü çap texnologiyası hazırlayıblar.














