Qırğızıstanda 100-dək məktəbli dəm qazından zəhərlənib

Qırğızıstanda 100-dək məktəbli dəm qazından zəhərlənib.  Məlumata görə, hadisə Çuy vilayətindəki kəndlərin birində baş verib.  VII-VIII siniflərin şagirdləri məktəbin idman zalında rəqs meydançası hazırlayıblar.

Qırğızıstanda 100-dək məktəbli dəm qazından zəhərlənib.  Məlumata görə, hadisə Çuy vilayətindəki kəndlərin birində baş verib.  VII-VIII siniflərin şagirdləri məktəbin idman zalında rəqs meydançası hazırlayıblar. Elektrik enerji kəsildiyindən onlar generatordan istifadə etmək qərarına gəliblər, nəticədə idman zalına dəm qazı dolub.  Qırğızıstan Səhiyyə Nazirliyindən bildiriblər ki, 6 nəfərin vəziyyəti ağır kimi dəyərləndirilir. Onlar hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Bildirilir ki, xəstəxanaya gətirilən 75 nəfərdən dördü müəllimdir.  Apa.az "İnterfaks"a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31