“Tom və Cerri”nin rəssamı dünyasını dəyişib
99 yaşlı amerikalı Disney, Varner Bros və digər nüfuzlu studiyalarda çalışmış animator, cizgi film yaradıcısı Bob Givens dünyasını dəyişib. B.Givens bir çox nəslin uşaqlığında sevərək izlədiyi cizgi film personajlarının yaradılmasında iştirak edib.
25 Dekabr 2017 18:25 Dünya99 yaşlı amerikalı Disney, Varner Bros və digər nüfuzlu studiyalarda çalışmış animator, cizgi film yaradıcısı Bob Givens dünyasını dəyişib. B.Givens bir çox nəslin uşaqlığında sevərək izlədiyi cizgi film personajlarının yaradılmasında iştirak edib. Bunlardan "Baqs Banni", "Tom və Cerry", "Daffi Dak" və bir çoxlarını göstərmək olar. Rəssam 60 il bu sahədə işləyib. Karyerasına 1937-ci ildə başlayan B.Givens 1940-cı illərdə ikinci dünya müharibəsinə qatılıb, müharibədən sonra da karyerasını 2000-ci illərə qədər davam etdirmişdi. Azadinform.az