Dünya
Kıvanç Tatlıtuğa zərbə - 3 milyon ziyana düşdü
Aktyor Kıvanç Tatlıtuğa qarşı dələduzluq edilib. Mühasibi aktyorun 3,5 milyon lirə (təxminən 1 milyon 150 min manat) pulunu mənimsəyib. Erdal D. Kıvançın vergi borclarını ödməyərək ona maddi zərər vurub.
251 qız eyni toyda ərə getdi
Hindistanın ən zəngin iş adamlarından biri, "almaz kralı" kimi tanınan milyarder Maheş Savani kasıb ailələrdən olan 251 qız üçün toy təşkil edib. Məlumata görə, o, qızların toy və cehizlik xərclərini tam ödəyib. Eləcə də ataları olmayan, toy mərasiminə yollanan hər qızın bahalı gəlinlik paltarları, qızıl bəzəkləri də "ata" rolunu oynamış Savaninin hesabına alınıb.
“Tom və Cerri”nin rəssamı dünyasını dəyişib
99 yaşlı amerikalı Disney, Varner Bros və digər nüfuzlu studiyalarda çalışmış animator, cizgi film yaradıcısı Bob Givens dünyasını dəyişib. B.Givens bir çox nəslin uşaqlığında sevərək izlədiyi cizgi film personajlarının yaradılmasında iştirak edib.
Qazaxıstanda Yeni il yolkası yandı
Qazaxıstanın paytaxtı Astanada parkların birində Yen il yolkası yanıb. Məlumata, görə süni yolka səhər saatlarında yanmağa başlayıb. Yanğının söndürülməsi üçün yarım saatdan çox vaxt tələb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Türkiyədə növbəti ağır yol qəzası: 16 yaralı
Türkiyənin şərqində, Diyarbəkir vilayətində sərnişin avtobusu ilə yük avtomobili toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb. Zərəçəkənlərin hamısı Türkiyə vətəndaşıdır. Yaralananlar Diyarbəkir dövlət xəstəxanasına yerləşdirilib.
Çağatay Ulusoy yeni seriala hansı aktrisayla çəkiləcək?
Çağatay Ulusoy yeni serialında tərəf müqabili kimi görmək istədiyi aktrisanın adını açıqlayıb. Aktyor “Netlix” serialında baş rolunu aktrisa Melisa Aslı Pamukla paylaşmaq istəyir. Serial çəkilişləri üçün Amerikada olan Ulusoya tərəf müqabili olaraq Deren Talu təklif edilsə də, Çağatay bununla razılaşmayıb. O, prodüser şirkətinə “mənim üstünlük verdiyim aktrisa Melisa Aslı Pamukdur”, - deyə fikrini bildirib.
Rusiya bu hallarda nüvə silahına əl atacaq - Qərblə müharibədə Kremlin ÜÇ HƏDƏFİ
ABŞ-da fəaliyyət göstərən “RAND Corporation” analitik mərkəzi Rusiya Silahlı Qüvvələrinin sahib olduğu imkanları göstərən bir hesabat hazırlayıb. Hesabata görə, dünyanın ən böyük ölkəsi Rusiyanı ələ keçirmək mümkün deyil. ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) 1950-ci illərdən bu yana milli təhlükəsizlik mövzularında məsləhətçilik edən “RAND Corporation” bir çox media qurumları və analitik mərkəzlərdən fərqli olaraq hesab edir ki, Rusiyanın Baltik ölkələri, ya da Şərqi Avropaya hücum etmək niyyəti yoxdur.
Filippində daşqın və sürüşmə nəticəsində ölənlərin sayı 240-a çatıb
Filippində tropik fırtınadan sonra baş verən daşqın və sürüşmə nəticəsində ölənlərin sayı 240 nəfərə çatıb. Bu barədə “Manila Times” məlumat yayıb.
Bələdiyyə üzvü qətlə yetirildi - Gürcüstanda
Gürcüstanda Mestia bələdiyyəsinin üzvü Lomar Niquriani odlu silahla qətlə yetirilib. Bələdiyyə üzvü evində hücuma məruz qalıb. Bir neçə güllə yarası almış L. Niquriani xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qətlin münaqişə zəminində törədildiyi bildirilir.
2018-ci ildə bu telefonlarda WhatsApp olmayacaq - TAM SİYAHI
Ən geniş yayılmış mesajlaşma tətbiqlərindən olan vatsap rəsmi səhifəsində 2018-ci ildən başlayaraq bir sıra smartfonlarda istifadə edilə bilməyəcəyini açıqlayıb.
Türkiyədə fövqəladə vəziyyət dayandırılır - Nə vaxtdan?
Türkiyədə 2016-cı ildə tətbiq olunmuş fövqəladə vəziyyət 2018-ci ilin fevralında ləğv ediləcək. Məlumata görə, hökumət fövqəladə vəziyyəti bir daha uzatmamaq barədə qərarı verib.
Dəhşətli qəza: Eyni ailədən 20 nəfər öldü
Filippinin paytaxtı Manila yaxınlığında Yeni il şənliyinə gedənləri daşıyan sərnişin avtobusu qəza törədib. Hadisə nəticəsində eyni ailənin 20 üzvü həlak olub, 10 nəfər yaralanıb. Ölənlərdən 6-ı uşaqdır.
Kreml ABŞ-a XƏBƏRDARLIQ ETDİ: “Moskva bunu cavabsız qoymayacaq”
ABŞ-ın Rusiyaya qarşı yeni mümkün sanksiyaları Moskvanın narahatlığına səbəb olur. Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremldə keçirdiyi brifinqdə deyib. O həmçinin qeyd edib ki, Moskva bu məsələdə qarşılıqlılıq prinsipini rəhbər tutacaq. “Rusiyanın ünvanına daxil edilən müxtəlif restriksiyalara, əlbəttə, uyğun cavab veriləcək”, - Kremlin nümayəndəsi vurğulayıb.
Moskvada avtobus keçidə girdi: 4 ölü, 15 yaralı
Rusiyanın paytaxtı Moskvada sərnişin avtobusu şəhərin qərbində, "Slavyanski bulvar" metro stansiyasında yeraltı keçidə girib.
Beş saniyəyə enerji yığan batareya
Çinin Cıcian Universitetinin Polimer elmlər və mühəndislik departamentinin mütəxəssisləri beş saniyəyə tam enerji yığan alüminium-qrafen batareya hazırlayıblar. Sürətli enerjiyığma rejimində isə batareya 1,1 saniyəyə tam dolur. Hazırlanmasında anod üçün qrafen lent, katod üçün isə alüminiumdan istifadə edilən yeni batareyanın 250 min dəfə enerji yığacaq qədər ömrü var. Bu, o deməkdir ki, hər hansı smartfona yerləşdirilən batareya gündə 10 dəfə enerji yığsa belə 70 il istifadə oluna bilər.














