3 alpinist həlak oldu

İsveçrədə son üç sutka ərzində 3 alpinist ölüb. Alp dağlarında baş verən qar uçqunu İsveçrədən olan qadın və kişi, həmçinin fransalı kişi alpinistin həyatına son qoyub.

İsveçrədə son üç sutka ərzində 3 alpinist ölüb. Alp dağlarında baş verən qar uçqunu İsveçrədən olan qadın və kişi, həmçinin fransalı kişi alpinistin həyatına son qoyub.

Qar uçqunu nəticəsində xəsarət alan daha iki alpinist xilasedicilər tərəfindən aşkarlanıb. Onların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, bu ilin fevralında Alp dağlarının İtaliyaya aid hissəsində 9 alpinist dağa çıxarkən ölüb, 1-i isə xəsarət almışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31