Özbəkistan prezidenti maliyyə sisteminin 562 əməkdaşını işdən azad etdi

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkəsinin maliyyə sisteminin 562 əməkdaşını işdən azad edib. Bu məlumatı Özbəkistanın Maliyyə Nazirliyi yayıb. "Dekabrın 22-dən bu günədək dövlət maliyyə müəssisələrindən, o cümlədən Maliyyə Nazirliyi, xəzinədarlıq və Pensiya Fondundan 562 əməkdaşı işdən azad edilib", - deyə nazirlik bildirib.

Bir neçə gün əvvəl Şavkat Mirziyoyev maliyyə sistemini son 10-15 ildə səmərsiz fəaliyyətinə görə tənqid etmişdi.  Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31