Navalnı Putinlə yarışmaqdan məhrum edildi
Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) 2018-ci il prezident seçkilərində müxalifətçi Aleksey Navalnının namizədliyini qeydiyyata almaqdan imtina edib. MSK səbəb kimi Navalnının məhkəmə hökmü altında olmasını göstərib.
26 Dekabr 2017 06:58 DünyaRusiya Mərkəzi Seçki Komissiyası (MSK) 2018-ci il prezident seçkilərində müxalifətçi Aleksey Navalnının namizədliyini qeydiyyata almaqdan imtina edib. MSK səbəb kimi Navalnının məhkəmə hökmü altında olmasını göstərib.
Qeyd edək ki, MSK müxalifət liderinin sənədlərini dünən qəbul edib. Ancaq daha əvvəl MSK sədri Ella Pamfilova bildirmişdi ki, müxalifət lideri mühakimə olunduğu üçün namizədliyini irəli sürə bilməyəcək.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək. Seçkilərdə hazırkı dövlət başçısı Vladimir Putinin iştirakı artıq dəqiqləşib. Publika.az