“Meksika divarlara inanmır” – Trampın ideyası gerçəkləşəcəkmi?

ABŞ prezidenti Donald Tramp ötən il prezident seçkiləri kampaniyası dövründə verdiyi vədlərindən birini həyata keçirməyə başlayıb. Söhbət ABŞ və Meksika dövlətlərini ayıran sərhəddəki divarlardan gedir. 

ABŞ prezidenti Donald Tramp ötən il prezident seçkiləri kampaniyası dövründə verdiyi vədlərindən birini həyata keçirməyə başlayıb. Söhbət ABŞ və Meksika dövlətlərini ayıran sərhəddəki divarlardan gedir. 

Ötən gün Kaliforniya ştatının San-Dieqo şəhərində müxtəlif şirkətlər tərəfindən hazırlanan divarların maketləri nümayiş edilib. Nümayişdə bildirilib ki, divarların hündürlüyü ən azı 9 metr, bəzilərinin hündürlüyü  isə  daha çox olacaq. 

Qeyd edək ki, D.Trampın bu iddialı təşəbbüsünü həyata keçirmək üçün kimin ödəniş edəcəyi sual altındadır. Tramp prezident seçilməmişdən öncə xərcləri Meksika tərəfinin ödəməli olduğunu bildirib. Amerikalı liderin fikrincə, Meksika ilə sərhəddə divarların qurulması hər iki dövlətin xeyrinə olacaq: "Biz, hər iki dövlətin sərhədlərinin həyatını xilas edəcəyik və başa düşürük ki, Meksikanın güclü iqtisadiyyata malik olması ABŞ-ın da xeyrinədir". ABŞ prezidenti çəkilməsi planlanan divarların xərclərinin ən azı 8 milyard dollar olacağını təxmin edir (bəzi ekspertlərə görə 12 milyard dollar). Meksika prezidenti Enrike Nyeto məsələyə D.Tramp kimi optimist yanaşmayıb: "Divarlar bizi birləşdirməyəcək, əksinə ayıracaq. Meksika divarlara inanmır". Əlbəttə ki, E.Nyeto divarların xərclərini ödəməyəcək. 

Xatırladaq ki, 1961-ci ildə Qərbi Almaniya vətəndaşlarının Şərqi Almaniyaya qaçmasının qarşısını almaq üçün də sərhəddə divarlar çəkilmişdi. Bu divar illərlə "utanc divarı" adlandırılıb və 1989-cu ildə hər iki bölgənin vətəndaşları tərəfindən uçurdulub.  Azadinform xarici mətbuata istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31