Aktrisa məhkəməyə zorla aparılacaq

“Savaşçı”, “Şərəf məsələsi”, “Aşk və günah” seriallarında çəkilən aktrisa Zeynəb Elçin zorla məhkəməyə gətiriləcək.  27 yaşlı aktrisa keçmiş əri Hüseyn Yigitə bphtan atıb, şantaj etməkdə günahlandırılır. Əri tərəfindən döyüldüyünü və evə həbs edildiyini deyən Zeynəb məhkəməyə şikayət ərizəsi ayzsa da, qarşı tərəfin etirazə üzərinə məsələnin istiqaməti dəyişib.

"Savaşçı", "Şərəf məsələsi", "Aşk və günah" seriallarında çəkilən aktrisa Zeynəb Elçin zorla məhkəməyə gətiriləcək.  27 yaşlı aktrisa keçmiş əri Hüseyn Yigitə bphtan atıb, şantaj etməkdə günahlandırılır. Əri tərəfindən döyüldüyünü və evə həbs edildiyini deyən Zeynəb məhkəməyə şikayət ərizəsi ayzsa da, qarşı tərəfin etirazə üzərinə məsələnin istiqaməti dəyişib.
 
Belə ki, Zeynəbin eks-həyat yoldaşı Hüseyn onu yalan söyləməkdə ittiham edərək "Evə həbs eləməmişəm. Hədə-qorxu gəlib, şantaj etməmişəm və hər zaman sərbəstlik vermişəm. Özü İzmirdən İstanbuldakı menecerinin yanına qaçıb" deyib. Bu səbəbdən o, aktrisanın 21 ilədək həbsi tələbini irəli sürüb. Daha əvvəlki proseslərdə iştirak etməyən aktrisa növbəti dəfə məhkəməyə zorla aparılacaq. Axşam.az Türkiyə mediasına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31